Tarixi-memarlıq və incəsənət abidələri

    Tarixi-memarliq və incəsənət abidələri. Beyləqan ərazisindəki tarixi-memarlıq və incəsənət abidələri bunlardır: Ümummilli Lider Heydər Əliyevin büstü, Əmək birliyi abidəsi, Akif Əkbərovun büstü, Boyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə (2 ədəd), Cərcis peyğəmbər türbəsi, Dünyamalılar məsçidi, “Əmək Birliyi” abidəsi, Gəray Əsədovun büstü, Gəray Əsədovun ev muzeyi, Gəray Əsədovun heykəli 3 yerdə, Göytəpə, Hacı Seyid Əli Ağa məsçidi, Heydərbaba məsçidi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Heydər Əliyevin abidəsi, Həzi Aslanovun büstü, İlham Quliyevin büstü, İlqar Qurbanovun büstü, Kərbələyi Seyid Ağa türbəsi, Qala təpə, Qarabağ muharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, Qədim Əliyevin büstü, Mehdi Mehdizadənin büstü, Mücirəddin Beyləqani parkı, Namiq Allahverdiyevin büstü, Nazim Quliyevin büstü, Nariman Narimanovun büstü, Rizvan Nəsirovun büstü, Seyid Ağa türbəsi, Seyid Aminə Xatun məsçidi, Seyid Aminə xatun türbəsi, Seyid Miryusif Ağa türbəsi, Sevil Qaziyevanin büstü və ev muzeyi, Şərəf təpəsi, Türklər məsçidi, Üçtəpə.
 
