Mədəniyyət

     MƏDƏNİYYƏT. Rayonda 18 mədəniyyət evi 17 klub, 47 kitabxana, 2 muzey, xalq teatrı, musiqi məktəbi, mədəniyyət və istirahət parkı, rayon Tarix-Diyarşunaslıq Muzeyi, Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Bu mədəni-maarif müəssisələrində 378 işçi çalışır ki, onlarında 146 nəfəri ali və orta ixtisas təhsillidir. Mədəni-maarif müəssisələrində 86 bədii özfəaliyyət kollektivi, dərnəyi və birliyi vardır ki, bunların işində 1027 həvəskar iştirak edir. Klub müəssisələrində fəaliyət göstərən 1 maraq klubunda 18 nəfər, 85 bədii özfəaliyyət dərnək və kollektivlərində 1009 həvəskar vardır. Rayon Mədəniyyət Evində idman dərnəkləri yaradılmışdır. Dərnək üzvləri Azzərbaycanı ölkənin hüdudlarından kənarda layiqincə təmsil etmişlər. Rayon ərazisində 10 tarıxı abidə qeydə alınmışdır.

    ARRAN MEMARLIQ MƏKTƏBİ – orta əsr Azərbaycan memarlıq məktəblərindən biri. Təqribən IX-cu əsrdən inkişaf etməyə başladı. Arran memarlıq məktəbi qədim Bərdə, Gəncə və Beyləqan (Örənqala), memarlarının üslub xüsusiyyətlərini birləşdirirdi. Bu memarlar bişmiş kərpic, kaşılı kərpic və s. yerli inşaat materiallarından xatirə abidələri, dini və digər binalar tikirdilər. Arran memarlıq məktəbinə mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol istilası (XIII-ci əsr) zamanı dağıldı. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra bina qalığını üzə çixardı. Bunlar Gəncə çayı üzərindəki üç körpü və Beyləqandakı yaşayış binaları, hamam və s. tikili qalıqlarıdır. Arranlı memarlar böyük şöhrət qazanmış, başqa ölkələrə dəvət olumuşlar. Amasyada (Türkiyə) məscid minarəsi üzərindəki kitabədə məcidin 1236-1246-cı illərdə arranlı memar Məhəmməd ibn Mahmud tərəfindən tikildiyi yazılmışdır. Monqol isitilası nəticəsində Gəncə və Beyləqanın dağılması, Beyləqanın ikinci dərəcəli şəhərə çevrilməsi ilə Arran memarlıq məktəbi XIV əsrdən sonra əhəmiyyətini itirdi.
    Azərbaycanın şimal-qərbində orta əsrlərdə Arran memarlıq məktəbi formalaşıb. Bu məktəbin başlıca mərkəzləri Bərdə, Gəncə, Beyləqan və Dəbil şəhərləri olmuşdur Tədqiqatçıların fikrincə bu memarlıq məktəbin rüşeymləri ilkin olaraq IX-cu əsrdə Bərdədə təşəkkül tapmışdır. X-XI-cı əsrlərdə Gəncədə, Şəmkirdə, Dəbildə və Beləqanda inkişaf etmiş, XII əsrdə çiçəklənmə çağını yaşamış, monqol işğalından sonra öz əvvəlki əhəmiyyətini itirmişdir. Arran Memarlıq məktəbinin səciyyəvi xüsusiyyətlərinin müəyyənləşdirilməsində Bərdə, Gəncə, Şəmkir, Dəbil və Beyləqanda aparılmış arxeoloji qazintiların materialları çox söz deyir. Bişmiş kərpicdən inşa olunaraq firuzəyi rəngli kaşı və bəzədilmiş Çəmkir minarəsi orta sağ Azərbaycan memarlığın mükəmməl sənət əsəri olmaqla yerli memarların bişmiş kərpicdən ən mükəmməl memarlıq quruluşunu yüksək peşəkarlıqla yaratmağa qadir olduqlarını təsdiqləmişdir.

     Arran memarlıq məktəbini səciyyəvi xüsusiyyətlərindən biri qarışıq hörgü üslubundan – bişmiş kərpic, çaydaşı və yerlı ağ daşın xüsusi qayda üzrə hörgüdə işlədilməsidir. Memarlıq tariximizdə “Gəncə hörgüsü” adı ilə məlum olan hörgünün xüsusiyyəti çaydaşı ilə bişmiş kərpicin divar səthində naxış yaradan qayda əsasında birlikdə işlədilməsidir. Arran memarlıq məktəbinin digər səciyyəvi xüsusiyyəti tikililərdə hörgünün çoxrəngli olmasındadır. Məsələn, Şəmkir şəhərinin içqalasında bişmiş kərpiclə yerli ağdaş və göy rəngli çaydaşı hörgüdə xüsusi zolaqlar şəklində tətbiq edilərək açıq və tünd, soyuq və isti rənglərin növbələşməsindən alınan bədii effekt yaradır, hörgüyə xüsusi bir görkəm verir.
     Arran memarlıq məktəbinin erkən mərkəzlərindən olan Bərdə şəhərində möhtəşəm saray komplekslərinin, təmtəraqlı yaşayış evlərinin, Came və məhəllə məscidlərinin, çoxlu karvansara və bazarların olduğunu IX-X əsrlərin yazılı qaynaqları xüsusi qeyd edir. Əl-Müqəddəsi Bərdədən bəhs edərkən yazır: “Burada əzəmətli qala vardır. Oranım bazarlarının üstü örtülüdür. Came məscidi bazarın arxasındadır. Bu yer həmin iqlimin Bağdadıdır. Onun evləri çox gözəldir; kərpic və əhəng daşından tikilmişdir”. Bərdə şəhəri ərazisində aparılmış arxeoloji qazıntılar da yazılı qaynaqların məlumatını təsdiqləyərək IX-XIII əsrlərə aid tikili qalıqlarının sıxlığını sübuta yetirmiş yaşayış binaları, hamam otaqları, körpü qalıqları və s. aşkar edilmişdir. Əhəng daşından yonulmuş IX-X əsrlərə aid sütun altlıqları mükəmməl sənət əsərləri olmaqla bərabər, həm də şəhərdə sütunlu, möhtəşəm binaların olmasına dəlalət edir.

