2 Fevral – gənclər günü ərəfəsində Region gəncləri üçün qış düşərgəsi.

2 Fevral – gənclər günü ərəfəsində Region gəncləri üçün qış düşərgəsi.

2 Fevral – gənclər günü ərəfəsində Region gəncləri üçün qış düşərgəsiAzərbaycan Respublikasının Gənclər Fondu , «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi və İsmayıllı Olimpiya İdman Kompleksi "Region gəncləri üçün qış düşərgəsi" adlı növbəti düşərgəyə start verir. 
Maarifləndirmə və ekskursiya proqramı çərçivəsində təşkil edilən "Region gəncləri üçün qış düşərgəsi” əsas məqsədi cəbhəyanı bölgələrdəki, ucqar məcburi köçkün qəsəbələrində və kəndlərində yaşayan uşaq və yeniyetmələrini əhatə edərək, onların şəxsi inkişafına, sosiallaşmasına stimul verərək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının və təhsilə marağının artmasını təşviq etmək təşkil edir 
İsmayıllı Olimpiya İdman Kompleksində 8-9-10 fevral tarixində baş tutacaq 3 günlük düşərgənin iştirakçıları müxtəlif maarifləndirici sessiyalarda iştirakla bərabər, İsmayıllı regionunun ərazisində eko-tur, tarixi –arxeoloji abidələrə səfər, praktik təlimlər, intellektual-əyləncəli müsabiqələr, idman yarışlari, Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq fürsəti əldə edəcək, həmçinin gəncləri musiqi, maraqlı fikir mübadilələri və s. surprizlər gözləyir.
Qış düşərgəsində iştirak etmək istəyənlər üçün şərtlər:
* Yaş həddi: 14-29
* Təhsil: Orta məktəbin 10-11 və digər sahələrdə ali və orta ixtisas təhsilı alan və ya təhsilini tamamlamış gənclər
!!! Qeyd edək ki, düşərgədə iştirak etmək ödənişsizdir. İştirakçılar İsmayıllı Olimpiya İdman Kompleksində qalmaq, nəqliyyat və qida ilə təmin olunacaqdır və bütün xərclər , «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi tərəfindən qarşılanacaqdır.

İştirakçı nəzərə almalıdır:
- Su keçirməyən isti və rahat ayaqqabı;
- Qalın üst geyimi.
Düşərgədə iştirak etmək istəyən Beyləqan, Füzuli və Cəbrayıl rayonundan olan yeniyetmə və gənclər 05 fevral 2019-cu il tarixinə qədər qeydiyyatdan keçmələri mütləqdir.
Düşərgə 8-9-10 Fevral 2019-cu il tarixlərində İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcəkdir.
Düşərgə üçün son qeydiyyat tarixi: 05 fevral 2019-cu il 
Düşərgədə iştirak etmək istəyənlərlər aşağıdakı Müraciət formasını dolduraraq bgmsiib@mail.ru ünvanına göndərmələri xahiş olunur. (Əlaqə üçün +994502256390 Layihə rəhbəri Zaur Quliyev)

Müraciət Forması

Ad/Soyad/Ata adı :

Təvəllüd (gün/ay/il):

Əlaqə telefonu :

E-mail ünvanı :

Cari yaşayış ünvanı (rayon,şəhər):

Təhsil (bakalavr/magistr):

Təhsil aldığınız təhsil müəssisəsi :

Düşərgə haqqında məlumatı hardan əldə etmisiniz?:

Bu düşərgədə iştirak üçün sizi ən çox həvəsləndirən nədir?:

İştirak etdiyiniz hər hansı düşərgə olubmu? Qeyd edin:

Düşərgədə iştirak etmək nə üçün sizi maraqlandırır?:

Qış Düşərgəsində ekstremal hadisələrə fiziki baxımdan hazırsınızmı?:

Fiziki sağlamlığınızla bağlı hər hansı bir probleminiz varmı? _____________
Zəhmət olmasa qeyd edin:

Yeməklə bağlı xüsusi ehtiyacınız varmı?: _________ 
Zəhmət olmasa qeyd edin:

Maraqlarınız (hobbiləriniz və s) nələrdir?:

Əlavə etmək istədiyiniz qeydlər:

Yuxarı