Döğuş-Dönüş.

Döğuş-Dönüş.

İnsan övladı insan-ANA-bətninə əkilir. Deyilənə görə 40-cı günü ona ruh verilir. Bu varlıq Allahımızın qoyduğu vaxt-ANA bətnində inkişaf edir, qidalanır, onun hiss-həyəcanını bölüşür.

Nəhayət, kainat adlandırdığımız bu Cahana gəlmək vaxtı, İnsan-Ana bətnindən çıxmaq-Doğuş vaxtı-gəlir. Birinci ANA-nın isti, hərarətli bədəni-insan övladının ilk evindən tərk edilmə vaxtı- anı baş verir. Bu evin tərki-tərk edən tərəfindən asan və rahat qəbul olunmur. Öz rahat, sakit, vərdiş etdiyi doğma yuvasından tədric olunma ona xoş gəlmir. Canlı insanın yaşadığı ikinci evə-Dünyaya-göz yaşları, həyəcan və ağlamaqla qədəm qoyur! Bu təlatüm, yeni insanın-Doğuşu-Dünyaya gəlişi adlanır. İnsan Cəmiyyəti- ANA, ATA, qohumlar- Dünyaya göz yaşları, həyəcan və qorxu ilə gələn yeni İnsanı-gülüş, təbəssüm, xoşbəxtlik və şadyanalıqla qarşılayır, bir-birini muştuluqlayır və göz aydınlığını bildirirlər.

Yeni insanın ANA və Atası, yaxınları cəmiyyətin-icmanın diqqətində olur! Yeni insan-Dünyanın gərdişinə başlayır. Adi insan həyatı-dəyirman daşından Baş daşına yürüş başlayır.

Dəyirman daşı-əvvəlcə süd verən ana döşü, sonra çörək verən-hər şey-torpaqdan tutmuş-cəmiyyətdə mövcud olan hər bir iş-hamballıqdan-Şahlığa, Alim və şairliyə qədər hər şey məhz bu anlayış altında cəmləşir.İnsanın ruhunu və canını qidalandırır.Yerdə qalan rəzalət və fəzilətlər-eşq, məhəbbət, nifrət, xəbislik, qısası, xeyr və şər, yaxşı və pis-hamısı bu dəyirman daşına xidmətdən doğur. Cəmiyyətdə qəbul olunmuş vaxt anlamı, (gün,ay,il) əslində Allahın vaxt ölçüsünün nə qədər olduğu bilinməyən ömür anlamı, insanın Doğuşundan-Dönüşünə qədər olan an-başa çatmalı olur! Bu an Birinci ANA bətnini tərk etmiş insanın Dünyadakı Şeytan vəsvəsi ilə oyun müddənin başa çatıb, ikinci ANAya qovuşduğu, döndüyü-Dönüş andır. Cəmiyyət birincini doğuş, ikincini ölüm adlandırır. Bu cəmiyyətin fikridir.

Ölümün əsl mahiyyəti insanın şeytan vəsvəsindən qaçışı və qurtuluşdur. Dönüş anı-bu insanın şeytanla bir cəmiyyətdə yaşadığı günlərin,ömrün son anıdır. Bu ölüm adlanır-Kainatla-canla ruhun əlaqəsinin qırılmağa başlamasının ilk günü. İnaclara görə bu da 40 gün çəkir. Ölüm adlandırdığımız bu gün, ölümün ilk günündə yeni insanın sələflərini alqışlayanlar, indi əksinə dünyanı tərk edəninin-ÖLÜ-nün xələflərinə baş sağlığı verir və başın sağ olsun deyirlər!

Sələflərin gülüş və sevincinin yerini Xələflərin ağlamağı, göz yaşları və kədəri tutur! Amma, bunun əksinə olumdakı insanın göz yaşlarının və həyəcanın yerini, ölümdəki insanın donuq təbəssümü və ANA torpaqda əbədi rahatlıq hissi əvəz edir. Birinci fiziki, ikinci isə ruhi anlayış və hisslərdir. Olum və Ölüm, Doğuş və Dönüş. Bu anlayışların arasındakı “və” isə Dünyadır.

Şeytan vəsvəsi ilə dolu olan bir dünya-bizi gülə-gülə qarşıladıqları, ağlaya-ağlaya yola saldıqları dünya. Bizim qorxu ilə qədəm qoyduğumuz, arxayınlıqla tərk etdiyiniz dünya!

ANA qucağından ANA qucağına qədər olan yol. Məhz, mən bu gecə ömrümün dünya ölçüsü ilə 46-cı ilə bir şeyi qandım. Nə üçün Vətənə ANA Vətən! ANAmın Vətəni deyilir. Nə üçün dünyanın və axirətin ən şərafətli peyğəmbəri Məhəmmədə(s.ə.s) buyurub.“Cənnət ANAların ayağı altındadır” ANA-mızın, insan Anamızın ayağı altındakı ikinci anamız-torpaq ANAmızdır.ANAmızın yarandığı ANAmız. Bu gecə bu sətirləri yazmaqda mənim məqsədim heç özümə də məlum deyil.

Amma canımın ruhuma təsirinə nədənsə bu an belə reaksiya verdim.Dolmuş ruhumu sakitləşdirmək, hisslərimi ağırlıqdan boşaltmaq üçün qələm və dəftərlə ünsiyyət qurdum!

Olumla Ölümün, Doğuşla-Dönüşün Sağlığına. Ya Rəbbim,gələcək xələflərimin xətrinə bu yolu-Dünya yolunu - axirətəlayiq keçməyə mənə ağıl, səbr və idrak ver! Amin!

Mehman Əliyev. 

Yuxarı