Ağılla (idarəetmə) gücün (elin) V Ə H D Ə T İ inkişaf deməkdir...

Ağılla (idarəetmə) gücün (elin) V Ə H D Ə T İ inkişaf deməkdir...

   Beyləqan rayonu respublikamızın ən iri kənd təsərrüfatı rayonlarından biridir. Sovet dönəmində rayonumuz ölkə üzrə aqrar sahədə liderlik edirdi.Keçid dövründə populist şəxslərin önə çıxması,təsərrüfat əlaqələrinin qırılması ölkənin hər yerində olduğu kimi Beyləqanda da güclü potensiala malik aqrar bazanı çökdürdü. Uzun illər elimiz-obamız bunun ağrısını çəkməkdədi. Allaha şükürlər olsun,öləmizdə son illər kənd təsərrüfatına yönəlik siyasətin dəyişməsi rayonumuzdada da bu sahənin dinamik inkişafına stimul verib. Üzümçülük, baramçılıq, pambıqçılıq, bostan-tərəvəz məhsullarının istehsalında əsaslı inkişaf var. Bunu müşahidə etməmək qeyri-mümkündür. Kənd cammatının dükanların nisyə dəfərində adları azalıb...hərə öz əməyini pula, naturada ərzağa reallaşdıra bilir....Kəndlərimizdə gənc ailələr əvvəlki illərdən fərqli olaraq xeyli müasir memarlıq üslübunda fərdi yaşayış evləri inşa etdirirlər.... Hər ailənin məişətinə yeni, müasir texnoloji parametrlərin daşıyıcıları olan məişət avadanlıqları daxil olmaqdadır. ..Əhalinin maariflənməsi, gənclərimizin aktiv olması idarəetmədə də yeni keyfiyyətlərin üzə çıxmasına səbəb olub. ..Artıq öz vəzifə borcunu layiqincə yerinə yetirməyən məmurlara qarşı ciddi təpki var....
Bütün bunlar uğurlarımızdır...amma bunlar hələ yetərli deyil... kənd və qəsəbələrimizdə İdarəetmənin bütün halqalarında təşəbbüskar, savadlı, cəsarətli kadrlar azdır... Kadrlar bacarıq, qabiliyyət, idarəetmə səriştəsi nəzərə alınmadan pul, qohumluq qarşılığında işə götürülür... Yerlərdə vətəndaşlar arası ən adi mülki mübahisələr rayon və respublika səviyyəsinə qədər çıxır. Xüsusilə, Azərişıq və Azərqazın əməkdaşları bu sahədə liderlik edirlər...Bu qurumlar vətəndaşların ərizə və şikayətlərinə biganə yanışır,onların müraciətinə ya cavab vermirlər,ya da müəyyən olunmuş qaydalarda nəzərdə tutulmuş vaxtda cavab vermir,insanlara əsəbi gərginlik yaranmasına səbəb olurlar...
Rayonumuz bütün sahələri üzrə geniş potensiala malikdir..bacarıqli zəhmət adamlarına-məhsuldar qüvvələrə sahibdir .İdarəetmənin keyfiyyətini yüksəltmək,sahələrarası inteqarsiyanı və koordinasiyanı optimal təşkil etməklə,hər bir vətəndaşa diqqət və sayğı ilə yanaşmaqla ümumi iqtisadi,sosial inkişafa,dinamizmə nail olmaq olar.
Əminəm ki,rayonumuza yeni təyin olunacaq İcra hakimiyyəti Başçısı öz gəlişi ilə Beyləqanda müasir, dinamizmə istiqamətlənmiş,demokratik idarəetmə xəttinə üstünlük verəcək...ölkəmizin ən gözəl bölgələrindən biri olan Beyləqanın əzəli şöhrətinin bərpasına ellin gücü ilə nail olacaq,inşallah! 

Mehman Əliyev. 

Yuxarı