Kitab təqdimatı.

Kitab təqdimatı.

   2 dekabr 2018-ci il tarxdə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsidə bölmənin təşkilatçılığı ilə AYB-nin üzvü, şair Fazil Əsədin yeni çapdan çıxmış "Salam, Əsgər, Salam " şeirlər və poema kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda şairlər və yazıçılar mətbuat nümayəndələri iştirak etmişlər. Tədbirdi giriş sözü ilə AYB-nin Beyləqan bölməsnin sədri Asif Cəfərli F. Əsədin yeni çapdan çıxmış " Salam, Əsgər, Salam " şeirlər və poema kitabı haqqında mərasim iştirakçılarına ətraflı məlumat verdi. "Salam, Əsgər, Salam" poemasının vətənpərvərlik mövzusunda gənclərimizə örnək olacaq əsər olduğunu vurğulayaraq müəllifə yeni-yeni uğurlar arzuladı. Çıxış üçün sözü şair Bəhram Fərmanzadəyə verdi. B. Fərmanzadə F. Əsədin hələ 1986-cı ildən " Elm və həyat ", " Gənclik ", " Ulduz", " Kirpi ", "Azərbaycan Təbiəti " və bir çox mətbuat səhifələrində şeirləri ilə çıxış etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. AYB-nin Beyləqan bölməsnin birinci muavini şair Raquf Budaqlı müəllifin yeni kitabında yeni çalarlar, məntiqli əsərlər olduğunu qeyd elədi. Sonra şair və yazıçılardan Ağa Savalan, Tahir Həsənov, Mirəli Məmməd, Arif Həsəli, Rövşən Budaq, Əhməd Xalacoğlu, Qəni Qəmli, Araz , Elsevər, Vüsal Muxtarov, Tofiq Behbudov, Eldəniz Kərəmoglu, Azər Köndələncaylı, " Beyləqan " qəzetinin müxbiri Baxşeyiş Şirinov F. Əsədi yeni çapdan çıxmış kitabının təqdimat mərasimi münasibətilə təbrik etdilər, şeirlərindən nümunələr söylədilər, ona yeni uğurlar arzuladılar. Tədbirin sonunda Fazil Əsəd tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi. AYB-nin Beyləqan bölməsi

Yuxarı