Qarabağ müharibəsi

    QARABAĞ MÜHARİBƏSİ. Ermənilər “Böyük Ermənistan” yaratmaq xülyasını gerçəkləşdirmək üçün XX əsrdə bir neçə dəfə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişlər. Belə ki, ilk əvvəl Böyük Vətən müharibəsi illərində azərbaycanlıların Orta Asiyaya və Qazaxıstana köçürülməsi planı hazırlandı və həyata keçirilməsinə başlanıldı. Lakin M.C.Bağırov tutarlı faktlarla İ.Stalini bu fikirdən döndərə bildi. 1945-ci ilin payızında Ermənistanın Dağlıq Qarabağın onlara verilməsi barədə sovet hökuməti qarşısında qaldırdığı növbəti məsələ də M.C.Bağırovun tədbirləri nəticəsində həyata keçirilmədi (Şuşa və Zəngəzurun Azərbaycana verilməsi şərti ilə bu məsələnin müsbət həlli təklif edilmişdi). Çox keçmədən, 1947-ci il dekabrın 23-də SSRİ NS (Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında) qərarı qəbul olundu. Bununla da, azərbaycanlıların öz ata-baba torpaqlarından köklü deportasiyasının birinci mərhələsi başlandı. 1948-1950-ci illərdə Ermənistan SSR-dən 150000 azərbaycanlı doğma yurdlarından zorla çıxarıldı. Onların evlərinə, yurdlarına, xarıcı ölkələrdən gətirilmiş ermənilər yiyələndilər. Dağ və dağətəyi ərazilərdə yaşamış azərbaycanlılar isə əsasən Kür-Araz ovalığını n isti ərazilərində məskunlaşdırıldı.
     Həmin hadisənin düzgün siyasi qiyməti isə çox sonralar – 1997-ci il dekabrın 18-də verildi. “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazilərində ki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanında son iki əsrdə xalqımıza qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin əsl mahiyyəti açıqlandı.

   Azərbaycanlıların deportasiyasının ikinci güclü mərhələsi ötən əsrin 80-cı illərinin sonlarında başlandı. Belə ki, azərbaycanlıların Ermənistandan və bütün Qafqazdan qovulub çıxarılmasını həyata keçirməyə başladılar.
   İlk növbədə, azərbaycanlıların Ermənistan SSR-dən bütünlüklə çıxarılması həyata keçirildi. 1988-ci ilin yanvarında Qafan və Mehri rayonlarında başlanan həmin “etnik təmizləmə” tədricən Dağlıq Qarabağ ərazisində də tətbiq olundu. Dağlıq Qarabağın azərbaycanlı əhalisi zorla qovuldu, öldürüldü, didərgin salındı. 9991-ci ilin avqustun 8-də Ermənistan SSR-dən sonuncu azərbaycanlı kəndi – Nüvədi boşaldıldı. Beləliklə, Ermənistan SSR-də ki 185 azərbaycanlı kəndi təmizləndi, 230000 azərbaycanlı qovuldu, 31000 ev, 165 kolxoz və sovxoz talandı, 225 nəfər öldürüldü, 1200-dən artıq adam yaralandı.
     Azərbaycanlıların bu dövrdə ki deportasiyasında da Rusiya yaxından iştirak etdi.


    Azərbaycan ərazisi erməni təcavüzünə məruz qaldığı dövrdə beyləqanlılar da silaha sarıldılar. Qarabağ savaşında 924 nəfər iştirak etdi, 172 nəfər şəhid, 31 nəfər itkin, 133 nəfər əlil oldu. 3 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, 3 nəfər orden və medallara layiq görüldü. Lakin ermənilərin Azərbaycan ərazisinə hücumları dayanmadı, növbəti hədəfdə Beyləqan da vardı. Belə bir həyəcanlı dördə Azərbaycana iki dəfə rəhbərlik edən Heydər Əlirza oğlu Əliyev Beyləqan rayonuna (1993,1994), rayon ictimaiyyəti, cəbhə bölgəsində əsgər və zabitlərlə görüşdü, çıxışlar etdi, xalqla ordu arasındaki anlaşılmazlığı aradan götürdü, onların birliyini təmin etdi. Nəticədə əks-hücuma keçən Azərbaycan ordusu erməni nizami hərbi qüvvələrini 35-40 km geri oturtdu və düşmənin Beyləqan istiqamətində hücumu dayandırıldı.
     Əsaslı dönüş el arasında “Azərbaycanın Stalinqradı” adlandırılan Beyləqandan başlandı. Bundan az sonra Ermənistanla atəşkəsə nail olundu (12.05.1994).
    Heydər Əlirza oğlu Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə Beyləqanın inkişafının təməlini qoydu. Azərbaycana rəhbərliyinin ikinci dövründə isə onu işğal təhlükəsindən xilas etdi.
    Ölkəyə rəhbərliyinin birinci dövründə rayonun inkişafı üçün əlindən gələni əsirgəməyən Heydər Əlirza oğlu Əliyev rəhbərliyinin ikinci dövründə (1993-2003) Beyləqanı erməni işğalı təhlükəsindən qurtardı. Belə ki, həmin dövrdə iki dəfə Beyləqana səfər etdi (1993,1994). Bu səfərlərdən sonra Milli Ordunun əsgər və zabitləri arasında ruh yüksəkliyi yarandı və rayon işğal təhlükəsindən xilas oldu.

