Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar.

Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar.

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB-yi “Biomüxtəliflik və ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolunun gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini biomüxtəiflik və ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərinin artırılmasi və ətraf mühiti təcrübədə öyrənərək, məsuliyyətlərini artırmaq təşkil edir.

Layihə çərçivəsində Beyləqan rayonunda biomüxtəliflik və ekoloji problemlər mövzusunda seminar təşkil edilmişdir. Seminar zamanı

biomüxtəliflik, Azərbaycanın təbiətini kəşf edək, ətraf mühitin qorunmasında liderlik,tullantısız ətraf mühit və sağlam həyat tərzi, gənclərin ətraf mühitə qarşı məsuliyyəti və ağacəkmə kampaniyasının aparılması qaydaları mövzuları müzakirə edilmişdir. Seminarlar zamanıa IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən "Quşlar cənnəti - Ağgöl Milli Parkı" sənədli filmi də nümayiş etdirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri ekologiyanın qorunmasını səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər verməkdir.

Eyni zamanda layihə çərçivəsində seminarlarla yanaşı gənclərin biomüxtəlifliklə praktiki tanışlığı məqsədilə Ağğöl Milli parkına da ekskursiyanın keçirilməsi də nəzərdə tutulur.

Yuxarı