Qoruq-Milli Park

    QORUĞLAR. Ağ göl Milli Parkı Ağcəbədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Parkın 4220 ha sahəsi Beyləqan rayonunun ərazisinə düşür. Həmən ərazinin 1200 hektarı göl altındadır. Qalan 3020 hektarı isə qoruq torpaq sahəsidir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərancamı ilə Ağ göl Dövlət Təbiət Qotuğunun sahəsi 17924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir (05.07.2003). Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik göl və yarımsəhra landşaftlarından ibarətdir. Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və əsasən qamışlıqlarla əhatə olunmuşdur. Suyunun səviyyəsi yay mövsümündə azlaraq ən aşağı həddə çatır. Ərazidə bitki növlərindən əsasən duzlaq soğanı, qışotu, qamış, şahsevgi, sarıbaş, qarasoğan, yovşan, qırtıc və s yayılmışdır. Burada suda-quruda yaşayan yaşıl quru qurbağası, Kiçik Asiya qurbağası və göl qurbağası rast gəlinir. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə qamışlıq pişiyinin güclü populyasına təsadüf olunur. 

     AĞ GÖL DÖVLƏT TƏBİƏT QORUĞU - 1978-ci ilin 2 mart tarixində gölün ətrafında 4400 hektar sahədə Ağ göl  Dövlət Təbiət Qoruğu yaradılmışdır.

    AĞ GÖL MİLLİ PARKI - Milli park. Mil düzündə, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiət mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan, təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Hazırda respublikamızın ərazisində 6 Milli Park, 13 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. Onlardan biri də Ağ göl Milli Parkdır. Ağ göl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində Ağ göl dövlət təbiət qoruğu və Ağ göl dövlət təbiət yasaqlığının bazasında 17924 hektar ərazidə yaradılmışdır (05.07.2003). Kür-Araz ovalığının Mil düzənliyində yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların ən vacib qışlama və yuvalama yeri olduğu üçün “ornitoloji sahə” də adlandırıla bilər. Buranın ornitoloji faunası çox zəngindir. 140-dan çox quş növünə rast gəlmək olar. Onlardan 89 növü bilavasitə yuva salan quşlardır (sultan toyuğu, ərsindimdik, qu quşları, fitçi və mərmər cücələr, bəzgək və s.). Ağ gölün əsas mühafizə obyektləri köçəri, suətarfı və su quşlarının kütləvi yuva salma və qışlama yerləri olan su-bataqlıq ekoloji sistemləridir.
      Ağ göl Azərbaycanın çöl-göl ekosistemi olub köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərə aiddir.
Gölün qorunmasında ilk addım 1964-cü ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 2mart tarixində gölün ətrafında 4400 hektar sahədə Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Ağ Göl Dövlət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.

     Ağ göl Milli Parkının yaradılmasında əsas məqsəd mühüm su bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış, nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini əvvəlki ərazilərinə uyğunlaşdırmaq, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.
      Burada yayı quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır.Ağ göl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq soğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. yayılmışdır. Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir.
    Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, Kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Bəzi balıq növləri (çəki, suf, külmə) vardır. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi su ilanı, qızıl təlxə, xaltalı eyreniş, gürzə və s. növlər yayılmışdır. Ağ göl Milli Parkında mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, haraycə, fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır.
    Milli Parkın ərazisində məməli heyvanlardan canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda qamışlıq pişiyi yaşayır. Ağ göl YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyasının Siyahısına daxil edilmişdir.

     AĞ GÖL YASAQLIĞI - Azərbaycan Respublikasında dövlət yasaqlığı. Ağcabədi rayonu ərazisində, Mil düzündədir. Yasaqlığa şor sulu Ağ göl və onu cənubdan əhatə edən sahil zonası daxildir. Sahəsi 9173 ha-dır. Qışlamağa gələn quşları (əsasən, su quşlarını) qorumaq məqsədi ilə təşkil edilmişdir (1964). Quru hissəsinin relyefi hündürlüyü 15-20 m-ə çatan təpəli düzənlikdir. Sultan toyuğu, bozqaz, qaşqa qaz, qu quşları, müxtəlif ördəklər və s. olur. Ağ göldə çəki, suf, külmə və s. balıqlar ovlanır.

Yuxarı