Tayfalar

    AŞIQALILAR – Xələc tayfasının bir tirəsi. 

   XALACLAR - Xələc/Xalac tayfasının adı ilə bağlı mənbələrdə xeyli məlumatlar verilmişdir. Mahmud Kaşğari göstərir ki, XI əsrdə oğuzlar 22 tayfadan (kinik, qayıq, bayındır, iva (yuva), salqur, afşar, bəydili, übdüz, bayat, yazqır, eymur, qarabölük, alkabölük, iqdir, uragir, tutirqa (dodurğa), ulayonluq, tüqər, recenet, çuvaldar, çəpni, çıraqlı) ibarət olmuşlar. Sonralar bu tayfalardan ikisinin ayrılaraq birləşməsi nəticəsində yeni qalac (xalac, xələc) tayfası formalaşmışdır.
  Ərəb coğrafiyaşünaslarına istinad edən tədqiqatçıların fikrincə xələclər çox-çox əvvəllər Amur-Dəryanı keçərək Əfqanıstanın cənub zonalarında yaşamış, bir hissəsi isə İran ərazisini keçərək bəziləri fars, bəziləri isə türkmən dilində danışmağa başlamışlar. Mənbədə Xələc tayfasının İranda yerləşdiyi ərazi onların adı ilə əlaqədar Tehranın qərb, savalanın şimal hissəsi isə xələcistan adlanmışdır. T.Əhmədova görə, xələclərin Azərbaycanda məskunlaşması həmin dövrlərdə olmuşdur.
   XIX əsrin ortalarında əkinçiliklə məşğul olan xələclər 70-ci illərdən başlayaraq oturaq həyat tərzinə keçməyə başlamışlar. T.Əhmədov xələclərin əvvəllər çöl və yaxa xələclərinə bölündüyünü göstərmişdir. Çül xələclərinin oturaq həyat tərzinə keçdikləri və 10 xırda yaşayış məntəqəsinin əsasını qoyduqları qeyd olunmuşdur. XIX əsrin 80-cı illərində 73 ailədən ibarət digər xələc icmasının Cavad qəzasında köçəri halda yaşadıqları mənbədə göstərilmişdir. M.Avdeyev onların bərəzlər, hüseynlər, bəylik, hacılar, əhmədli, güdəkli, çəmənli, hacıqurbanlı, hacıpaşalar və s. tirələrə bölündüyünü göstərmişdir.
   Rəşidəddin XIII əsrdə həmin tayfalara karıq və karkını da əlavə etmiş və oğuzların tərkibində uyğur, kanqlı, qıpçaq, karlıq, xalac və ağacyeri tayfalarının da yer aldığını göstərmişdir.
   Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (avşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayindur, bektili, dügər, qaranüylü, xalac, kəndli, karabotik, çepni və salur). Adam Oleari (XVII əsr) xalac tayfasının Muğanda yaşadığını göstərir.
XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycanda məskun olan xalaclar bu tirələrə bölünmüsdülər: çaparlı, çandirli, qarahəsənli, yetimlər, səfəralılı, ismayıllı, kürdəli, bayraməlili, berezlər, hüseynlər, aşqarlar, beyəli, hacılar, hacıqubanlı, Əhmədli, Hacıbabalılar, qurənli, çəmənli Dünyamalılar, qotaylar, şikarlı, xasaxalı və aşıqlılar.
   Mənbədə xalacların XIX əsrdə Cavad qəzasında maldarlıqla məşğul olduqları və Yaxın Şərqin işğallarında (XII-XVIII əsrlər) iştirak etmiş bu tayfanın bir hissəsinin hazırda İran və Türkmənistan ərazisində yaşadıqları göstərilmişdir.
   Uzun müddət azərbaycanda köçəri və yarımköçəri həyat keçirmiş xalacların oturaqlaşmaları və yaşayış məskənləri salmaları da müxtəlif dövrlərdə müxtəlif cür olmuşdur. Salyan rayonundakı Xalac kəndinin əhalisi, bir sıra mənbələrə görə, XVIII əsrin 20-ci illərində Şamaxıdan gəlmədirlər. əvvəllər isə onlar köçəri həyat sürmüş, yayı Zəngəzurda – Gorusun şimal-qərbində Üçtəpə yaylaqlarında, qışı isə Mil və Muğan düzlərində keçirmişlər. Keçən əsrin ortalarında əkinçiliklə məşğul olduqları qeyd edilən xalaclar 70-ci illərdən başlayaraq oturaqlaşmağa başlamışlar.   

