Yüzlərlə insanlara şəfa verən, insan, həkim - Məmmədov Əyyub Şəmil oğlu.

Yüzlərlə insanlara şəfa verən, insan, həkim - Məmmədov Əyyub Şəmil oğlu.

Məmmədov Əyyub Şəmil oğlu 1934-cü il iyun ayının 21də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1941-1951-ci illərdə Füzuli rayonu Böyük Bəhmənli kənd orta məktəbində təhsil alıb. 1953-1959-ci illərdə Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə profilaktika fakültəsində təhsil alıb.

1959-1964-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocavənd rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri işləmişdir. 1964-1980-ci illərdə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri işləmişdir. 1966 –cı ildə Respublika ziyalılar cəmiyyətinin üzvü, Rayon ziyalılar cəmiyyətinin sədri seçilib, Zaqafqaziya Respublikalarının tavmatoloq və ortopedlərin I qurultayının iştirakçısı olub. 1967 –ci ildə Zaqafqaziya Respublikalarının Cərrahlarının VII qurultayının iştirakçısı olub. 1968-ci ildə Alma-Atada keçirilən Ümumittifaq Cərrahların X plenumunun iştirakçısı olub.1970 –ci il 3 aprel tarixində V.İ.Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Sovetinin yubiley medalı ilə təltif edilib. 1971 –ci ildə Bakı elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 25 illik yubileyi münasibəti ilə I Respublika konfransının iştirakçısı olub.

1976-cı ildə Kiyev şəhərində Travmatologiya və Ortopediya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib, Kiyevdə keçirilən Zaqafqaziya Respublikalarının travmatoloq və ortopedlərinin III qurultayının iştirakçısı olub.

1977-ci il İyul ayının 3-də Azərbaycan SSRİ “Bilik” Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib, Azərbaycan SSR Cərrahlarının I qurultayının iştirakçısı olub.

1978-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Kolleqiyasının qərarı ilə F əxri Fərmanına layiq görülüb. 1980-ci ildə Zaqafqaziya Respublikaları C ərrahlarının X qurultayının iştirakçısı olub. 1980-1992-ci illərdə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işləyib. 1982 –ci ildə A.F.Reşetovun imzası ilə (13 aprel) SSRİ Qızıl Aypara Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. 1985-ci il Avqust ayının 28-də Azərbaycan SSRİ “Bilik” Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. 1985-1995-ci illərdə Jdanov (Beyləqan) şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1986-cı il Sentyabr ayının 19-da Azərbaycan SSRİ “Bilik” Cəmiyyətinin Fəxri

Fərmanı ilə təltif edilib. 1988-ci ildə SSRİ Q ırmızı Aypara Cəmiyyətinin “Sovet Qırmızı Aypara Cəmiyyətinin Fəxri Döş Nişanı” medalı ilə, SSRİ Qırmızı Aypara Cəmiyyətinin “SSRİ Sanitar əlaçı” döş nişanı ilə, “Sosializim yarışının qalibi” Döş nişanı ilə təltif edilib. 1989-cu ildə Tibb işçiləri Həmkarlar təşkilatı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. 1992-1996-cı illərdə Beyləqan Rayon Poliklinikasında cərrah işləyib. 1992-ci ildə Azərbaycan “BİLİK” Cəmiyyəti İdarə Heyəti Rəyasət heyətinin qərarı ilə Yusif Məmmədəliyev adına mükafata layiq görülüb. 1995-ci ildə Respublika Alimər İttifaqının, 1996-cı ildə Respublika Jurnalistlər birliyinin üzvü seçilib.1996-2012-ci illərdə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri işləyib. 2003-cü ildə “VEKTOR” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış h əkimləri” Beynəlxalq Layihənin qalibi olub, “XXI əsrin tanınmış həkimi” Beynəlxalq diplomu ilə təltif olunub, Respublika Səhiyyə Nazirliyinin Cərrahlar Assosiasiyasının üzvü seçili. 2004-cü il İyul ayının 17-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, May ayının 19-da Respublika Jurnalistlər Birliyinin – “Media mükafatı laureatı” diplomu ilə təltif edilmişdir. 2006-cı ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb. 2012-ci ildə təqaüdə çıxıb. 2019-cu ildə səmərəli fəaliyyətimə görə Azərbaycan Jurnalistlər Birliyinin Diplomu ilə təltif edilmişdir, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Fəxri üzvü, “Qızıl Qələm” media mükafatı laureatı olmuşdur.

Bütün bunlarla bərabər Əyyub Məmmədov bir çox başqa təltiflərə layiq görülüb, eləcə də ona Rayon Partiya komitəsindən 5 Fəxri Fərman, MRX-nın rəhbərliyi tərəfindən 4 Fəxri Fərman verilib. Hal-hazırdı elmi fəaliyyətini davam etdirir.

Yuxarı