   Yazılı mənbələrin məlumatına görə, IX-XII əsrlərdə Gəncədə təmtəraqlı saraylar və inzibatı binalar, məscidlər, iri mədrəsələr, çoxsayli ictimai binalar, örtülü bazarlar və karvansaralar, əyan və tacirlərin yaşadıqları evlər vardı. Arxeoloji qazıntılar zamanı belə binaların bünövrələri, divarlarının qalıqları, memarıq bəzəkləri aşkara çıxarılıb tətqiq edilmişdir. Arxeoloji qazıntılardan tapılmış, yüksək ustalıqla yonulmuş iri daş sütunaltlıqları vaxtılə şəhərdə monumental binaların varlığından xəbər verir. Onların çoxu qırmızımtıl-boz travertindən yonularaq oturacaqları kvadrat forma, gövdəsi səkkizguşəli şəkildə işlənmiş və üst tərəfi silindrik formada tamamlanmışdı.
    Beyləqan şəhərində IX-X əsrlərdə tikililər əsasən möhrə, çiy kərpic və az hallarda bişmiş kərpicdən inşa olunmuşdur. Bu dövrün yaşayış evlərini səciyyələndirmək üçün Beyləqan şəhər yerində I qazıntı sahəsində aşkarlanmış kiçik eyvanlı üçotaqlı mənzilə diqqət yetirək. Mənzilin əsas və arakəsmə divarları möhrədən düzəldilmiş, üzərinə samanlı palçıqla suvaq çəkilmişdir. Divarların qalınlığı 60 sm. Otaqların sahəsi isə 20-34 kv.m-dir. Bütün otaqlarda təndir vardır. Otaqların birində altı küp basdırılmışdır. Həmin otağın bir küncündə silindrik quyu ilə əlaqəli olan, biri digərinə geydirilmiş 7 tüngdən ibarət xətt aşkarlamışdır. Görünür, təsərrüfat xarakterli bu otaqda həm də əlüzyuyan olmuş, tünglərdən quraşdırılmış kəmər isə çirkabı bayırdakı silindrik quyuya axıtmağa xidmət etmişdir.
    Şəhərin ilk qala divarları üzərində tikilmiş, IX-X əsrlər aid düzbucaqlı biçimdə böyük bir otaq 1968-ci il qazıntıları zamanı üzə çıxarılmışdır. Möhrədən inşa olunmuş bu otağın uzunluğu 5,4 m, eni 4,6 m olub, şimal-qərbdən cənub-şərqə istiqamətləndirilmişdir. Otaqda həm iri, həm də kiçik təndir qalğı vardı. Böyük təndir darı ilə doldurulmuşdu. Beyləqan şəhərinin IX-X əsrlər təbəqəsində 26x27x5-6 sm ölçüdə çiy kərpicdən hörülmüş tikililərə də təsadüf olunmuşdu. Azərbaycanda az da olsa həmin ölçüdə bişmiş kərpicdən hörülmüş divar qalıqlarına təsadüf olunması Arran məktəbi üçün səciyyəvi olan bu materiallardan artıq IX-X əsrlərdən istifadə edildiyinə dəlalət edir.

    Beyləqan şəhərinə IX-XII əsrlər inşaat sənətinin yüksəlişi, bişmi. Kərpic istehsalının artması, inşaat texnikasının təkmilləşməsi, memarlıq bəzəyinin geniş tətbiqi ilə əlamətdar oldu. Yazılı qaynaq şəhərdə XII-XIII əsrin əvvəllərində “çoxlu qəsr və evlər tikildiyini”, “quruculuq işləri sahəsində şəhərin şöhrət tapdığını” qeyd edir. Bu dövrdə şəhərin şəhristan hissəsində sıxlıq artır, yaraşıqlı ictimai binaların və yaşayış evlərinin tikintisi geniş vüsat alır. Məsud ibn Namdar şəhərdəki məscid, mədrəsə, karvansara və bazarlardan bəhs edir. Başqa bir mənbədə bildirilir ki, Beyləqanda “çoxlu binalar tikilir və əyanlar oraya köçürlər”.
     Beyləqan şəhər yerində aparılmış arxeoloji qazınılar zamanı IX-XIII əsrin əvvəllərinə aid müxtəlif həcmli və görkəmli binalar və tikililər aşkar olunmuşdur. Şəhərin mərkəzində bir neçə yerdə üzə çixarılmış və öz mürəkkəb görkəminə görə mübahisə yaradan tikili daha çox maraq doğurur. Şəhər yerinin I və V qazıntı sahələrində tədqiq olunan belə tikililərdən birinin döşəməsi 40x40x8 sm və 20x20x5 sm ölçüdə olan bişmiş kərpiclərlə səliqə ilə döşənmiş, divarlarına isə həndəsi fiqurlar şəklində olan kərpiclərdən naxışlı üz çəkilmişdir. Onun baş divarında böyük və kiçik dilovlar düzəldilmiş, Döşəməsində isə ağzı kərpiclə hörülmüş quyu qazılmışdır. Döşəmənin quyu olan sahəsi nisbətən çökəkdir. Dışəməyə tökülən su süzülüb quyuya axmışdır. Bu qəbildən sahəsi 10 kv.m olan digər tikili kvadrat biçimdə olub, döşəməsi 38x38x7 sm ölçüdə bişmiş kərpiclə döşənmişdir. Döşəmənin mərkəzində ağzı səkkizguşəli ulduz formasında hörülmüş quyu var. Tikintini üç divarının qalıqları mühafizə olunmuş, dördüncü divar uçub döşəməyə tökülmüşdür. Divarlar burada həndəsi fiqur şəkilli kərpiclərdən hörülmüş naxışlı divarlar tipindədir. Tikintinin “köynəyini” təşkil edən belə üz divarlar əsas divarın nəinki nöqsanlarının örtür, həm də onun dayanaqlığını artırdı. Divardakı qapı yerlərindən məlum olur ki, bu tikilidə ən azı uç qapı vardı. Onlardan ikisi cənub-şərq, birisi isə şimal-şərq divarında qalmışdır. Şimal-şərq divarındakı qapı küçəyə açılmış. A.L.Yakobson 1953-1954-cü il qazıntıların nəticəsinə əsaslanaraq bu tip tikili qalıqlarını hamam adlandırmışdır. Həmin tikililəri hər tərəfli tədqiq edən M.Q.Əhmədov onların kiçik həyət olduğunu bildirir və qeyd edir ki, “Belə həyətlərdə evlərin damından tökülən yağış suyu döşəmədə olan dərin quyuya axırdı, eyni zamanda yay vaxtları təmiz havada istirahət üçün də çox yararlı idi”.

    XI-XIII əsrin əvvəllərində Beyləqan şəhristanındakı evlərin əksəriyyəti çoxotaqlı olub əsasən bişmiş kərpicdən inşa edilmişdi. 1962-1963 illərdə V qazıntı sahəsində aşkarlanan altı otaqdan dördü, tədqiqatçıların fikrincə, vahid bir kompleksə aiddir. Görünün otaqlardan biri qonaq otağı, digəri “əndərun” (qadın və uşaq otağı), üçüncüsü isə təsərrüfat xarakterli olub bir tərəfdən anbar, digər tərəfdən tualet kimi istifadə olunmuşdur.
    Başqa bir dördotaqlı ev 1968-ci ildə VI qazıntı sahəsində tədqiq edilmişdi. Onun 2,3x2,3 m ölçüdə kiçik həyəti vardır. Həyətin mərkəzi nisbətən çökək olub, ortasında yağış sularının süzülməsi üçün quyu düzəldilmişdir.
    Belə qənaətə gəlmək olar ki, kiçik sahəli həyəti olan evlər Beyləqan şəhəri üçün XII-XIII əsrin əvvəllərində səciyyəvi olmuşdur.
Monqol istilası Azərbaycanda memarlığın inkişafına ağır zərbə vurdu. Bir çox memarlıq kompleksləri yerlə yeksan edildi, memarlığın inkişafını təmin edən amillər müvəqqəti olaraq aradan qalxdı. Şəmkir, Beyləqan və Dəbil şəhərlərin süqutu, Gəncə şəhərinin güclü dağıntıya məruz qalması orta əsrlər Azərbaycanın mühüm memarlıq məktəbindən birinin – Arran memarlıq məktəbin tənəzzülü ilə nəticələndi.