   XƏZƏRLƏR – Erkən orta dövrlərdən Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış və qüdrətli Xəzər xanlığı yaratmış türk tayfası. Qafqaz Albaniyasında yaşamış kaspi tayfasının digər adı xəzər idi. Onların adı ilk dəfə e.ə. V əsrdə yaşamış Herodotun “Tarix” əsərində çəkilir Xəzər isə orta əsrlərdən başlayaraq şərq mənbələrində işlədilir. Xəzərlər başda türk tayfaları (suvar, bulqar, və b) ilə birlikdə Azərbaycan xalqının etnogenezində mqhqm rol oynamışlar. Onların Cənubi Qafqaz ərazisində görünmələri barədə tarıxı mənbələrdə müxtəlif məlumatlara təsadüf edilir. “Katlis Sxovreba” (“Gürcüstanın həyatı”) adlı qədim güclü mənbəsində Kartlidə əhalinin altı dildə, o cümlədən xəzər dilində danışıldığı qeyd olunur.
    Şimali Qafqaz çöllərində yaşamış bu tayfa müəyyən dövrlərdə müstəqil dövlətə malik oldu. Xəzərləri Azərbaycana axını I-III əsrlərdən daha da gücləndi. Sasani hökmdarı II Şahrur (309-379) və Xosrov Ənuşirəvan (531-579) dövründə 10 minlərlə xəzər ailəsi Azərbaycanda yerləşdirilmişdir. Xəzərlərin Albaniya torpağında ilk yürüşləri eramızın IV əsrinə təsadüf edilir. Son tədqiqatlara görə, xəzərlərin Albaniyaya güclü axını 623-cü ildən başlamışdı. Həmin ildən başlayaraq xəzərlər Dərbənd, Tiflis, Qəbələ və s. şəhərləri ələ keçirmiş, 642-652-ci illərdə isə artıq Albaniyanı öz hakimiyyətləri altına almış, 150 ildən çox burada hökmranlıq etmişdilər. Azərbaycanın işğal etməyə çalışan ərəblərlə xəzərlər arasında təqribən 100 il davam edən müharibə xilafətin xeyrinə nəticələndi. Kiyev knyazı Svyatoslav Xəzər xaqanlığına son qoydu (965) və xəzərlər siyasi fəaliyyət meydanından çıxdılar və tədricən müxtəlif tük xalqları, o cümlədən azərbaycanlılarla qaynayıb qarişdılar. Xəzərlərə aid izlər (tərnəyüt/Tərnə, Təbriz, Kəbirli Qaraçor, Qarapapax və s.) göstərir ki, onların çox böyük bir hissəsi burada məskunlaşmış və qədim Albaniyanın əsas kütləsini təşkil etmişlər. Xəzər etnonimi Ordubad rayonu ərazisindəki Xəzəryurd dağ adında da mühafizə olunmuşdur. Qədim Xəzərlərə məxsus Şəhər adlarına da toponimiyamızda təsadüf olunmaqdadır. İtil/İdil//Edil-Edilli, Beləncər-Biləcər və s.

   Tərəkəmələr. Tərəkəmələr azərbaycanlıların etnogenezində iştirak etmiş türkdilli tayfalarıdandır. Oğuz türkləri olan tərəkəmələr əvvəllər Sır-Dəryanın sağ sahilində yaşamış və ərəb istilasından sonra türkmən adlandırılmış, XI əsrdən İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılmışdır. Köçəri həyat sürən oğuzların bir hissəsi tərəkəmə adlandırılmışdır. Tərəkəmə sözü ərəbcə “tərakimə” sözündən olub “Türkmənlər” deməkdir. Bu sözü “tərki-məkan” və ya “yurddan-yurda köçənlər” kimi də izah edirlər. Bunu da onların məşğuliyyəti və həyat tərzi ilə bağlayır və el arasında “tərkiməkan” kimi də işlədirlər. Azərbaycanda tərəkəmələr Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayırlar.
    İcma halında yaylağa gedən tərəkəmələr heyvandarlıqla yanaşı, əkinçiliklə də məşğul olurdular. Belə ki tərəkəmələrin kənddə qalan hissəsi arasında biçini qurtarır, payız əkininə hazırlıq işləri görürdülər. Tərəkəmələr heyvandarlıqla məşğul olduqları üçün əsasən heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edirdilər. İstehsal etdikləri heyvandarlıq məhsullarını taxıl və sənətkarlıq məhsulları ilə dəyişirdilər, xalçaçılıq, toxuculuq və s. sənət növləri ilə məşğul olurdular. “Tərəkəmə” xalq rəqsi tərəkəmələrlə əlaqədardır.
   “Mil düzü inqilabdan əvvəl mal-qara qışlağı və köçəri düşərgəsi kimi məşhur idi. Düzdən keçib gedərkən heç bir kənd-kəsək rast gəlməzdi. Arabir yoldan kənarda qoyun sürülərinə təsadüf edilər, orada-burada köçərlilərin alaçıqları görünərdi. Bu yerlərdə yay çox isti keçərdi. Yay vaxtı bitki tamam yanıb tələf olardı. Buralar ağcaqanad, hünü, böv, əqrəb, ilan yatağı idi. Su olmadığından münbit torpaqların çoxu istifadəsiz qalardı. Burada kəndlilər inqilabdan əvvəl maldarlıqla məşğul olar və bir qədər taxıl əkərdilər. Əhali köçəri həyat keçirər, bütün il uzunu alaçıqda yaşayardı. Tək-tük qamış koması (covstan) olanlarda var idi”.  

   QARQARLAR – Qədim Albaniyada (Qafqaz) yaşamış tayfa. V əsr mənbələrində Albaniya qarqarların adı. III əsrdən onların burada yaşadıqları qeyd olunur. Mil və Qarabağ düzlərində yaşadıqlarına görə həmin düzlər erkən orta əsrlərdə (X əsrədək) Qarqar düzü adlanmışdır. Yaqut Həməvi (XIII əsr) Mil düzündə karkar adlı şəhərin adını çəkir XIX əsrdə Azərbaycanın müxtəlif qəzalarında Qarqar adlı bir neçə kənd vardı.

   FƏTƏLİOĞLU KÜRDÜSÜ - Rəvayətə görə, keçmişdə Fətəlioğlu adlı varlı, qoçaq, mərd və səxavətli bir kişi varmış. Fətəlioğlunun ev-eşiyi hündür bir təpənin üstündə imiş, lakin qonşuluqdakı cinli tayfası onun yerini-yurdunu ələ keçirmək istədiyi üçün onlarla döyüşməli olmuşdur. Fətəlioğlu cinlilərə üstün gəlmişdir. El arasında Fətəlioğlu kürdüsü deyə adlandırılan məkan onun adı ilə bağlıdır. Sonralar burada Əlinəzərli kəndi salınmışdır.

 

Yuxarı