Kəndlər 1

   ALLAHYARLI-Beyləqan rayonunda kənd. Allahyarlı inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 275 km məsafədə, rayon mərkəzindən 8 km aralı, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Bolsulu kəndi, şimal-qərbdən Ağcabədi rayonu şimal-şərqdən Beyləqan şəhəri, şərqdən Yuxarı Aran və Qəhrəmanlı, cənub-şərqdən Yeni Mil və Milabad, cənubdan və cənub-qərbdən Füzuli rayonu ilə həmsərhəddir. Sahəsi 3817 ha-dır. Ondan dövlət mülkiyyətində 592 ha, bələdiyyə mülkiyyətində 2328 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 40, perspektiv inkişaf fondu 37, ümumi istifadədə olan malqara üçün örüş 60, suvarma kanalları və arxlar 108, ictimai tikinti 42,5, kənd altında ümumi istifadədə olan 40,8, yollar 82,6, məktəb 2,5, qəbirstanlıq 4, qobu 36, qamışlıq, bataqlıq, göl 57, yararsız şoran torpaq 1817.6 ha), xüsusi mülkiyyətdə 897 ha (o cümlədən özəlləşdirilən torpaqlar 873, həyətyanı 24 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı olaraq torpaqlar özəlləşdirilmiş, hər nəfərə 1,20 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 138, ailələrin sayı 130, əhalisi 693 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, klub, kitabxana, “Xətai” Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi var.
Tarixi. 1926-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən Allahyarlı nəslinə mənsub ailələr köçərək heyvandarlıq-taxılçılıq sovxozunun malikanəsi yanında məskən salmı və yeni yaşayış məntəqəsi Allahyarlı adlanmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşlər. Yerli məlumatlara görə isə Allahyarlı kəndinin əsası 1926-cı ildə qoyulmşdur. Əvvəllər Aşıqlı kəndi ilə həmsərhəd olan Allahyarlı kəndi müəyyən səbəblər üzündən 1947-ci ildən boşaldılmış və kəndin tərəkəmə əhalisi əsasən heyvandarlıqla məşğul olduğundan respublikanın müxtəlif ərazilərinə köçmüşlər. Əsasən Biləsuvar, Qırmızı Samux, Zərdab, Kürdəmir rayonları ərazisində qoyunçuluq-heyvandarlıq təsərrüfatlarında çalışmışlar. Allahyarlı kəndinə məxsus köhnə ərazi hazırda Aşıqlı kəndi ərazisinə qatılmışıdır. Beyləqan rayonun Haramı ərazisində salınan yeni qəsəbəyə 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Allahyarlı adı verilmişdir. O zaman Mürşüd Əzimov kəndin Birinci katibi işləyirdi. Onun çox zəhməti olub kəndin yaranmasında.
Kəndin sakinləri həmin yeni məntəqədə yerləşdirilmişdir. Hazırda əhalinin 20%-ni Allahyarlı camaatı təşkil edir. Kənddə Allahyarlı, Alıqulular, Füzulililər məhəllələri var. Bu məntəqədə Hacı Dünyamalı, Hacı Qurbanlı, Hacı Hüseynli, Hacı Mürsəlli, Hacı Alılar adlanan nəsillər yaşayır. “Xətai” kolxozu qurulmuş (1989), torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1996). Böyük Vətən müharibəsində 8 nəfər iştirak etmiş, 5 nəfər həlak olmuş, 1 nəfər itkin düşmüşdür. 2 nəfər veteran vardır. Qarabağ müharibəsində 1 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüşdür, 2 nəfər əlil olmuşdur. Xəlil Əsədov, Məhəmməd Hüseynov bu kəndin yetirmələridir.