      BEYLƏQAN ÇIRAQLARI- Qədim Beyləqan (Örənqala) şəhəri ərazisində tapılmış çıraqlar. Arxeoloji qazıntılar zamanı tapılmış bu çoxlu sayda saxsı çıraqlar fərqli istehsal olunsalarda, bir-birinə çox oxşayır. Hamısı şarabənzər, bəzən isə batıq gövdəli, oturacaqları düz, gövdəsində bir tərəfdən deşik açılmış, oraya getdikcə dar olan boru formasında lülə yapışdırılmış, lüləyə pambıqdan fitil taxılmış, fitilin ucunu bayıra çıxarmaq üçün lülənin qurtaracağında üst tərəfdən deşik açılmış, çıraqların qulpları lülənin əks tərəfində, bəzilərində qulplar lülə boru kimi düzəldilmiş, boru lüləyə ağac tutacaqlar taxılmışdır.
    Qədim ərəb mənbələrində göstərilir ki, çıraqların fitilləri pambıqdandır. Bu isə ərazilərdə pambıq bitkisi əkildiyini sübuta yetirir. Çiraqların V-IX əsrlərdə yağla yandırıldığı ehtimal edilir, X-XII əsr müəlliflərinin verdiyi məlumatlarda isə Beyləqan çıraqlarını ağ və qara neftlə yandırıldığı göstərilir. Bu fikri daha doğru hesab etmək olar. Çünki lüləsi olmayan çıraqlar yağla, lüləsi olan çıraqlar isə neftlə yandırılırdı. Beyləqanda düzəldilən çıraqlar da lüləli olduğundan neftlə yandırılmışdır. Belə ki, tapılmış çıraqların hamısının lülə hissəsi hisli halda idi. Çıraqlar orta əsrlərdə Beyləqan əhalisinin məişətində geniş yer tuturdu.      

     BEYLƏQAN DƏRYAÇASI – Beyləqan rayonu ərazisində mövcud olmuş dəryaca. Mənbəyə görə, Beyləqan hakimi şəhərin ətrafında dairəvi dəryaça yeri qazdırmış, buraya Govurarxdan su açdırmış, dəryaçanın üstündən şəhər darvazasına atma körpü saldırmışdı. Bu dəryaçanın yaradılmasında məqsəd həm düşmənlərdən qorunmaq, həm də isti havalarda sərinlik yaratmaq idi. Rəvayətə görə, şəhər hakimi öz qayığında ailəsi ilə gəzintiyə çıxırmış.

    “BEYLƏQAN ƏCDADLARIMIZIN TORPAĞIDIR” FİLMİ - Beyləqan haqqında qısametrajlı sənədli televiziya filmi. Film Beyləqanda aparılan arxeoloji qazıntılar haqqındadır. Beyləqanda çəkilmişdir (1970). Bir hissəlidir. Texniki məlumatlar: 240m.35mm. İstehsalçı “Ekran”dır. Ssenarı müəllifi A.Xaspoladov, rejissoru A.Qasımov, operatoru Çingiz Rəhimovdur. 

     “BEYLƏQAN” ƏDƏBİ BİRLİYİ – “Yüksəliş” rayon qəzetinin nəzdində “ilk addımlar” ədəbi dərnəyi yaradılmış (ötən əsrin 70-ci illəri), püxtələşərək bir neçə ildən sonra “Beyləqan” (Mücirəddin Beyləqaninin şərəfinə) ədəbi dərnəyi ilə əvəz olunmuşdur. Dərnək üzvlərinin sayı artmış, bir müddət sonra adı dəyışdirilərək “Beyləqan”ədəbi birliyi adlandırılmışdır. Beyləqan rayonunda yaradıcı gənclərin formalaşmasında ədəbi Birliyin böyük rolu olmuşdur. 30-dan çox üzvü var. Vaqif Səfərli, Asif Cəfərli, Tahir Hüseyn, İsa Məmmədov, Vəzir Pərişan, Kamal Məmmədquluzadə, Bəylər Gileyli, Elman İsrafil oğlu, Nəzər Sönməz, Ədalət Hacıyev, Fazil Əsəd, Əhməd Quliyev, Etibar Süleymanlı, Allahverdi Kərim oğlu, Surxay Məmmədov, İldırım Məmmədov, İslam Kəbirli, Vəliyəddin Əhmədov, Ağa Savalan və s. birliyin fəallarındandır. ədəbi Birliyin rəhbəri Səmədxan Beyləqanlıdır. O, Beyləqanla bağlı bir neçə əsərin müəllifidir.

    “BEYLƏQAN ƏCDADLARIMIZIN TORPAĞIDIR” FİLMİ. - Beyləqan haqqında qısametrajlı sənədli televiziya filmi. Film Beyləqanda aparılan arxeoloji qazıntılar haqqındadır. Beyləqanda çəkilmişdir (1970). Bir hissəlidir. Texniki məlumatlar: 240m.35mm. İstehsalçı “Ekran”dır. Ssenarı müəllifi A.Xaspoladov, rejissoru A.Qasımov, operatoru Çingiz Rəhimovdur.   

    "GÖZƏYARI" FİLM - Beyləqan haqqında qısametrajlı sənədli süjet ("Mozalan" №86, 2-ci süjet) Beyləqan və Ağcabədi rayonlarında neft avadanlıqlarına, yanacaqına etinasız sui-istifadə münasibətləri əks etdirilir. İstehsalçı "Azərbaycanfilm"dir ("Mozalan" studiyası). Film Respublika Dövlət Neft  Müfəttişliyi ilə birgə reyd əsasında çəkilmişdir. Ssenari müəllifi Nəsib Həsənov, rejissorları Ceyhun Mirzəyev və Vaqif Muradov, səs operatoru Kamal Seyidov, redaktoru Vidadi Məmmədov, baş redaktoru Eyvaz Borçalı, mətni oxuyan Şahmar Ələkbərovdur.

   “SƏRDAR İMRƏLİYEV MƏKTƏBİ” FİLMİ – Sərdar İmrəliyev haqqında qısametrajlı film. 1964-cü ildə çəkilmışdır. İkihissəlidir (texniki məlumatlar: 562 m, 35 mm). Film məşhur pamıq, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevə həsr olunmuşdur. Tanınmış mexanizator öz briqadası ilə artıq neçə illərdir ki, maşınla pambıq yığını üzrə dövlət planlarını dalbadal yerinə yetirirdi. Filmin müəllifləri onun əmək həyatından faktlar götürmüş və belə bir suala cavab verməyə çalışmışlar. Sərdar hansı yollarla müvəffəqiyyətə nail olmuşdur? Onun istehsalat sirri nədən ibarətdir. Filmdə Sərdarın müasirlərinin parlaq, yaddaqalan obrazı yaradılmışdır. Istehsalçı “Azərbaycanfilm” kinostudiyasıdır. Ssenari müəlifi və rejissoru Nina Mustafayeva, operatoru Leonid Koretski, Cizgi rəssamı Bəhram Əliyev, Səs operatoru Şamil Kərimovdur.

