Aprel şəhidlərinin anırıq.

Aprel şəhidlərinin anırıq.

04 aprel 2019-cu il tarixdə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin unudulmaz xatirəsini əbədiləşdirmək üçün Həzrəti Cərcis Peyğəmbər ziyarətgahında tədbir keçirilmişdir. Tədbirdə Beyləqan rayonunun müxtəlif məktəblərindən olan şagird və müəllimlər, qazilər, müharibə əlilləri, QHT nümayəndələri, şair və yazıçılar, ziyarətgahın nümayəndələri iştirak etmişlər. Məktəblilər şəhidlər abidəsinin önündə kompazisiya ilə çıxış etmişlər.

Göstərdikləri dəstəyə görə Həzrəti Cərcis Peyğəmbər ziyarətganının bütün əməkdaşlarına öz dərin təşəkkürümüzü bildiririk.

Allah şəhidlərimizə rəhmət eləsin. 

Yuxarı