    AŞAĞI ÇƏMƏNLİ – Beyləqan rayonunda kənd. Aşağı Çəmənli kəndinin daxil olduğu eyni adlı inzibati ərazi dairəsinin və bələdiyyənin mərkəzi. Bakıdan 303 km məsafədə, rayon mərkəzindən 36 km cənubda, Mil düzündə yerləşmişdir. Şimaldan və şimal qərbdən rayonun Dünyamalılar, şərqdən Aşıqalılar kəndləri, cənubdan İran İslam Respublikası, cənub-qərbdən Yuxarı Çəmənli kəndi ilə həmsərhəddir. İnzibati ərazi vahidi kimi 1991-ci ildən təşkil olunmuşdur. Sahəsi 1502 ha-dır. Ondan dövlət mülkiyyətində 68,4 ha, bələdiyyə mülkiyyətində 360,30 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 34, perspektiv inkişaf fondu 17, örüş 48,5, mal-qara üçün ümumi istifadədə olan örüş 23, suvarma kanallari və arxlar 70, kollektor-drenaj şəbəkəsi 65,4, ictimai tikinti 4,4, kənd altinda ümumi istifadədə olan 77,69, yollar 22,2, məktəb 1,1, qəbiristanlıq 2,4, yararsız şoran torpaq 17,7 ha), xüsusi mülkiyyətdə 1073,3 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1038,30, həyətyanı 35 ha) torpaq sahəsi var. Hər nəfərə 0,96 ha pay torpağı bölünmüşdür. Təsərrüfatlarinin sayı 295 ədəd, ailələrinin sayi 344, əhalisi 1220 nəfərdir (2009). Əhali heyvandarlıq və əkinçiliklə məşğul olur. Orta məktəb, 25 çarpayılıq xəstəxana, kitabxana, poçt var. Tarixi abidələrdən Çardaqlı təpə, Kültəpə qədim yaşayış məskənləri göstərilə bilər. Ərazidə olan təpələrdə arxeoloji qazıntılar zamanı tapılan küp qəbirlər, piylə yanan saxsı çıraq, şirli saxsı qablar və s. məişət əşyaları bu torpaqların qədim tarixindən, o çağın məişət və yaşayış tərzindən söz açır.
     Tarix: Toponim XIX əsrdə yayı Kəlbəcərin Qaranlıq-Qatardaş yaylağında, qışda isə Mil düzündə keçirmiş xələc türk tayfasının çəmənli elatının adı ilə bağlıdı. Mənbəyə görə, yaşayış məntəqəsinin əsası xələc tayfasının çəmənli tirəsi tərəfindən qoyulmuş və həmin tayfanın adı ilə adlandırılmışdır. Araz Çəmənlisi də adlanırdı. Yerli məlumata görə, kəndi Ağdam bölgəsindəki Çəmənli kəndindən ayrılmış ailələr salmışdır. Ağdam rayonundakı Çəmənli kəndi dağətəyi düzənlikdədir. Keçmiş adı Qara Çəmənli olub yaşayış məntəqəsi xələc tayfasının çəmənli tirəsinin adını daşıyır. XIX əsrin ortalarında 59 ailədən ibarət olub, Mil-Qarabağ düzənlərində maldarlıqla məşğul olmuş çəmənlilərin sonralar oturaq həyata keçməsi nəticəsində Qara Çəmənli (Qara adlı el başçısına tabe olmuş çəmənlilər), Aşağı Çəmənli və Yuxarı Çəmənli kəndləri yaranmışdı. Digər mənbədə yaşayış məntəqəsinin əsasının 1918-ci ildə qoyulduğu və Qara Çəmənli kimi tanındığı göstərilmişdi. M.Avdeyevin məlumatına görə çəmənlilər XIX əsrin ortalarında Mil-Qarabağ düzlərində yarımköçəri həyat keçirən və 59 tüstüdən ibarət olan, bir icma olmuşdur. S.K.Alifin isə çəmənlilərin XIX əsrin 80-cı illərində 64 ailədən ibarət olduğunu və Cavad qəzasında yarımköçəri həyat keçirdiklərini göstərmişdir. Digər mənbədə çəmənlilərin 59 ailədən ibarət olmaqla, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olduqları, sonralar oturaq həyata keçdikləri və Qara Çəmənli, Yuxarı Çəmənli və Aşağı Çəmənli kəndlərinin əsasını qoyduqları göstərilmişdir. Həmin mənbədə Qara Çəmənli adını Qara adlı el başçısına tabe olmuş çəmənlilər kimi izah edirlər. Digər mənbədə isə Qara Çəmənli sözünün birinci komponentinin-“qara” sözünü qədim türk