   “SƏRDAR MƏKTƏBİ” - Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR əməkdar mexanizatoru və əməkdar pambıqçısı, SSRİ Dövlət mükafatı laureatı Sərdar İmrəliyevin iş təcrübəsini öyrənmək üçün onun işlədiyi sovxozda yaradılımışdır. “Sərdar məktəbi”nin Respublikamızda onlarca, yüzlərcə usta pambıqçı, qabaqcıl sürücü-maxanik yetişdirilməsində böyük rolu olmuşdur. Beyləqan rayonundan Əhməd Əhmədov, Tofiq Məhərrəmov, Ağcabədi rayonundan Şaban Rzayev, İmişli raynundan Pənah Həsənov, Bilasuvar rayonundan Məcid Həsənov, Göranboy raynundan Mənsur Kərimov və bir çox başqaları dəfələrlə Sərdar İmrəliyevin tarlalarında olmuş, usta mexanizatorun iş üsullarını öyrənib öz tarlalarında tədbiq etmişlər. Sərdar İmrəliyevin iş təcrübəsini Respublika pambıqçılarına öyrətəmək üçün “Mil qəhrəmanı” adlı kitab 2000 tirajla nəşr edilmiş və Respublikada yayılmışdır.

    “SİZDƏN HƏRƏKƏT” FİLMİ – Beyləqan rayonu ilə bağlı qısametrajlı sənədli süjet (“Mozalan” satirik kinojurnalı, № 163, 3-cü süjet). Filmdə kənd təsərrüfatı problemləri göstərilir. Beyləqanda çəkilmişdir (1992). İstehsalçı “Azərbaycanfilm”dir. (“Mozalan” studiyası). Ssenari müəllifi Mirzəağa Mirmövsümov, Rejissor Ceyhun Mirzəyev, operator Neymət Rzayev, Səs operatoru Əsəd Əsədov, redaktor Vidadi Məmmədov (yazıçı), baş redaktor Ziyafət Abbasov, mətni oxuyan Rasim Balayevdir. İştirak edənlər: Eldar Hüseynov (Beyləqan rayonu 3 nömrəli pambıqçılıq savxozunun mexaniki), Tariyel Mirzəyev (Astara rayonu “26 Bakı Komissarı” adına sovxozun direktoru).

     “BEYLƏQAN” ƏDƏBİ BİRLİYİ. – “Yüksəliş” rayon qəzetinin nəzdində “ilk addımlar” ədəbi dərnəyi yaradılmış (ötən əsrin 70-ci illəri), püxtələşərək bir neçə ildən sonra “Beyləqan” (Mücirəddin Beyləqaninin şərəfinə) ədəbi dərnəyi ilə əvəz olunmuşdur. Dərnək üzvlərinin sayı artmış, bir müddət sonra adı dəyışdirilərək “Beyləqan”ədəbi birliyi adlandırılmışdır. Beyləqan rayonunda yaradıcı gənclərin formalaşmasında ədəbi Birliyin böyük rolu olmuşdur. 30-dan çox üzvü var. Vaqif Səfərli, Asif Cəfərli, Tahir Hüseyn, İsa Məmmədov, Vəzir Pərişan, Kamal Məmmədquluzadə, Bəylər Gileyli, Elman İsrafil oğlu, Nəzər Sönməz, Ədalət Hacıyev, Fazil Əsəd, Əhməd Quliyev, Etibar Süleymanlı, Allahverdi Kərim oğlu, Surxay Məmmədov, İldırım Məmmədov, İslam Kəbirli, Vəliyəddin Əhmədov, Ağa Savalan və s. birliyin fəallarındandır. ədəbi Birliyin rəhbəri Səmədxan Beyləqanlıdır. O, Beyləqanla bağlı bir neçə əsərin müəllifidir.

     "BEYLƏQAN” MAHNISI – Beyləqan diyarı haqqında mahnıdır. Sözləri Yusif Nəğməkarın, musiqisi Bəxtiyar Kərimovundur. 1985-ci ildə yazılmışdır. 18 mart 1985-ci ildə Dövlət simfonik orkestrinin müşayiətilə Fioletov adına səsyazma studiyasında Yaqut Abdullayevanın ifasında lentə alınıb və Azərbaycan Radiosunun daimi fonduna daxıl edilmişdir.
 

   “BEYLƏQAN” MAHNISI – Beyləqan diyarı haqqında mahnıdır. Sözləri Arif Mədətovun, musiqisi Tahir Əkbərindir. Mahnını Cabir Abdullayev ifa edir. Klip çəkilib. Klipin çəkilişi Beyləqana aparılmışdır. Ekran işində Beyləqanın təbiətindən, tərəkəmə obasından və Beyləqan tərəkəmələrinin həyatından bəhs olunur.

    “ŞAHSEVƏNİ” – şahsevənlərlə bağlı aşıq havası “Döşəmə Koroğlu” da deyilir. “Şahsevəni”nin poetik mətni gəraylıdır; gümrah xarakterli melodiyasının məqam əsası şur, musiqi ölçüsü 3/8, tempi mülayım-tezdir. Şah pərdə və ya “Misri kökü”ndə ifa olunur.

    BEYLƏQAN TOPONİMLƏRİ – Zəngin mənəvi dünyası olan ulu babalarımızın onu əhatə edən coğrafi məkanda yerin quruluş və xarakter görkəminə uyğun olaraq adlar düşünmüşlər. Sonralar bu adlar xəritəçəkmə işlərində həlledici rol oynamışdır. Beyləqan toponimləri yüzillər boyu hafizələrdə yaşamışdır. 

     Mərkəzi Aran rayonlarının qoyunçuluq təsərrüfatları yaz və yay aylarını İstisu-Kəlbəcər yaylaqlarında keçirmişlər. Yayı o yerlərdə yaşamış köçəri elatlar həmin məkanlara öz əbədi “möhürlərini” vurmuşlar. Həmin ərazilərdəki Taxta, Tatalılar çayı, Keçibatan, Ayı çınqılı, Qızıltəpə, Təpəlarxac, Küpəbulaq, Ceyran bulağı, Avasuçan, Gəlinqaya, Dəvəgözü, Bağarsaq, Əli kələyi, Turşsu, Kərbəlayi Sarıbulağı, Səkinə bulağı, Hacı Sevdimalı körpüsü, Rüstəm körpüsü, Atqoruğu, Hacı Elyaz kələyi, Xanım dərəsi, Sarı yer, Tamtəpə, Mıxtökən, Qaraxac, Qonaqgörməz və s. Neçə-necə toponimlər beyləqanlıların yurd sevgisi və torpaq yaddaşından doğmuşdur.
    Beyləqan diyarının toponimləri beyləqanlıların əzəli və əbədi yaddaşıdır. Beyləqan, Cərcis peyğəmbər, Qarasu, Sarısu, Haramı, Örənqala, Gavur arxı, Xan qızı arxı, Daşburun, Soltanbud, Piryuğun, Təksaqqız, Çəltik arxı, Fətəli oğlu küdrüsü, Qaratəpə, kültəpə, Çatal, Daşkey yolu, Şirinqum, Əyri cülgə, Şvartı, Boz qobu, Hacı Vəli Qumsallığı, Kürətan kimi yüzillərdən keçib gələn neçə-neçə məkan adları var.