      HARAMI ƏMƏLİYYATI - 1993-cü ilin ortalarında Azərbaycanda yaranmış daxili siyasi gərginlikdən istifadə edən erməni qəsbkarları Qarabağətrafı rayonların işğalına başladılar. Beyləqan və Fizuli rayonları da hücuma məruz qalan rayonlar sırasındaydı. Erməni qüvvələri 1993-cü ilin yayında Qarabağla həmsərhəd olan əraziləri işğal edə bildilər. İyul ayında Ağdam rayonu ərazisinin bir hissəsini, avqust ayında isə Cəbrayıl və Fizuli rayonlarının, ayın sonunda Qubadlı rayonunun ərazisini işğal etdilər. Zəngilan rayonunun ərazisi və əhalisi düşmən qüvvəllərinin mühasirəsində qaldı. Düşmən artıq Beyləqan rayonu ərazisinə yaxınlaşmış, rayonun Fizuli və Xocəvənd rayonları ilə həmsərhəd olan ərazisində - Haramı adlanan torpaqlarına çatmışdılar. Cəbhədə hər iki tərəfdən istifadə olunan ağır silahların səsi Beyləqan şəhərində də eşidildi. Həyacanlı günlər başlandı. Rayon ərazisindəki bütün yaşayış məntəqələri öz qoğma torpağlarından qaçqın düşmüş insanlarla dolmuşdu... Belə bir vaxtda  Heydər Əliyev Azərbaycan Respublikasında hakimiyyətə gəldi. O, Respublikada baş verən hadisələri düzgün qiymətləndirdi və tez bir zamanda bütün güvvələri düşmənlə mübarizəyə cəlb etdi. Onun Azərbaycan xalqına müraciəti (02.11.1993) xalqı erməni qəsbkarlarına qarşı səfərbər etdi. Qısa vaxt ərzində ordu quruculuğunda nailiyyətlər əldə olundu və yeni təşkil edilən hərbi hissələr cəbhəyə göndərildi. Həmin vaxtlar Beyləqan rayon ərazisindəki Haramı adlanan hissədə ağır vəziyyət yaranmışdı. Düşmən Beyləqan şəhərinin 16-20 km-də mövqe tutmuşdu. Ermənilər böyük qüvvə toplayaraq hücum əməliyyatlarını davam etdirmək istəyir, uzaqvuran silahlardan istifadə rtməklə Beyləqan əhalisi arasında vahimə yaratmağa çalışırdılar. Beyləqan şəhəri həmin günlərdə “Qrad” qurğularından atəşə tutuldu (16.12.1993). Şəhər əmək fəaliyyətini axşamlar davam etdirirdi. Həmin vaxt cəbhə xəttinə gətirilmiş ordu hissələrimiz düşmənə güclü cavab zərbəsi vura bildi. Həmin günlərdə Ali Baş komandan Heydər Əliyev cəbhə xəttində oldu, ordumuzun əsgər və zabitləri ilə görüşdü. Bu görüş əsgərlər arasında yüksək əhvali-ruhiyyə yaratdı. Haramı düzündə cəmləşdirilmiş Azərbaycan ordusu bölmələri, DİN daxili qoşunları və müxtəlif rayonların polis işçiləri düşmənlə olüm-dirim mübarizəsinə hazır idilər. Onlar Ali Baş Komandanın əmrini gözləyirdilər. Qoşunlarımız erməni hərbi hissələrini hücumdan müdafiə əməliyyatlarına keçməyə vadar etdilər. Beyləqan cəbhəsi Azərbaycan-erməni qarşıdurmasının həlledici döyüş meydanına çevrildi. Nəhayət, həlledici an gəlib çıxdı. Ordu hissələrimiz Beyləqan cəbhəsində toplaşdılar. 20-30 km-lik bir məsafədə olan cəbhə xəttində qoşunlarımız düşmən üzərinə ölüm saçan mərmilər yağdırırdılar. Sonra isə cəbhə boyu hücum başlandı. Düşmən geri çəkilməyə məcbur edildi. Əsgərlərimiz Fizuli rayonunun düşmən tərəfindən işğal olunmuş 22 kəndini azad etdilər.