dillərində “böyük, uca , geniş” mənası verdiyi və “Böyük, geniş Çəmənli” kimi izah edir, eyni ərazidə Qara Çəmənli (Böyük Çəmənli), Yuxarı Çəmənli, Aşağı Çəmənli toponimlərinin olması ilə əsaslandırırlar. Azərbaycanda Çəmənli (Ağdam rayonu, Laçın rayonu), Aşağı və Yuxarı Çəmənli (Beyləqan rayonu) qeydə alınmışdır. Ağdam rayonundakı Çəmənlı kəndinin adı ilə bağlı müxtəlif məlumatlar vardır. Birinci fikrə görə, kəndin adı ərazidə bitki və heyvanlar aləminin zənginliyi ilə bağlıdır. Ikinci fikrə görə isə, İbrahim xan bu ərazini öz bacısı Çəmənə mülk kimi bağışlamış, kənd də onun adı ilə adlandırılmışdır. Çəmən xanımın qarabəniz olması, ona el arasında da “Qara Çəmən” deyilməsi, kəndin də “Qara Çəmənli” adlanmasına səbəb olmuşdur. Beyləqan rayonundan verilən məlumata görə, əhalinin xeyli hissəsi elat camaatı olmuş, XIX əsrin əvvəllərində oturaq həyata keçmiş və bu ərazidə məskunlaşmışlar. Kənd ağsaqqallarının söylədiklərinə görə, onların Ağdam rayonunun Çəmənlı kəndi və Qarakənd əhalisi ilə qohumluq əlaqələri var. Əhalinin digər qolu Ağdam rayonunun Mərzili kəndindən gəlmiş (1936), bir qolu isə indiki Ermənistan ərazisindən deportasiya olunmuşdur (1950). Kənd ərazisində: Araz çayı qobusu adlı məkan var. Kənddə məskun olmuş nəsillər: Piralılar, Hacıvəlilər, Məmmədqulular, Sarılar, Mərzililər, İrəvanlılar. Kollektivləşmə zamanı kənddə kolxoz qurulmuş (1932), ilk kolxoz “Budyonov” adlanmış, sonralar adı dəyişdirilərək “Araz” (1961), “Əlibala Şirinov” (1989) qoyulmuşdur. Böyük Vətən Müharibəsində kənddən 4 nəfər iştirak etmiş, 1 nəfər əlil olmuşdur. 3 nəfər veterandır. Qarabağ müharibəsində 50 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur. “Lenin” ordenli Məhəmməd Nüseynov, Cəfərova Səlvi İsmayıl qızı, Hüseynov Firdovsi Əliabba oğlu və Cəfər Çəmənli bu kəndin yetirmələridir.

   AŞIQALILAR – Beyləqan rayonunda kənd. Aşıqalılar kəndinin daxil olduğu eyniadlı inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 312 km məsafədə, rayon mərkəzindən 45 km aralı, Araz çayından 5 km şımalda, Xalac dəmiryol stansiyasının ətrafında, Horadiz-Bakı şose yolundan 1,5 km məsafədə, Mil düzündə yerləşmişdir. Şimaldan, şimal-şərqdən və şərqdən rayonun Əhmədli, cənub-qərbdən Aşağı Çəmənli, şimal-qərbdən Dünyamalılar kəndləri, cənubdan və cənub-şərqdən İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1595 ha-dır . Ondan dövlət mülkiyyətinə 152 ha, bələdiyyə mülkiyyətinə 551 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 34, perspektiv inkişaf fondu 23, örüş 61,8, ümumi istifadə olan mal-qara üçün örüş 600, suvarma kanalları və arxlar 81,2, kollektor-drenaj şəbəkəsi 74,8, İctimai tikinti 5,5, kənd altında ümumi istifadədə olan 166,8, yollar 10,4, məktəb 2,5, qəbiristanlıq 2, yararsız şoran torpaq 29 ha), xüsusi mülkiyyətdə 892 ha (o cümlədən özəlləşdirilən torpaqlar 848, həyətyani 44 ha) torpaq sahəsi var. Hər nəfərə 0,43 ha pay torpağı bölünmüşdür. Təsərrüfatlarının sayı 450, ailələrinin sayı 464, əhalisi 2073 nəfərdir (2009). Əhali heyvandarlıq və əkinçiliklə məşğuldur. Xalac kənd orta məktəbi, mədəniyyət evi, feldşer-mama məntəqəsi var. Tarixi abidələrdən qədim qəbiristanlıq, məscid (XX əsr) var. Xalac kənd orta məktəbinin qarşısında Qarabağ şəhidlərinə abidə qoyulmuşdur.