     Peyğəmbər türbəsi Cərcis peyğəmbərinin adı ilə bağlıdır. Allahın elçiləri ərəbcə nəbi, farsca peyğəmbər adlanır. 124 min peyğəmbərin birincisi Adəm, sonuncusu və ən qüdrətlisi Məhəmməd peyğəmbərdir. Qurani-Kərimdə 25 peyğəmbərin adı çəkilir. Tarixi mənbələrdə rəvayət olunur ki, Cərcis peyğəmbər təkallahlığı təbliğ etdiyi üçün atəşpərəslər tərəfindən qovula-qovula Beyləqan torpağına gəlib çixir. Allahın məsləhəti ilə atılan oxların və zərbələrin heç biri ona dəymir, nəhayət, o quyuya düşür. Fürsəti əldən verməyən atəşpərəslər onun üstünü torpaqlayırlar. Əsrlər keçir. Quşlar, heyvanlar bu müqəddəs yerdə sığınacaq tapır. Ovçuların heç bir oxuna tuş gəlmirlər. Bir həqiqət də üzə çıxır: bu sığınacaqda heyvan və quşların zılına rast gəlinmir. Əfsanələrdə yaşayan peyğəmbərin uyuduğu müqəddəs yer müqəddəs kitabların vasitəsilə təxmin edilir. İnsanlar bu torpaqları ziyarətgaha çevirib, əzizlərini burada dəfn edirlər. İllər keçir, Peyğəmbər türbəsinin tikilməsi kimi mühüm bir hadisə Aşıqlı kəndinin imanlı ağsaqqalı Hacı Qulu kişinin taleyinə yazılır. Bütün xərci öz üzərinə götürən Hacı Qulu kişi ağsaqqalların xeyir-duası və camaatın köməyi ilə Örənqaladan bişmiş kərpic daşıtdırır. Təbrizdən dəvət etdiyi memar Mirzə Həsən Təbrizinin qızıl əllərinin hərarəti ilə bu müqəddəs türbəni XX əsrin ilk illərində başa çatdırır. Özünə əbədi rəhmət qazandırmış Hacı Qulunun qəbiri türbənin astanasında qərar tutub. Türbənin tavanı ilə məhdudlaşdırılmış daxili sütunların üstündə onların sayına uyğun olaraq ərəbcə yazılmış səkkiz mətn vardır. Bu səkkiz cənnətin səkkiz qapısına işarədir. Çox təəssüf ki, son illərin təmir işlərində bu mətnlər diqqətsizlikdən silinmişdir. Nə yaxşı ki, bu sətirlərin müəllifi həmin mətinlərin məzmun və mahiyyətini hafizəsində saxlamışdır. Türbənin giriş qapısının yuxarısında başları üstündə məlaikə dayanmış beş kimsənin şəkli vurulmuşdur. Beş kimsənə adlanan bu müqəddəslər: Məhəmməd peyğəmbər, Həzrəti Əli, Fatma, İmam Həsən və İmam Hüseyndir.
Birinci mətnin açıqlanması: “Cahanda heç bir pəhləvan Əli kimi ola bilməz, heç bir kəsərli qılınc Zülfüqar kimi olmaz”.
İkinci sütunun üstündəki mətndə Qurani-Kərimin “Bəqərə” surəsindən bir neçə ayə verilir.
Üçüncü mətn türbənin memarı Mirzə Həsən Təbrizi haqqındadır. O, zəhmətinin müqabilində Allahdan günahlarının bağışlanmasını arzulayır.
    Dördüncü sütunun üstündəki mətndə məlaikə şəkil yanında Həzrət Əlinin adı iki dəfə çəkilir, təkrar adçəkmə onun qüdrətli olmağına işarədir.
    Beşinci mətndə peyğəmbər və beş kimsənəyə alqışı, dünya və axirət əziyyətlərindən qurtuluş arzuları ifadə olunur.
Altıncı mətndə İmam Hüseyn müsibətlərinə ağlamağın şərəfli olmasından danışılır.
Yeddnici v Səkkizinci mətnlərdə Əli və övladı-Əlinin müqəddəsliyindən söhbət açılır və göstərilir ki, inamımızda Allah kəlamı Əlidir.
Rayonlaşana qədər beyləqanlıların demək olar ki, hamısı yarımköçəri tərəkəmə həyatı keçiriblər. El ağsaqqallarından biri də Tatalılar Hacı Sevdimalı kişi bir gün İstisu dərəsindən keçən və Mərkəzi Aran rayonlarından yaylaqlara üz tutan elat camaatının mal-heyvanına tələfat verən Tərtər çayının üstündən bir körpü saldırmaq qərarına gəlir. Bunun üçün İrəvandan usta gətizdirir və bu xeyirxah işi başa çatdırır. Həmin körpü Hacı Sevdimalı körpüsü adı ilə bu gün də yaddaşlarda yaşamaqdadır. Onun bir əsrdən artıq yaşı vardır.

     Sarısu yaxınlığındakı tək qalmış bir saqqız ağacı Tək-saqqız adı ilə 500 ildən artıq bir dövrü arxada qoyub. Örənqala XIII-XIV əsrlərdə xarabalıqlara çevrilmiş qədim Beyləqanın qalıqlarıdır.
     El arasında məhsulu, barı, otu olmayan yerlərə örən deyilir. Örənqala həm də viran qalan sözünün təhrif olunmuş şəkil kimi yazanlar da var. Qaratəpə, Kültəpə bu yerlərin ən qədim insan məskəni olduğunu sübut edən təpəciklərdir. Beyləqan qışlaqlarında tərəkəmələrin ta qədimdən su mənbəyi kimi istifadə etdikləri Əyri cülgənin yaşı əsrdən artıqdır. Cülgə məhəlli sözü olub yağışdan sonra əmələ gələn, yaxud yerdən sızan gölməçə mənasını verir. Deyilənə görə, Gavur arxın çəkilməsində muzdlu əcnəbilər, o cümlədən hindlilərdən istifadə olunmuşdur. Burada Gavur kafır sözünün təhrif olunmuş şəklidir. Elə Ağcabədidəki Hindarx sözünün də etimologiyası belədir.
     Əlinəzərli yaxınlığındakı Fətəlioğlu küdrüsü həmin adamların yurd yeridir. Küdrü çox da hündür olmayan uzun təpəciyə deyilir. Çəltik, düyü sahələrinin suvarılmasında mühüm rol oynayıb. Eyvazlılar yaxınlığındakı Çatal sanki bir-birinə söykənmiş və çatılmış kimi görünən qoşa təpənin adıdır. Şirinqum burada şirin su yığıntıları əmələ gəldiyindən belə adlandırılmışdır. Xan qızı arxı Qarabağ xanlığının sonuncu varisi Mehdiqulu xanın qızı Xurşudbani Natəvanın adı ilə bağlıdır.
    Tatalılar kəndi yaxınlığından vaxtılə bir karvan yolu keçirmiş. Bu yolda daşkey, yəni araba çox getdiyindən Daşkey yolu adlanıb. Boz qobunun da maraqlı etimologiyası var. Burada Qobu sözü adındadır. Boz isə rəng yox, qorxulu mənası verir. El arasında “üzüboz adamlar” ifadəsi də çox işlədilir. Bəli, Bozqobu çox adamın taleyinə son qoyub. Bəs Küratan sözü necə yaranıb? Vaxtılə Kür çayı daşıb, ətrafları basırmış və çəkiləndən sonra suvarılmış yerlərdə yaxşı ot bitirmiş. Qoyun otarmaq üçün o yerlərə üz tutan çobanlar su tutan əraziləri Küratan adlandırrımışlar.
     Beyləqan tərəkəmələrinin yaylaq yerlərindəki adseçmələri də maraqlıdır.
Ceyran bulağı bir el gözəlinin adı ilə bağlıdır. Xalq şairi Səməd Vurğunla aşıq Şəmşirin ilk görüşü bu bulaq üstə olmuşdur. Qızıltəpə də zirvəsində qırmızı süxur olduğundan belə adlandırılmışdır.
     Dəvəgözü də çox maraqlıdır. Dağ başdan-ayağa xırda və parıltılı qeyri-adi daşlardan ibarətdir. Bu daşlar dəvə gözü kimi qara parıltılıdır. Beyləqan – Şahsevən asfalt yolu üstündə tikilmiş möhtəşəm qapı-darvazanın hörgüsündə Dəvəgözü dağından gətirilmiş həmin daşlardan istifadə olunmuşdur.
   Bağarsaq deyəndə Dəlidağın ətəyi ilə dolana-dolana gedən əyri-üyrü tərəkəmə köç yolu nəzərdə tutulur. Təpəlarxac və Qaraarxac sözlərindəki arxac sözünün də etimologiyası maraqlıdır. Sürünün yatışdığı yer arxac adlanır. Bu söz arxalanmalı, etibarı yer deməkdir. Çünki yaylaqlarda çobanlar arxac üçün quru, gündöyən, həm də külək tutmayan, eyni zamanda bir tərəfi məhdud (dağ, qaya, çınqıl, göl və s) yer seçirdilər. Sovetlər dönəmində ermənilər Qaraarxacı “Qaraxaç” adlandırmağa çalışırdılar. Bəli, yer adlarımız bizim daş yaddaşımız, torpaq və yurd doğmalığını özündə yaşadan tariximizdir.


