QULİYEV TELMAN ŞAHLAR OĞLU QARABAĞ MÜHARİBƏSİ VETERANI.

QULİYEV TELMAN ŞAHLAR OĞLU QARABAĞ MÜHARİBƏSİ VETERANI.

Telman Şahlar oğlu Quluyev 
28 fevral 1970-ci ildə Beyləqan rayonu Qarallar kəndində anadan olmuşdur. !986-cildə orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında Macarıstan Respublikasında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunda zootexnik ixtisası üzrə təhsil almışdır.Bir müddət yaşadığı kənddə yerləşən “Qarabağ” kolxozunda yemçilik briqadiri işləmişdir
Qarabağda döyüşlər başlayanda yeni yaradılan Milli Orduya yazılmış bir sıra döyüşlərdə, o cümlədən Beyləqan və Füzuli rayonları ətrafında gedən döyüşlərdə iştirak etmişdir.Yaralandıqdan sonra ikinci qrup əlil kimi təxris edilmiş, müqəddəs qazilərimizin cərgəsinə qoşulmuşdur.
Özünü indi də əsgər sayan Telman hazırda da orduda və gənclər arasında daim hərbi vətənpərvərlik tədbirlərində iştirak edir, çağırışçılarla, yeni əsgərlərlə daima gənc nəslin bu sahədə hazırlanmasında köməyini və təcrübəsini əsirgəmir.
Bu sahədə göstərdiyi xidmətlərə görə "Vətən naminə" "Fədai" və "Vətənpərvərlik işlərində xidmətlərinə görə" medalları ilə təltif edilmişdir..

Yuxarı