     BEYLƏQAN ƏRAZİ ÖZÜNÜMÜDAFİƏ BATALYONU – Beyləqan rayonunda yaradılmışdır. XX əsrin 80-cı illərində erməni qüvvələrinin Qarabağa yiyələnmək cəhdləri və onunla bağlı baş verən hadisələr Beyləqan torpağından da yan keçmədi. Beyləqan Qarabağın cənub-qərb qapısı, Aran Qarabağ torpağının və Dağlıq Qarabağ vilayəti ilə həmsərhəd olmasa da, ona çox yaxındır. Hələ Qarabağ hadisələrinin ilk vaxtlarında (XX əsrin 80-cı illərinin sonunda) beyləqanlı əhali, xüsusilə gənc nəsil könüllü qaydada döyüş bölgələrinə (Zəngilan, Qubadlı, Fizuli, Cəbrayıl, Ağdam, Laçın) üz tutdu, orada yerli əhalinin özünümüdafiə dəstələrinə yardım etdilər, rayonların çətin vəziyyətdə olan əhalisinə kömək əli uzatdılar. Həmin dövrdə respublikada milli müdafiə batalyonun yaradılması başlandı. 1991-ci ilin payızında beyləqanlılar Vətənin müdafiəsi üçün lazımi hazırlıqlara başladı, rayon ərazisində olan idarə, müəssisə və təşkilatlar yerli əhali ilə birlikdə batalyonların yaradılmasında iştirak etdi. Vəsait toplandı. O dövrdə ancaq Dağlıq Qarabağ və Ermənistala sərhəd rayonlarda özünümüdafiə batalyonların yardılmasına icazə verilmişdi. Beyləqan rayonunda batalyonun yaradılmasına Müdafiə Nazirliyi əmr verməmişdi. Lakin rayon rəhbərliyi, hərbi komissarlıq, xüsusilə rayon gəncləri belə bir batalyonun yaradılmasını arzulayır və bunun üçün nə lazımdırsa etməyə hazır idilər. 1991-ci ilin sonlarında Müdafiə Nazirliyinin nümayəndələri tez-tez Beyləqan rayonunda olur, rayon rəhbərliyi və hərbi komissarlığın nümayəndələri hər dəfə onlarla görüşdükdə rayonda könüllülərdən ibarət özünümüdafiə batalyonun yaradılması firkini irəli sürür və batalyon yaratmağa hazır olduqlarını bildirirlər. O vaxt rayon əhalisi 2 milyon 843 min manat pul toplamış və hərbi lavazimat əldə etmişdi. 1991-ci ilin noyabr ayında rayon hərbi komissarlığı (komissar M.Qədirov) sovet ordusu sıralarında xidmət etmiş və ali təhsil aldıqları dövrdə zabit rütbəsi almış, ehtiyatda olanların çağırışını keçirdi. 400-500 nəfər ehtiyatda olan zabit toplandı, onlarla söhbərlər aparıldı. 1991-cı ilin dekabrında daha bir toplantı keçirildi. Toplantıda özünümüdafiə batalyonun yaradılması və onun dislokasiya yeri müəyyənləşdirildi. Beyləqan rayon rəhbərliyi (icra başçısı M.Əzimov, rayon rəhbərliyindən Y.Abdullayev, S.Əliyev və b.) və hərbi komissarlıq Bakıdan gələn nümayəndəyə burada da özünümüdafiə batalyonu yaradılması üçün imkan olduğunu və bu işin vacibliyini əsaslandırdılar. Bu işi reallaşdırmaq üçün vəsait toplandı, ləvazimat əldə edildi və dislokasiya yeri seçildi. Dislokasiya üçün I Şahsevən (Daşburun dəmiryol stansiyası) kəndi yaxınlığında yerləşən PMK-15 (SMD) adlanan yaşayış məntəqəsi seçildi. Burada əvvəllər kiçik hərbi hissə olmuş, sonra həbsxanaya (koloniyaya) çevrilmiş, daha sonra texniki peşə məktəbi kimi fəaliyyət göstərmişdi. Burada çox da böyük olmayan hərbi hissə yerləşdirmək mümkün idi. Rayon rəhbərliyi idarə və müəssisələrin köməyi və hərbi komissarlığın yaxından iştirakı ilə bu ərazidə təmir-tikinti işləri gördü və binanı tam yararlı hala gətirdi. 1992-ci ilin yanvarında artıq məntəqə hazır idi. Digər hazırlıq işləri yerindəcə vəziyyətlə tanış oldu və razılıq verdilər.

