Təvazökar idmançı. Eldəniz Əzizli.

Təvazökar idmançı. Eldəniz Əzizli.


İki dəfə Dünya, altı dəfə Avropa çempionu olmuş həmyerlimiz haqqında bilmədiklərimiz.
İyirmi alti yaşı var. Amma özünü ağsaqqal kimi aparır. Az danışır, qeybət etmir, yalan demir, haram yemir. Haqqında bəzi saytlarda kiçik yazılar getsə də, çoxları onun haqqında məlumatsızdır. Özü haqqında danışmağı, təbliğ olunmağı, bir sözlə “gözə girməyi” sevmir. İnanclı adamdır. Keçən il Həcc ziyarətində olub. Onun Qurani- Kərimin təfsirini verməsi, şəriət məsələlərini əsaslı şəkildə izah etməsi adamda məmnunluq doğurur. Demək olar ki, səkkiz- doqquz yaşından idmanla, daha dəqiq desək yunan- poma güləş növü məşğul olur. Yəni son on yeddi ildə 50- dən artıq medal qazanıb. Yaşının müxtəlif vaxtlarında iki dəfə Dünya birincisi, altı dəfə Avropa çempionu olub. Müxtəlif turnirlər, yarışlarda qazandığı qalibiyyətləri də bura əlavə etsək, uzun bir siyahı alınar.
Mən Eldəniz Əzizli haqqında danışıram. O, özü bunu istəməsə də. Təkidimdən sonra “Cəbhə bolgəsinə əsgərlərlə görüşə gedirəm, qayıdanda söhbət edərik” dedi. Bu gün gəlib. Əvvəl əsgərlərlə görüşündən söz saldım. Öyrəndim ki, Xocavənd ərazisində olub. Sonra uğurları, xüsusilə medalları ilə maraqlandım.
Ardıcıllıqla sadaladı:
1. Şəhid E.Şükürovun xatirəsinə həsr olunmuş yarış, 8- 9 dekabr 2001- ci il, I yer, Beyləqan.
2. Xocavənd rayon Uşaq Gənclər İdman Məktəbinin şəhidlərin xatirəsinə keçirilən rayon birinciliyində, 15 sentyabr 2002-ci il, I yer,Beyləqan.
3. Sərbəst güləş üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rayonlararası turnirdə, yanvar 2003, I yer, Beyləqan.
4. Xocavənd şəhidlərinə həsr olunmuş sərbət güləş üzrə şəhərlərarası turnirdə 17 avqust 2003- cü il, I yer, Beyləqan.
5. Milli Dirçəliş Gününə həsr olunmuş sərbət güləş üzrə şəhərlərarası turnirdə, noyabr 2003- cü il, I yer, Beyləqan.
6. Masallı- Beyləqan yoldaşlıq görüşü, 2003- cü il, I yer, Masallı.
7. “Lokamativ” şəhər kuboku uğrunda yarışda, 8 noyabp 2003, I yer, Bakı.
8. 1987- 1990 – cı il il təvəllüdlü yeniyetmələr arasında açıq birincilikdə, 26-28 mart, 2004, I yer, Beyləqan.
9. Azərbaycan Respublikasının əməkdar məşqçisi, Yunan- Roma güləşi üzrə SSRİ idman ustası Əlibala Əli oğlu Səlimovun xatirəsinə həsr olunmuş respublika turnirində, 07- 10 noyabr 2004- cü ildə, I yer, Cəlilabad.
10. Beyləqan rayon Uşaq Gənclər İdman Məktəbinin açıq birinciliyində, 27 noyabr 2004- ci il, I yer, Beyləqan.
11. 20 Yanvar şəhidlərinin xatirəsinə xatirəsinə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında “Zenit” İdman Cəmiyyəti Sumqayıt şəhər şurasının açıq birinciliyi, 03- 04 yanvar 2005- ci il, I yer, Sumqayıt.
12. Yeniyetmələr arasında açıq birincilikdə 11- 13 mart 2005- ci il, I yer, Bakı.
13. Azərbaycan Respublikasının əməkdar məşqçisi Fizudin Həsənovun xatirəsinə həsr olunmuş açıq turnirdə, 14 iyul 2005- ci il, I yer, Bakı.
14. Azərbaycan Respublikası turniri 01- 02 sentyabr 2005- ci il, I yer, Bakı.
15. Uşaq və yeniyetmələr arasında açıq birincilik, 18- 21 may 2006- cı il, I yer, Beyləqan.
16. Beyləqan- Biləsüvar rayonlararası yoldaşlıq görüşü, 2006- cı il, I yer, Beyləqan.
17. Yeniyetmələr arasında respublika miqyaslı “Novruz” turnirində, 2007- ci il, I yer, Bakı.
