Region gəncləri üçün Qış Düşərgəsi.

Region gəncləri üçün Qış Düşərgəsi.

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Region gəncləri üçün Qış Düşərgəsi” layihəsinin icrasına başlayıb. qhtxeber.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi cəbhəyanı bölgələrdə, məcburi köçkün qəsəbələrində, kəndlərində yaşayan uşaq və yeniyetmələrin şəxsi inkişafına, sosiallaşmasına stimul verərək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının və sosiallıqlarının artmasına şərait yaratmaq təşkil edir. Layihə çərçivəsində cəbhə bölgəsində yaşayan yeniyetmə və gənclərin iştirakı ilə yerli, etnik icmaların mədəniyyəti, ictimai fəallıq, kommunikasiya və liderlik istiqamətində 3 günlük Qış Düşərgəsi keçiriləcək. 20 yeniyetmə və gəncin iştirak edəcəyi Qış Düşərgəsinın 2019-cu ilin fevral ayının əvvəlində Azərbaycanın füsunkar guşəsi olan İsmayıllı rayonunu Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulur. Düşərgədə Beyləqan, Füzuli və Cəbrayıl rayonundan olan yeniyetmə və gənclər iştirak edə bilərlər. Düşərgədə iştirak etmək istəyən gənclər CV-lərini və motivasiya məktublarını 18 yanvar 2019-cu ilədək bgmsiib@mail.ru ünvanına göndərə bilərlər. Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarı