İnsanlıq nümunəsi. Gözəl həkimlərimizlə qürur duyuruq!

İnsanlıq nümunəsi. Gözəl həkimlərimizlə qürur duyuruq!

Bu oğlanın adı Əlidir.Bir neçə gün öncə qulağında olan problemə görə Zabratdakı uşaq evindən gətiriblərmiş xəstəxənəyə.Yeddi yaşlı qızım burun-bogazdan əməlyyat olunduğu ücün mən de neçe gün idi xəstəxanada qalırdım.
Axşam saatlarında məlum oldu ki, uşaq evindən gətirilən Əli hələ sünnət olunmayıb. Həkimdən xahiş elədik, xırda xərclərin də odəyib sünnət elətdirdik.
Sağ olsun həkim, iş vaxtı bitməyinə baxmayaraq Əlini təmənnasız əməliyyat elədi. Bütün həkimlər başına pərvanə kimi dolanrdı. Sağ olsunlar.
Cox şirin, dilli-dilavər uşaq idi Əli.
Dostlaşmışdıq Əli ilə. Şəhere gəzməyə çıxanda zəng vuracam gorüşek də demişdi mənə.
Gecə saatlarında dostum Əlini oz palatamıza gətirmişdim.
Tibb bacısı geldi ki, Əlini gorməyə gələn var.
Birlikdə dəhlize cıxdıq. Əlini görməyə gələn adamı görüb, özümü saxlaya bilmədim, gözlərim doldu. Sevindiyimdən ağladım. Əllerindən öpdüm...
Inanın, dünya bu cür gözəl insanların var olduğuna görə dağılmır.
Peşe sahələrinin hər birinde 5-cə dənə belə insan olsa, vallah olkəmizdə olan problemlere qalib gələrik....
Həyat yoldaşı və azyaşlı uşaqları ilə Əlini görməyə gələn adam, Əlini təmənnasız əməliyyat edən həkim idi.....

Rəhbər Əkbərzadə.

Yuxarı