“Cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaq və yeniyetmələrin sosial inteqrasiyası məqsədilə yay məktəbinin təşkili”.

“Cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaq və yeniyetmələrin sosial inteqrasiyası məqsədilə yay məktəbinin təşkili”.

Cocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar da Göygöldə yay məktəbinin iştirakçıları olmuşdur “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaq və yeniyetmələrin sosial inteqrasiyası məqsədilə yay məktəbinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini cəbhəyanı bölgələrdə yaşayan uşaq və yeniyetmələrin ictimai fəallığını artırmaq, asudə vaxtının səmərəli təşkili ilə sosial inteqrasiyası və təhsilə marağını təbliğ etmək təşkil edir. Layihə çərçivəsində “Sosial fəaliyyət və effektiv komunikasiya” mövzusunda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon Böyük Mərcanlı kəndində və Füzuli rayonunda Zobucuq- 3 məcburi köçkün qəsəbəsində, Ağdam rayonunun Quzanlı qəsəbəsində uşaqların və pedoqoji heyətin iştirakı ilə seminarlar keçirilmişdir. Seminarlar başa çatdıqdan sonra seçilmiş 30 məcburi köçkün uşaq və yeniyetmələrin iştirakı ilə 15-17 iyul 2018- ci ildə Göygöl rayonunda Göygöl Olimpiya İdman Kompleksində 3 günlük Yay məktəbi təşkil olunmuşdur. Yay məktəbinin açılışında təşkilatın sədri Jalə Teymurlu bildirmişdir ki, yay məktəbində Füzuli rayonundan, Kəlbəcər rayonundan və əlamətdar hadisələrdəndir ki bu günkü yay məktəbində Azərbaycanın rəşadətli ordusu tərəfindən işğaldan azad edilmiş Cocuq Mərcanlıda təhsil alan uşaqlar da iştirak edirlər. Bu bizi çox qürurlandırır. Hesab edirəm ki bu yay məktəbi bölgələrdəki, ucqar məcburi köçkün qəsəbələrində və kəndlərində yaşayan uşaq və yeniyetmələrini əhatə etməklə, məcburi köçkün qəsəbələrində və kəndlərində yaşayan uşaq və yeniyetmələrin şəxsi inkişafına, sosiallaşmasına stimul verəcək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirəcək, təhsilə marağının artmasına şərait yaradacaqdır. Eyni zamanda fəaliyyətlər Məcburi köçkün uşaqları və yeniyetmələri arasında sosial fəaliyyətlərin keçirilməsi uşaqlar arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə, sosial inteqrasiyanın həyata keçirilməsinə, zərərli vərdişlərdən uzaq olmasına və yeni dostlar qazanmasına imkan yaradacaqdır. Layihənin eksperti Zaur Quliyev tərəfindən Uşaq hüquqları- Hüquq və vəzifələr, fərdi inkişaf, Kommunikasiya və ünsiyyət, Məcburi köçkün icmalarında gender münasibətləri, Sağlam həyat tərzinin təbliği, Narkomaniya və zərərli vərdişlərlə mübarizə məsələləri müzakirə edilmişdir. Eyni zamanda uğur qazanmış idmançılarla, gənclərlə yay məktəbinin iştirakçılarının görüşləri təşkil olunmuş, müxtəlif qrup işləri, rol oyunları keçirilmişdir. Müxtəlif məcburi köçkün rayonlarından ibarət qrupların könüllü həyata keçirməyi planlaşdırdıqları layihə təkliflərinin təqdimatları olmuşdur. Yay məktəbi çərçivəsində iştirakçıların Göygöl Tarix Diyarşünaslıq Muzeyinə, H. Əliyev muzeyinə, Gənclər Mərkəzinə, Göygöldəki Alman Kilsəsinə və Göygöl Milli parkına səfərləri təşkil olunmuş, maraqlı idman yarışları və üzgüçülüklə səmərəli asudə vaxtları təşkil olunmuşdur. Yay məktəbində iştirak edən məcburi köçkün uşaqlar ilk dəfədir belə bir proqramla yay məktəbində iştirak etdiyini bildirmiş və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən məcburi köçkün uşaq və yeniyetmələrinin inkişafı ilə bağlı layihələrin icra olunmasına dəstək göstərdiyinə görə, İnci Məcburi köçkün qadınlar İctimai Birliyinə isə layihənin uğurlu icrasına görə öz minnətdarlıqlarını ifadə etmişlər. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyinin Mətbuatla Əlaqələr Departamenti

Yuxarı