    “BƏHRİ-TƏHVİL” FİLM Beyləqan və bir sıra digər rayonlarla bağlı film.
Qısametrarjlı sənədli süjet, faciəvi komediya (“Mozalan” satirik kinojurnalı № 49, 3-cü süjet). Filmdə Beyləqan, İmişli, Qax və Qazax məktəb tikintisinin yarımçıq qalması tənqid olunur. Film Beyləqanın Şahsevən kəndində, İmişlinin Məzrəli kəndində, Qazax və Qax rayonlarında çəkilmişdir (1979). İstehsalçı “Azərbaycanfilm”dir (“Mozalan” studiyası). Ssenari müəllifi Vidadi Paşayev, Rejissor Ziyafət Abbasov, operatorları Vaqif Muradov, Ələsgər Ələkbərov, Kənan Məmmədov, Səs operatoru Əsəd Əsədov, Baş redaktor Eyvaz Borçalı, Mətni oxuyan Rasim Balayev, Musiqi tərtibatçısı Azər Dadaşov.
   

     “BƏYAZ TARLANIN BALLADASI” FİLMİ – Beyləqan haqqında sənədli televiziya filmi. Film məşhur pambıqçı Sevil Qaziyevanın həyatı və faciəli ölümü haqındadır. Beyləqanda çəkilmişdir (2002) İstehsalçı “Luder” televiziyasıdır (“Azərbaycan” redaksiyası). Ssenari müəllifi Mənsurə Novruz qızı, Rejissor Yusif Quliyev, operator Rəşad Nuriyev, Montaj edən Ömər Əhmədov, Fərid Axundov, Əfqan Əhmədoğlu, redaktor Nəriman Əbdülrəhmanlı, aparıcı Hafiz Nəzərli, şeiri səsləndirən Günel Mehri, musiqi tərtibatçısı Eldar İsmayılıv, prodüser Elman Dadaşoğlu, layihənin rəhbəri Rafiq Quliyev.

     “DƏRS” FİLMİ – Beyləqan rayonu haqqında film. Qısametrajlı sənədli süjet (“Mozalan” satirik kinojurnalı № 61, 2 süjet) Mozalanın 49-cu nömrəsinin “Bəhri-Təhvil” (1979) süjetində Beyləqan rayonunun Şahsevən kəndindəki məktəb binasının tikilişinin yarımçıq qalması tənqid edilmişdir. Bu süjetdə isə o tənqiddən necə nəticə çıxarması göstərilir. Bina artıq şagirdlərin ixtiyarına verilmişdir. Film Beyləqan rayonun Şahsevən kəndində çəkilmişdir (1981). İstehsalçı “Azərbaycanfilm”dir (“Mozalan”studiyası). Ssenari müəllifi Vaqif Nəsib, rejissoru Xamiz Muradov, operatoru Kənan Məmmədov, Səs operatoru Əsəd Əsədov, baş direktoru Eyvaz Borçalı, mətni oxuyan Şahmar Ələkbərovdur.


     “KİTABİ-DƏDƏ QORQUD” – qəhramanlıq dastanı. Oğuz türklərinin, o cümlədən Azərbaycan xalqınının ən qədim və möhtəşəm abidəsi. “Kitabi-Dədə Qorqud” müştərək ədəbi abidə olsa da, istər dastanda təsvir edilən hadisələrin tarixi coğrafiyası, istərsə də dil baxımından daha çox bağlıdır. Dastanda İslam dinin təsviri duyulsa da, islamdan əvvəlki inancların, məişət və adət-ənənələrin izləri, mətnin dərin qatlarında gizlənmiş çox uzaq keçmişdən əks-sədası, ərəb-fars leksikası təsirinin zəifliyi, qəhrəmanların adlarının türkcə olması qədim türk heca şeirinin vəzn və qafiyə sisteminin mövcudluğu onun daha qədim zamanlarla, miladdan əvvəlki son əsirlərlə bağlı olduğunu göstərir. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən bir sıra coğrafi məkanlara Beyləqanda və onunla qonşu olan məkanlara rast gəlinir. Məlumdur ki, oğuzların bir hissəsi Beyləqan ərazisində məskunlaşmışdı və bu yurd qədim oğuz ellərinin izlərini özlərində qoruyub saxlayır. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında Heydər Əliyevin 20 aprel 1997-ci il tarixi fərmanına əsasən dastanın yubileyi beynəlxalq miqyasda keçirilmişdir. Respublikada Naxçıvan şəhərində “Kitabi-Dədə Qorqud” meydanı salınmış “Təbriz” mehmanxanasının önündə Dədə Qorqudun əzəmətli abidəsi (müəllifi heykəltəraş, əməkdar incəsənət xadimi E.Cəfərovdur) ucaldılmışdır; Bu Azərbaycanda Dədə Qorquda ucaldılan ilk heykəldir. Qazax şəhərində də Dədə Qorquda möhtəşəm abidə kompleksi qoyulmuşdur.
   

    “KOÇ” FİLMİ – Beyləqan və Laçın haqqında qısa metrajlı film. Beyləqanda və Laçında çəkilmişdir (1983). Ta qədim zamanlardan babalarımız qışı aranda, yayı yaylaqda keçirdirlər. İndi də bu ənənə davam etdirilir. Elə ki yaz gəldi, respublikamızın dağ yolları qoyun sürülərı ilə dolurdu. Köçün də ənənələri, qayda – qanunları vardır. Filmdə tamaşaçılar Beyləqandan başlayır Laçının dağ yolları ilə yaylaqlara qalxır, çobanların həyatı ilə tanış olurlar. İstehsalçı “Azərbaycanfilm” kinostudiyasıdır. Ssenari müəllifi Vudadi Paşayev, rejissor və operator Zaur Məhərrəmov, səs operatoru Vladimir Savin.
   

