Məmmədov Əyyub Şəmil oğlu 1934-cü il iyun ayının 21də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub.
28 İyun 2019-cu il tarixində Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən “Mirzə Cəlil-İlk muzey” adlı elmi-nəzəri konfrans keçirtdi.
Hərbi vətənpərvərlik mövzusunda
2016- cı il aprel döyüşlərinin üçüncü il dönümünə həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii gecə.
30 aprel 2019-cu il tarixində Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyi Uşaq Gənclər İnkişaf Mərkəzinin Bədii Qiraət dərnəyi ilə birgə 2016- cı il aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii gecə keçirtdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başladı.
Ətraflı
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Özünüməşğulluq- sosial yardim asılılığından kiçik sahibkarlığa doğru mövzusunda seminarların keçirilməsi” layihəsi çərçivəsində 2019- cu il iyun ayında Beyləqan rayon Gənclər Mərkəzində “Qeyri- rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda dəyirmi Masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə Layihə rəhbəri Nəzakət Balabəyova açaraq, həyata keçirilən layihənin məqsədi, həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat vermişdir.
"Beyləqan Ziya Ocağı"nın təşəbbüsü ilə Kəndimizin ilk müəllimlərindən biri,gözəl müəllim,nüfuzlu şəxsiyyət,müəllimlər müəllimi rəhmətlik ƏHMƏD müəllim Şıxaliyevin yaxın günlərdə anım tədbirinin keçrilməsini planlaşdırmışıq.Bu gün Əlinəzərli 1 №li Tam Orta Məktəbdə müəllim,şagird və kənd camaatının bir qrupunun iştirakı ilə hazırlıq yığıncağı keçirildi.
Azad İstehlakçılar İctimai Birliyi Beyləqan rayon nümayəndəliyinin təşəbüsü ilə 26.04.2019-30.04.2019 tarixlərdə Beyləqan şəhəri, eləcə də bütün kənd və qəsəbələrində təmizlik həftəsi keçirdilir.
Hörmətli beyləqanlılar və "Beyləqanlı" sevərlər! Əvvəlcədən bildirdiyimiz kimiyanvarın 15-dən etibarən səhifəmizdə beyləqanlı şairlərin müsabiqəsini keçirməklə gənc istedadlarımızı üzə çıxarmağı və onları cəmiyyətimizə tanıtmağı planlaşdırmışıq.
Saytda istifadə etdiyimiz materiallara görə "Beyləqan" ensiklopedik toplusunun yazarı, çox hörmətli Vəsimə xanım İsmayıl qızına dərin minnətdarlıqımızı bildiririk.