    Tarix. Aşıqalılar XIX əsrdə Mil düzündə yaşamış xələc tayfasının bir mislinin adıdır. Yaşayış məntəqəsi həmin nəslin adı ilə adlandırılmışdır. Yerli məlumata görə, Aşıq Alı tərəfindən salınmış kənd anlamındadır. Xalacların pireyvatlılar tirəsindəndir. Tarixi yerlərdən Araz yeri qobusu, Araz çayı, Sultanbud meşəsi göstərilə bilər. Məhəllələr bunlardır: Mürsəl, Əsgər, İbadulla, İrşad, Əliş, Əyribucaq, Balaşirin, Qafarlar, Aslanlar, Seyidlər, Zifitilər. Kollektivləşmə zamanı kolxoz yaradılmış (1929), “26 Bakı komissarı” (1929- 964), “XXI Partiya qurultayı” (1964-1990), “Beyləqan” (1990-1998) adlanmış, torpaq islahati ilə bağlı ləğv edilmişidir (1998). Böyük Vətən müharibəsində 42 nəfər iştirak etmiş, 18 nəfər həlak olmuş, 7 nəfər itkin düşmüşdür. 5 nəfər veteran vardir. Qarabağ müharibəsində 92 nəfər iştirak etmiş, 9 şəhid olmuş, 8 nəfər əlil olmuşdur. 75 nəfər veteran vardır. Seyid Sadiq və xeyriyyəçi İlham Qasımov bu kəndin yetirmələridir.

     BEYLƏQAN – Ağcabədi rayonunda kənd. Qarabağ düzündə yerləşir. Yerli məlumata görə, əhalisi vaxtılə Beyləqan şəhərindən köçüb gəlmişdir.

     BİRİNCİ AŞIQLI - Beyləqan rayonunda kənd. Birinci Aşıqlı inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 276 km məsafədə, rayon mərkəzindən 9 km şimal-şərqdə, Yuxarı Qarabağ kanalından aralı, Mil düzündədir. Şimaldan və şimal-şərqdən rayonun Şərq, şərqdən və cənub-şərqdən Əlinəzərli, cənubdan və cənub-qərbdən Şəfəq, qərbdən Təzəkənd, şimal-qərbdən İkinci Aşıqlı kəndləri ilə həmsərhəddir. Sahəsi 1436 ha-dır. Ondan dövlət mülkiyyətində 124 ha, bələdiyyə mülkiyyətində 322 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 30, perspektiv inkişaf fondu 5, suvarma kanalları və arxlar 53, kollektor-drenaj şəbəkəsi 141,6, ictimai tikinti 15, kənd altında ümumi istifadə olan 19,9, yollar 50, məktəb 6,5, qəbiristanlıq 1 ha), xüsusi mülkiyyətdə 990 ha (o cümlədən özəlləşdirilən torpaqlar 908, həyətyani 82 ha) torpaq sahəsi var. Hər nəfərə 0,58 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 339 ədəd, ailələrin sayı 339, əhalisi 2096 nəfərdir (2009). Kənddə 257 nəfər məcburi köçkün məskunlaşıb. Əhali heyvandarlıq və əkinçiliklə məşğuldur. Orta məktəb, kitabxana, uşaq bağçası, tibb məntəqəsi, rabitə şöbəsi, klub, iaşə obyektləri var. Tarixi abidələrdən torpaq örtüklü kurqanlar və Qalatəpə göstərilə bilər.