     “QİSAS GÜNÜ” – Beyləqanda və İmişlidə çəkilmiş sənədli televiziya filmi. Film Azərbaycan torpaqlarının işğal olunması nəticəsində qaçqın insanların necə çətin bir həyat şəraitində yaşadıqları xronikal təcəssümüdür. Film çağırış xarakterlidir, Beyləqan və İmişli rayonlarındakı qaçqın düşərgələrində çəkilmişdir (1993). İstehsalçı “Azərbaycanfilmdir”. Ssenari müəllifi Sadıq Elcanlı, bəstəkar Eldar Mansurov, səs operatoru Rəşad Mustafayev (səs rejissoru), montaj edən Fuad Cabbarov, mətni oxuyan Rasim Balayev, filmin direktoru Ələddin Vəli.

    “PAMBIQÇININ VÜQARI” FİLM – Beyləqanla bağlı qısametrajlı sənədli televiziya filmi. Məşhur pambıq ustası, Beyləqan rayonundakı Lenin adına sovxozda çalışan Sərdar İmrəliyev və onun briqadasına həsr olunmuşdur. Film Beyləqanda çəkilmişdir (1975). İkihissəlidir. Texniki məlumatlar: 380m (35mm). İstehsalçı “Azərbaycantelefilm”. Ssenari müəllifi Oqtay Orucov, rejissor Zəyyar Ağayev; Operatorlar Oqtay Əlizadə, V. İsmayılov, səs operatoru Bəxtiyar Dehniya (səs rejissoru).

     GEYİM VƏ BƏZƏKLƏR. Ənənəvi geyimlər və bəzəklər hər bir xalqın maddı mədəniyyətinin mühüm tərkib tərkib hissəsini təşkil edir. Qədim beyləqanlıların geyimi haqqında ilkin məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələrinin üzərindəki rəsmlərdə, Beyləqan haqqında xəbər verən qədim və antik dövrün tarixçilərinin əsərlərində, təsviri sənət nümunələrində var. Örənqalada aparılan qazıntı zamanı aşkar edilən şirli qabın üzərindəki rəsmlərdə uzun, ətəyi və qolları yığcam, bilək hissəsi dar, digərində isə qol və bədən dar, ətəyi gen paltar geyinmiş adamlar təsvir olunub.
   Arxeoloji qazıntılar zamanı qədim dövrdə Beyləqanda toxuculuq materialı kimi əsasən kətan, yun, sonrakı dövrlərdə isə pambıq və ipəkdən istifadə olunduğu sübuta yetirilir.

    Digər mənbədə isə, Albaniyanın Beyləqanın da daxil olduğunu Kaspiana vilayətində yumşaqlığına görə Milet yunundan heç də geri qalmayan zərifyunlu dəvələr saxlandığı, həmin yundan toxunan paltarı varlıların, adlı-sanlı adamların və kahinlərin geyindiyi göstərilir.
Erkən orta əsrlərin geyim mədəniyyəti haqqında “Kitabi – Dədə Qorqud” dastanında da ətraflı məlumat verilir. Burada kişi və qadın geyimlərindən köynək, şalvar, cübbə, çuxa, kaftan, qurşaq, kürk və yapçncının, baş geyimlərindən sarıq (çalma, dolbənd), börk, külah, niqab, duvaq, yaşmaq və çəmbərin (dingə), ayaqqabı növlərindən isə başmaq, ədik, soqman və sərmuzənin adları çəkilir. Bu dövrün ipək, kətan və başqa növ (bez, səqat, bərbəhar və s.) parçalardan tikilmiş paltarları haqqında X-XII əsrlərə aid ərəb mənbələri də məlumat verir. XII-XIII əsrlərdə Azərbaycanın ayrı-ayrı sənət-ticarət mərkəzləri bu və digər parça və geyim növünün hazırlanmasında ixtisaslaşmışdı: Gəncədə (zərxara və diba), Beyləqanda (“kəzz-kaşıdə”), Ərdəbildə (“camə”), Bərdədə, Salmasda və Xoyda ipək parçalar toxunurdu, Naxçıvanda məşhur çuxalar, Təbrizdə atlasdan kişi üst geyimləri və Gəncədə yun parçalardan tikilmiş paltarlar hazırlamışdı.
     XII-XIII əsrlərdə Beyləqanda mövcud olan sənət sahələri içərisində toxuculuq geniş inkişaf etmişdir. Həmin dövrdə Beyləqanda olmuş əcnəbi səyyahlar yerli əhalinin həm daxili, həm də xarici bazarlar üçün külli miqdarda yüksək keyfiyyətli ipək, kətan, yun parçalar, xalça, palaz, cecim və s. toxuduqları, “Əcayib-ud-dünya” (XIII əsr) əsərində Beyləqan şəhərində istehsal olunan parçalar haqqında geniş məlumat verilir.

    Həmin dövrdə Beyləqanda istehsal olunan ipək parçalar daha məşhur idi. Arxeoloji qazıntı zamanı qədim Beyləqan şəhər yerindən tapılmış nimcə üzərində təsvir olunan qız rəsmində, onun geydiyi ipək geyimlər və yaxalıq, onun üzərində naxışlar vardır. Monqollar Beyləqanı işğal etdikdən sonra bu inkişaf səviyyəsi alt-üst oldu.
    Beyləqanda aparılan arxeoloji qazıntılar zamanı gön qalığı, yüyən, tapqır, toqqa başlığı və s. aşkara çıxarılmışdı. Mənbələrdə isə göstərilir ki Beyləqandan “çoxlu libaslar, çul, baş örtüyü... ixrac edilirdi”.
     Məsud ibn Namdarın əsərində pambıqtəmizləyənlər və toxuculardan bəhs edir. Bu məlumatlar arxeoloji qazıntılar zamanı təsdiq olunur. Belə ki, bu qazıntılar zamanı pambıq qalıqları, iri ipdən sıx toxunmuş kisə izləri, nazık sapdan toxunmuş kisə çürüntüsü, kobud və zərif işlənmiş parça qalıqları mis təbəqənin üstünə yapışıb qalmış pambıq parça tapıldı.
    Beyləqanda pambıqtəmizləmə və toxuculuqla bərabər ipəkçilik də inkişaf etmişdi. Lakin ipəkçiliklə bağlı ancaq yazılı mənbələrdə məlumat verilir. Həmin mənbələrdən birində kəzz-kaşədə - ipək tikmə parçaların əmtəə malı olduğu göstərilir (XIII əsr). Q.Əhmədov isə bu mənbəyə əsaslanaraq göstərir: deməli, şəhərdə ipək parça o qədər çox istehsal olunurdu ki, satışa da çıxarılırdı. Məsud ibn Namdarın əsərində isə “ipək yatacaq”dan bəhs edilir.
    Arxeoloji qazıntilar zamanı Beyləqan ərazisindən palaz, çuval, xurcun və örkən qalıqları tapılmışdır. Məsud ibn Namdarın əsərində bir nəfər amidin Beyləqana gəlişi münasibətilə “hər cür ölçüdə böyük ... müxtəlif xalçalar” döşəndiyi göstərilir.

