Fotomüsabiqə başa çatdı.

Fotomüsabiqə başa çatdı.

11 yanvar 2019-ci il tarixdə Beyləqan rayonunuda keçirilən foto müsabiqənin son seçim turu olmuşdur. Müsabiqə ilə bağlı tədbir təşkil edilmişdir. Tədbirdə Müsabiqənin Münsiflər heyəti, Media nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin nümayəndələri, Qarabağ qaziləri, Peşə məktəbin tələbələri və müsabiqə iştirakçıları iştirak etdilər. Tədbiri Münsiflər heyətinin üzvü Mehman müəllim açaraq Beyləqanlı.az saytına və fb səhifəsinə təşəkkürlərini bildirdi. Bu müsabiqə həqiqətən gənclərin inkişafına yeni bir təkan verdi. Foto müsabiqəsində 1-ci yeri Tanrıverdi Adıgözəlli, 2-ci yeri Sənan Mehdiyev, 3-cü yeri isə Nicat Əliyev tutmuşdur. Əvvəldən qeyd olunduğu kimi 1-ci yer 150 AZN, 2-ci yer 100 AZN, 3-cü yer isə 50 AZN dəyərində mükafatlandırılmışlar.

Yuxarı