30 aprel 2019-cu il tarixində Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyində tədbirdən.

30 aprel 2019-cu il tarixində Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyində tədbirdən.

Hərbi vətənpərvərlik mövzusunda 
2016- cı il aprel döyüşlərinin üçüncü il dönümünə həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii gecə.

30 aprel 2019-cu il tarixində Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyi Uşaq Gənclər İnkişaf Mərkəzinin Bədii Qiraət dərnəyi ilə birgə 2016- cı il aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii gecə keçirtdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başladı. Qarabağ torpaqlarının azadlığı və müdafiəsi uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri muzeyin direktoru M.İsgəndərova açaraq aprel döyüşlərinin əhəmiyyətindən, qısa müddətdə qazanılan qələbənin bizə bəxş etdiyi yüksək əhval ruhiyyədən söz açdı.Aprel zəfəri müasir tariximizin qəhrəmanlıq rəmzi kimi bütün dünyaya sübut etdi ki, Azərbaycan artıq 90-cı illərdəki kimi gücsüz , silahsız deyil.İndi Azərbaycan ordusu ən yüksək hərbi texnika və müasir silahlarla təchiz olunub.
AYB-nin Beyləqan bölməsinin rəhbəri Asif Cəfərli çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayının əvvəllərində göstərdiyi qəhrəmanlıqdan ətraflı danışaraq bildirdi ki, müzəffər ordumuzun köməyi ilə tezliklə ata-baba torpaqlarımız işğaldan azad ediləcək və Azərbaycanın üçrəngli bayrağı Qarabağımızın hər qarışında dalğalanacaq.
Tədbirin bədii hissəsi rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin Bədii Qiraət dərnəyinin hazırladığı kompozisiya ilə davam etdirildi. Məktəblilər Vətənə, şəhidlərə həsr edilən şeirlər söylədilər, hərbi mahnılar oxudular və səhnəciklər nümayiş etdirdilər.
Tədbirdə aprel döyüşlərində canını Vətənə qurban vermiş şəhid Ayaz Hüseynovun , Şahin Cavadzadənin və Məhəbbət Mirzəyevin valideyinləri, Qarabağ qaziləri, N saylı hərbi hissənin əsgər və zabit heyəti, Beyləqan rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri , BGMSİ İctimai Birliyinin əməkdaşları, şəhər 2 saylı tam orta məktəbin şagirdləri və valideynlər, rayon ziyalılıarı və rayon sakinləri iştirak etdilər.

Yuxarı