    Arxeoloji qazıntılar zamanı keçə qalığı da tapılmışdır. Bu da şəhərdə keçəliyində inkişaf etdiyini göstərir.
    Qədim Beyləqanda toxuculuq, ipəkçilik, xalçaçılıq, keçəçilik, sənətləri ilə yanaşı, boyaçılıq və dərziçilik də inkişaf etmişdi. Belə ki, XII-XIII əsrlərə aid təbəqələrdən tapılmış şirli qabın üzərində əyninə uzun və ətəyi geniş çuxa olan ovçu, digər qabda isə əynində bədən hissəsi ətəyinə nisbətən dar tikilmiş çuxa olan ovçu (başında şiş papaq) təsvir edilmişdir. Digər qabın üzərində isə əynində zolaqlı parçadan tikilmiş, üzərinə tikmə naxışlar vurulmuş bir təbir var, Arxeoloji qazıntılar zamanı aydin olmuşdur ki, Beyləqan ustaları üzəri metal saplarla işlənmiş parçalar – güləbətin tikməyi bacarmışlar.
    Beyləqan ustaları bəzək əşyaları hazırlamışlar. Bunlar qızıl, miz, tunc və şüşədəndir. Arxeoloji qazıntılar zamanı cəmi iki ədəd qızıl bəzək əşyası (kiçik sırğa və qaşlı kiçik üzük) tapılmışdır. Üzüklər mis, tunc və qızıldan hazırlanırdı (halqa və qaşlı). Bilərziklər, asmalar, medalyonlar, toqqa bəzəkləri, toqqa ucluqları, toqqanın üzərinə rəbt edilən xırda bəzəklər də aşkara cıxarılmışdır.
   Zinət əşyaları həm də şüşədən hazırlanırdı, şəffaf, mavi, göy, çəhrayı, sarı və qarışıq rəngli bilərziklər üzüklər gözmuncuqları da tapılmışdır ki, arxeoloqlar onların Beyləqanda hazırlandığını göstərir.

      BEYLƏQAN ŞÜŞƏ QABLARI – Qədim Beyləqan (Örənqala) şəhərində istehsal olmuş məmulat. Orta əsrlərdə Beyləqanda həm saxsı, həm də şüşə məmulatı istehsalı inkişaf etmişdir. Beyləqan şəhər yerini gəzərkən sənətkarlar məhəlləsində külli miqdarda şüşə qırıntılarına rast gəlinir. Beyləqan şəhərində şüşə və keramika üçün təxminən eyni xammaldan istifadə edilirdi. Şüşə məmulatı qəlibə salmaq və üfürmək üsulu ilə hazırlanırdı. Bu dövrdə xammalın tərkibindəki dəmir qatışıqları şüşənin ağ rəngdə deyil, yaşılımtıl göy rəngdə olmsına səbəb olurdu. Beyləqanda tapılan şüşə məmulatı göy, yaşılaçalan göy, abı rənglidir. Kürələrdə xammal 150 dərəcədə bişirilirdi. Lazım olan temperatur odunun yandırılmasından alınırdı. Beyləqanda dəmirçiliyin inkişafı şüşə kürələrinin təkmilləşməsinə şərayir yaratdı. Qədim Beyləqanda arxeoloji qazıntılar zamanı aşkara çıxarılan şüşə məmulatları məişət qabları və zərgərlik nümunələridir (kuzə, sürahi, piyalə, bilərzik, üzük və s.). Onlar həm orijinal formalı, həm də müxtəlif bəzəklidir. Həndəsi və nəbati ornamentlərlə işlənmişdir.

   Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri. Kütləvi informasiya vasitələrindən rayonda “Az-TV-1”, “İctimai televiziya”, “ANS”, “Lider”, “Space” və “Azad Azərbaycan” televiziya kanalları yayımlanır. Respublika mətbuat orqanlarının nəşr etdikləri qəzetlərin gündəlik yayımı təşkil edilir. Rayon icra hakimiyyəti tərəfindəm təsis edilmiş (2003) “Mil” qəzeti rayon əhalisini informasiya ilə təmin edir. Beyləqan Rayon İcra Hakimiyyətinin orqanı olan “Mil” qəzeti 1938-ci ildən nəşr edilir. “Stalin pambiqçısı” (1938-1957), “Mil pambıqçısı” (1958-1962), “Yüksəliş” (1962-1989), Beyləqan (1989-2003) adları ilə nəşr edilmişdir. Qəzet ayda 4 dəfə 2000 tirajla çıxır. Rayonda yerli radio verilişləri redaksiyası fəaliyyət göstərmişdir (1965-1980).

    “BEYLƏQAN” - “Mil” qəzetinin keçmiş adı.

    “BEYLƏQAN QƏZETİ”.

    “STALİN PAMBIQÇISI” – “Mil” qəzetinin keçmiş adı.

    “YÜKSƏLİŞ” – “Mil” qəzetinin keçmiş adı.

  Səhiyyə. Rayonda 575 çarpayılıq 11 xəstəxana, 19 feldşer-mama məntəqəsi, 10 kənd xəstəxanası, 9 həkim məntəqəsi, 1 sanitar-epidemioloji stansiya, 1 təcili yardım stansiyası, 1 kliniki laboratoriya, 1 uşaq və `1 qadın məsləhətxanası var. Onlarda 850 tibb işçisi çalışır (138 ali təhsilli həkim, 358 orta tibb işçisi, 354 isə digər eşçilər).

  TƏHSİL. Rayonda 54 ümumtəhsil məktəbi, 30 məktəbəqədər uşaq müəssisəsi, 3 məktəbdənkənar müəssisə var. 30 məktəbəqədər uşaq müəssisəsində 825 uşaq tərbiyə olunur. 54 ümumtəhsil məktəbində (2 ibtidai, 6 əsas və 46 orta məktəbdə) 14811 şagird təhsil alır, onların təlim-tərbiyyəsilə 1975 müəllim məşqul olur. 3 məktəbdənkənar müəssisəyə (Uşaq Şahmat məktəbi, Uşaq Gənclər İdman məktəbi və Uşaq Yaradıcılıq mərkəzi) 4278 nəfər şagird cəlb edilmişdir (2008-2009). Heydər Əliyev Fondu tərəfindən təhsil nazirliyi ilə birlikdə 140 adda əyani tədris vəsaiti hazırlanmış və carı dərs əvvəlində məktəblərə çatdırılmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüssü ilə carı dərs ilinin əvvələrində rayonda 1-ci sinifə gedən 1119 nəfər uşağa 17 adda dərs ləvazimatı hədiyyə edilmişdir. Heydər Əliyev Fondunun vəsaiti ilə rayonda 3 məktəb tikilib istifadəyə verilmişdir.

   “ƏHMƏD MƏKTƏBİ” – Beyləqan rayonunun Təzəkənd kəndində yaradılmış təcrübə məktəbi. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevin təşəbbüsü ilə Təzəkənd kəndində fermer və sahibkarlara kömək məqsədilə yaradılmışdır (2006). Əmək qabaqcılı Əhməd Əhmədovun təcrübəsini gənc fermerlərə öyrətmək məqsədilə yaradılmışdır. “Əhməd məktəbi”ndə fermerlərlə, təsərrüfatla məşğul olan insanlarla tez-tez görüşlər, müşavirələr keçirilir.

Yuxarı