1992-ci ilin yanvarında artıq könüllülük əsasında və çağırışla Beyləqan rayonun gəncləri ərazi özünümüdafiə batalyonuna yığıldı, batalyonun heyətinin (ştatının) toplanması işləri aparıldı, təlimlər keçirildi. İşlər tamamlanandan sonra Beyləqan rayon hərbi komissarı mayor M.Qədirovun təsdiq etdiyi ərazi özünümüdafiə batalyonunun ştatı (heyəti) Müdafiə Nazirliyinə göndərildi (17.01.1992) və ayın sonunda batalyonun ştatı nazirlik tərəfindən təsdiq edildi. Batalyon 849 saylı hərbi hissə kimi fəaliyətə başladı. Batatalyonun zabit və əsgər heyəti daimi dislokasiya yerində və Xocavənd rayonunun Muğanlı kəndi yaxınlığındakı Kəmərdağ üzərindəki mövqedə yerləşdirildi. Nazirlik batalyonu tam təhciz edə bilmirdi. Buna baxmayaraq Müdafiə Nazirliyinin əmri əsasında Muğanlı və Kuropatkino kəndlərinin müdafiəsi Beyləqan batalyonuna həvalə olundu. Bu zaman xocavəndlilərlə birlikdə vətən torpaqlarının müdafiəsində iştirak edən Beyləqan könüllüləri də batalyonun heyətinə daxil oldu.

Batalyonun yaradılmasında və ərazinin müdafiəsində batalyon komandiri, rayon hərbi komissarı mayor Məhəmməd Qədirov, komandir müavinləri Elçin Hüseynov, Saməddin Məmişov, Baxış Baxışov, qərargah rəisi Mütəllim Cəfərov, müaliyyə xidməti rəsisi Eyyub Əliyev, kəşfiyyat bölüyü komandiri İbrahim Şirinov, topçu Cəfər Məhərrəmov, zabitlər Bəxtiyar Əliyev, Rubəki Bayramov, Hüseyn Hüseynov, İmamqulu Məmmədov, Rafael Muradov, əsgərlərdən İ.Şirinov, S.Nəcəfov, Z.İbadullayev, S.Həsənov, Ə.Nəşirov və s. xidmətləri olmuşdur. Beyləqan rayon ərazisi özünümüdafiə bataıyonu zabitlərinin bir çoxu: M.Qədirov, E.Hüseynov, Ş.Məmişov, R.Muradov, M.Cəfərov, C.Məhərrəmov, İ.Məmmədov, Z.Vəlişov, H.Hüseynov və başqaları sonra nizami Azərbaycan ordusu sıralarında qalmış, hərbi xidmətlərini davam etdirmişdilər. Batalyona həm yeri əhali, həm də respublikanın bir sıra rayonlarının əhalisi tərəfindən yardımlar edilmişdir.Beyləqan ərazi özünümüdafiə batalyonu Fizuli və Xocavənd rayonlarının müdafiəsində fəal iştirak etmişdir (1992-1993). Batalyonun zabit və əsgərləri I Qarabağ müharibəsi zamanı yeniləşmiş Azərbaycan ordusu sıralarında Qarabağın bütün bölgələrində igidliklə vuruşmuşlar.

 

Yuxarı