18. Yeniyetmələr arasında XI Beynəlxalq Jemo Kazarişviliyə həsr olunmuş turnirdə, 03- 04 iyun 2007- ci il, I yer, Gürcüstan Respublikası, Rustavi.
19. I Qara Dəniz Oyunları, 2-8 iyul 2007-ci il, I yer, Trabzon.
20. Bursada 5-ci Cümhuriyyət ulduzları 11.11.2007, I yer, Türkiyə, Bursa.
21. Azərbaycan Çempionatı (yeniyetmələr arasında) I yer, 18.03.2008, Bakı.
22. Azərbaycan Milli Qəhrəmanı, keçmiş SSRİ idman ustası Əliyar Əliyevin xatirəsinə həsr olunmuş Respublika turnirində II yer, 2008. Bakı.
23. 1991-1992-ci il təvəllüdlü gənclər arasında Bakı şəhər birinciliyində I yer, 09-11 yanvar 2009-cu il. Bakı.
24. Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-roma güləşi üzrə gənclər və yeniyetmələr arasında beynəlxalq turnir, I yer, 25-28 aprel 2009. Bakı.
25. Azərbaycan Respublikası Milli Qəhrəmanı, əməkdar məşqçi Əliyar Yusif oğlu Əliyevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə gənclər arasında Respublika turniri, 09-11 oktyabr 2009-cu il, I yer , Bakı.
26. Azərbaycan Respublikası N.Ağayevin xatirə turniri,2010- cu il, I yer, Bakı.
27. Gənclər arasında Azərbaycan birinciliyi, 19 mart 2010-cu il, I yer, Bakı.
28. Yevgeni Truxinanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir, 2010-cu il, I yer, Zoporojie.
29. 1991-1993-cü il təvəllüdlü gənclər arasında “Hünər meydanı” Respublika turniri, 11-13 noyabr, 2010-cu il, I yer, Bakı
30. “Azərbaycan Kuboku” yarışları, 24- 26 dekabr, 2010-cu il, I yer,Bakı.
31. Beynəlxalq “29- cu Vehbi Emre” adlı Türkiyə turniri, 29-30 yanvar 2011-ci il, II yer, İstanbul.
32. Gənclər arasında Avropa çempionatı, 2011- ci il, I yer, Serbiya.
33. Azərbaycan çempionatı, 22-25 dekabr 2011-ci il, I yer, Bakı.
34. Azərbaycan Respublikası Çempionatı (böyüklər arasında), 17-21 dekabr 2012-ci il, II yer, Bakı.
35. Azərbaycan Respublikası Çempionatı , II yer, 2013-cü il. Bakı.
36. XXVII Kazan Unversiadası (tələbələr arasında), 6-17, iyun , 2013-cü il, III yer, Rusiya Fedarasiyası, Kazan.
37. 23 yaşlılar arasında Avropa Çempionatı, 2015-ci il mart, III yer, Polşa.
38. Heydər Əliyev adına Qran-Pri beynəlxalq turniri, 22-24 noyabr 2013-cü il, III yer.Bakı.
39. Heydər Əliyev adına Qran-Pri beynəlxalq turniri, 27-29 noyabr 2015-cü il, III yer, Bakı.
40. Ukraniya beynəlxalq turniri, 2018- ci il, I yer, Kiyev.
Yeniyetmə və gənclər arasında Avropa birincisi
Yeniyetmə-Avropa birinciliyi, Polşa, Varşava, I yer, 2 iyul 2007;
Yeniyetmə-Avropa birinciliyi, Latviya, I yer, 25.05.2008;
Yeniyetmə-Avropa birinciliyi, Serbiya, I yer, 2009;
Gənclər- Avropa birinciliyi, Bolqariya-Sofia, I yer, 2011;
Gənclər- Avropa birinciliyi, Serbiya, I yer, 2011.
Dünyanın güclüləri sırasında
Gənclər, Dünya birinciliyi , Budapeşt, I yer, 2010;
Gənclər, Dünya birinciliyi , Ruminya, III yer, 2011;
Gənclər, Dünya birinciliyi , Tailand, Pattaya şəhəri, I yer, 2012.
Və nəhayət...
Böyüklər arasında Avrpoa çempionatı, III yer, 2011, Almaniya-Dortmund
Avrpoa çempionatı, Rusiya, Kaspiyskiy, 1 may 2018- ci il, I yer.
Sonrakı planları haqqında sualıma belə cavab verdi:
-İnşalla payızda dünya birinciliyində iştirak edəcəm. Məqsədim növbəti olimpiya oyunlarında iştirak etmək, Olimpiya çempionu olmaqdır...

Akif Şahverdiyev. 

Yuxarı