Azərbaycan Yazıçılar Birliyi Beyləqan Bölməsində növbəti tədbir. Tədbir şer müsabiqəsinə həsr olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyi Beyləqan Bölməsində növbəti tədbir. Tədbir şer müsabiqəsinə həsr olunmuşdur.

26 yanvar 2019-cu il tarixdə AYB Beyləqan Bölməsinin təşkilatçılığı ilə bölmənin ofisində növbəti tədbir keçirilmişdir. 
Tədbiri Bölmənin sədri Asif Cəfərli açaraq 2018-ci ildə görülən işlərdən ətraflı və geniş bəhs etdi. Bildirdi ki, bu il də Bölməmiz üçün uğurla başlayıb. O, bölmənin yeni iş planları barədə keçirilən mədəni tədbirlərin mütamadi hal almasından , Mədəniyyət və Turizm Nazirliyi Beyləqan haqqında ensklopedik toplu hazırlayacağı və AYB Beyləqan Bölməsinin şair və yazıçıları haqda məlumatların və əsərlərin kitaba daxil ediləcəyini bildirdi. O, qeyd etdi ki, ənənəvi olaraq fevralın 2-də şair Tahir Hüseynin “Hidayət yolu” kitabının təqdimatını keçirəcəyik. Bundan əlavə mərhum şair AYB-nin üzvü olmuş Vaqif Cəfərlinin xatirəsini əbədiləşdirmək üçün “Vaqif Cəfərli” diplomu təsis edəcəyik. Asif Cəfərli cıxışında onu da qeyd etdi ki, Peyğəmbər ziyarətgahında qədim qəbr daşlarının üzərindəki yazıları tərcümə edib gələcək nəsillərə çatdırmaq üçün həmin qəbrlərin, qəbr daşlarının şəkilləri çəkilməlidir. Bu yazıları ərəb-fars əlifbasından Azərbaycan əlifbasına çevirib həmin qəbrlərin üzərində yerləşdirəcəyik ki, buraya ziyarətə gələnlər qəbrlərin tarixi haqqında bilgilərə malik olsunlar. Sonra Asif Cəfərli cari ilin mart ayında Beyləqanda keçiriləcək Poeziya müsabiqəsi haqqında danışmaq üçün müsabiqənin icraçı nümayəndəsi Mehman Əliyevə söz verdi.
Mehman Əliyev çıxış edərək bildirdi ki, rayonumuzda “Beyləqanlı” saytının təşəbbüsü və dəstəyi ilə yanvar ayının əvvəlində foto-müsabiqə keçirmişik. Növbəti belə tədbir Beyləqanlı şairlərinin əsərləri ilə bağlı “Poeziya “ müsabiqəsi olacaqdır. Şairlərimizdən xahiş edirəm ki, yazdıqları şeirlərini “Beyləqanlı” saytına göndərsinlər. Poeziya müsabiqəsinə Novruz bayramı, mərhum şairimiz Vaqif Cəfərlinin doğum günu yekun vurulacaqdır. Qaliblər AYB-nin Beyləqan Bölməsinin təsis etdiyi “Vaqif Cəfərli” diplomu və “Beyləqanlı” saytının rəhbərliyi tərəfindən pul mükafatı ilə mükafatlandırılacaqlar. Qalib gənc istedadların əlavə pulsuz bilik kurslarına qatılacağını bildirdi.
Sonra çıxışlar oldu. AYB-nin Beyləqan Bölməsinin sədr müavini Raquf Budaqlı, Bölmənin Poeziya şöbəsinin sədr müavini Elman İsrafiloğlu, Bölmənin mətbuat xidməti üzrə sədr müavini Rövşən Budaq, AYB-nin üzvlərindən Vəliyəddin Əhmədbəy, Arif Həsənli, Fazil Əsəd, Ağa Savalan, Allahverdi Kərimoğlu, şair və yazıçılardan Amil Quliyev, Tahir Hüseyn, Tofiq Behbudov, Azər Köndələnçay çıxış edərək öz fikirlərini söylədilər.

AYB-nin Beyləqan Bölməsi

Yuxarı