Gənclər biomüxtəliflik və ətraf mühitlə Milli parkda tanış oldular.

Gənclər biomüxtəliflik və ətraf mühitlə Milli parkda tanış oldular.

  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB-yi “Biomüxtəliflik və ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolunun gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini biomüxtəiflik və ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərinin artırılmasi və ətraf mühiti təcrübədə öyrənərək, məsuliyyətlərini artırmaq təşkil edir. Layihə çərçivəsində biomüxtəliflik, Azərbaycanın Milli parkları, ətraf mühitin qorunmasında liderlik,tullantısız ətraf mühit və sağlam həyat tərzi, gənclərin ətraf mühitə qarşı məsuliyyəti və ağacəkmə kampaniyasının aparılması qaydaları mövzularının müzakirə edildiyi 4 seminar təşkil edilmişdir. Seminarlar zamanıa IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən "Quşlar cənnəti - Ağgöl Milli Parkı" sənədli filmi də nümayiş etdirilmişdir. Layihə çərçivəsində eyni zamanda seminarlarla yanaşı gənclərin biomüxtəlifliklə praktiki tanışlığı məqsədilə 18 yanvar 2018-ci ildə Ağğöl Milli parkına səfər ekskursiya təşkil edilmişdir. Ekskursiyanın keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri ekologiyanın qorunmasını səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin biomüxtəliflik və ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək təşkil etmişdir. Ekskursiya zamanı Ağgol milli parkının flora və faunası, 500 mindən çox quşun məskunlaşdığı bu ərazidə 140-dan çox quşun qışladığı, 87 növ quşun yumurta qoyaraq bala verməsi, dünya əhəmiyyətli su bataqlıq sahəsi kimi UNESCO-nun siyahısına və burada rast gəlinən quşların 30 növünün adı “Azərbaycanın Qırmızı Kitabı”na salınması haqqında layihənin eksperti və milli parkın bələdçisi ətraflı məlumat vermişdir. Ekskursiya uşaqlarda xoş təəsürat yaratmaqla ətraf mühitin və biomüxtəlifliyin qorunmasında məsuliyyətin formalaşmasına kömək olacaqdır.

Arzu Rəhimov.

Yuxarı