   MİL-MİNARƏ – Azərbaycanda mövcud olmuş tarixi memarlıq abidəsi (XI-XIII əsrlər). “IX-XIII əsrin əvvəllərində Azərbaycanda dini binalar əsas etibarılə məscid, minarə, xanəgah, tikililərindən ibarət idi. Bəzi yerlərdə, xüsusilə də dağlıq bölgələrdə xristian dini abidələr – kilsə və monastır qalıqlarına təsadüf olunur. Xatırladaq ki, yerüstü dini binalar memarlarımız tərəfindən nisbətən yaxşı tədqiq olunmuşdur. Dini bina qalıqlarının bir qismi isə arxeoloji tədqiqat nəticəsində aşkara çixarılmışdır.
Azərbaycan ərazisində IX-XIII əsrin əvvəllərində dini abidələr içərisində ən geniş yayılanı məscidlər olmuşdur. Məscidlər müsəlmanların ibadət etdikləri ən ümdə yerlər idi. Məscid ərəb dilində ibadətxana, səcdə qılmaq mənasını bildirir. Müsəlman Şərqində məscidlər başlıca ibadət yeri olmaqla bərabər, həm də mömin insanlar arasında ünsiyyəti, birliyi möhkəmlədən polifunksional, ellik bina idi. İlk məscid məlum olduğu kimi Məhəmməd Peyğəmbərin dövründə Mədinə şəhərində tikilmişdir. Sonrakı tarixi dövrlərdə Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada, Azərbaycanda, Hindistanda, İspaniyada və s. ölkələrdə inşa edilmişdir. Məkkədə tikilmiş məscid müsəlman aləmində ən müqəddəs yer – “Allahın evi” hesab edilir”.
    Məscid-mədrəsə xarabalığı olan Mil-minarə Örənqala (Beyləqan) yaxınlığında olmuşdur. XIX əsrin ikinci yarısınadək qoşa minarələrdən biri nisbətən yarımuçuq vəziyyətdə qalmışdır. Arxeoloji materiallar Mil-minarənin XI-XIII əsrlərə aid olduğunu sübut edir. Abidə bişmir kərpicdən tikilmiş, üzəri müxtəlif rəngli və ölçülü kaşılarla bəzədilmişdir. Minarə tikiliş kompozisiyasına görə digər minarələrdən fərqlənirdi. Minarədən həm azan oxumaq, həm də gözətçi məntəqəsi kimi istifadə olunurdu. Gələnlər çox uzaq məsafədən görünərdi. Minarənin baş hissəsində qizil və gümüş suyuna çəkilmiş böyük ay emblemi gecə ay işığında, gündüz günəş şüası altında şəfəq saçırdı. Uzaq səfərlərdən gələn karvanlar həmin parıltıdan Mil-minarə olan istiqamətə gələrdilər. Bəzi tədqiqatlara görə Mil düzünün adı Mil-minarənin adı ilə əlaqədardır. Bəzi müəlliflərə görə Mil-minarə ətrafındakı min hektarla yer minarənin adına uyğun olaraq Mil torpaqları adlandırlımışdır. A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Mil-minarə haqqında həm məlumat vermiş, həm də onun qısa təsvirini yazmışdır. Mənbələrdə göstərilir ki, abidə XIX əsrin birinci yarısında müəyyən qədər salamat olmuş, lakin XIX əsrin ikinci yarısında tamamılə dağıdılmışdır. Mənbəyə görə abidə çox uca olmuş, Ağcabədi və Hindarxdan görünmüşdür. Abidə təxminən 1830-1840-cı illərdə uçulmuşdur. “Beyləqan şəhər yerinin yanında aşkar olunan, xalq arasında Mil-minarə adlandırılan məscid-minarə qalıqları da böyük kompleksin xarabalıqları təsirini bağışlayır. Məscid hörgülərinin ətrafında tökülən küllü miqdarda müxtəlif formada rəngli bəzəkli kaşılar Mil-minarə Cümə məscidinin nə dərəcədə gözəl tikildiyini nümayış etdirir. Böyük sənətkarlıqla düzəldilmiş fiqurlu və rəngli bişmiş kərpiclər məscidin binasının yüksək memarlıq səviyyəsində tikildiyini göstərir. Məscidin hörgüsündə düzbucaqlı, romb, kvadrat, çoxbucaqlı, dairəvi, üçbucaqlı və s. formada olan iri müxtəlif rəngli (ağ, firuzəyi, şabalıdı) kaşılarla bərabər, mozaika qopuqlarına bənzər xırda fiqurlardan da istifadə olunmuşdur. Kaşıların xeyli hissəsini kufi xətti ilə yazılmış yazılara və toxuma naxışlara aid olması onların dar və uzun, bəzən dirsəkli formasından aydın olur.
     Mil-minarənin ətrafında 10-dan çox türbə olduğu müəyyən edilmişdir. Bütün bu abidələr kompleksi IX-XIII əsrin əvvəllərinə aiddir. Yerli əhalidən alınmış məlumata görə məscidin çox uca qoşa minarələri olmuş və təxminən 1830-1840-cı illərdə uçmuşdur. Minarələrdən birinin hələ XIX əsrin ortalarına qədər salamat olması A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərindən də məlumdur.

     Beyləqan rayonunda VII-X əsrlərə aid əsasən Arran memarlıq üslubunda tikilmiş abidələr. Beyləqanın memarlıq abidələri bunlardır: Seyid Aminə xatun məscidi, Seyid Əli məscidi, Türklər məscidi, Cərciz peyğəmbər türbəsi, Mir Yusif ağa türbəsi, Beyləqan qalası və s. aiddir.

   BEYLƏQAN RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ - Beyləqan rayonunda Tarix-diyarşünaslıq muzeyi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Qədim və qiymətli tarixi eksponatları mühafizə və təbliğ edir. 1981-ci ildə yaradılmışdır. Jdanov rayon Tarix-diyarşünaslıq muzeyi adlanmış (1982-1989), köhnə, yararsız binada yerləşmiş, sonralar isə muzey üçün yeni bina inşa edilmişdir. Beylqan şəhərində Mədəniyyət və istirahət parkında yerləşir. Muzeyin ümumi sahəsi 1600 kv.m-dir. Acıq səma altında olan muzey kompleksindən (1380 kv.m) və 1 inzibati binadan (220 kv.m) ibarətdir.
Muzeydə 2218 əşya var. İl ərzində 7-8 min tamaşaçı gəlir. 60 ekskursiya mətni hazırlanmışdır, ekskursiyaya gələn qruplara mühazirələr oxunur. Muzeyə müxtəlif vaxtlarda İsfəndiyar Quliyev, Bəhmən Məmmədov rəhbərlik etmişlər.

 

Yuxarı