    Tarix. Kəndin adı Mil-Qarabağ düzlərində yaşamış Xələc tayfasının Aşıqlı tirəsinin adındandır. Birinci sözü onu eyniadlı digər kənd adlarından fərqləndirmək üçün əlavə edilmişdir. Yerli məlumata görə, əvvəllər köçəri həyat tərzi keçirmiş Aşıqlı camaatından olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır (1947). Toponim 2 mənada: 1)şən və xoş; 2)bu eldən olan insanların uzunboylu olması (aşıx-sümüyü uzun) kimi izah edilir. Tarixi yerlərdən Tağı təpəsi, Sarıtəpə, Qalatəpə göstərilə bilər. Məhəllələr bunlardır: Hacıqurbanlı, Almədətli, Papaxalılar, Həsənqulular, Gülmalılar, Nəbilər, Kürdməmmədalılar, Hüseynli, Məşədi İmanlı, Ovşarlar, Xalaclar. Nəsillər: Cəfərqulular, Həsənqulular, Nəbilər, Hacıqurbanlılar, Kürdahmualılar, Xalaclar, Ovşarlar.
   Böyük Vətən müharibəsində 82 nəfər iştirak etmiş, 54 nəfər həlak olmuş, 28 nəfər veteran vardır. Qarabağ müharibəsində 15 nəfər iştirak etmiş, 1 nəfər itkin düşmüş, 2 nəfər əlil olmuş. El arasında adı əfsanələşmiş Qaçaq Kazım, Seyid Fəttah, Seyid Səttar, Seyid Mirəhməd, Tahir Kərimli, Nazir Kərimov, Yunis Salahov bu kəndin yetirmələridir.

     BİRİNCİ ŞAHSEVƏN - Beyləqan rayonunda kənd. Birinci Şahsevən inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakı-Horadiz dəmiryolunda stansiya (Daşburun). Bakıdan 287 km məsafədə, rayon mərkəzindən 20 km cənubda, Araz çayından 3 km aralı yerləşir. Şimaldan rayonun Qəhrəmanlı, şimal-şərqdən və şərqdən İkinci Şahsevən, cənub-qərbdən Əmirzeyidli kəndləri, cənub-şərqdən İran İslam Respublikası, qərbdən Mil kəndi ilə həmsərhəddir. Sahəsi 2740 ha-dır. Ondan dövlət Mülkiyyətində 227 ha, bələdiyyə mülkiyyətində 958 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 44, perspektiv inkişaf fondu 32, örüş 136,7, Ümumi istifadə olan mal-qara üçün örüş 36, suvarma kanalları və arxlar 108,8, kollektor-drenaj şəbəkəsi 161,7, ictimai tikinti 87,9, kənd altında ümumi istifadə olan 168,7, yollar 98,8, məktəb 3,5, qəbiristanlıq 9,6, meyvə bağları 0,4, qamışlıq, bataqlıq, göl 15, yararsız şoran torpaq 54,8 ha), xüsusi mülkiyyətdə 15,55 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1410, həyətyanı 145 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,225 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 1475, ailələrin sayi 1391, əhalisi 79,67 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Daş-çınqıl karxanası, pambıq tədarükü və taxıl qəbulu məntəqəsi, 3 orta məktəb, 2 uşaq bağçası, 3 klub, 3 kitabxana, xəstəxana, 2 tibb məntəqəsi, rabitə şöğbəsi, mədəniyyət evi, xəstəxana, 2 asfalt zavodu, neftbaza, dəmiryol stansiyası, artezian quyularının istismar idarəsi, 185 iaşə ticarət məişət obyekti, iki şadlıq evi var.Seyid Xırda türbəsi bu kənddədir. Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyi yaradılmış, qəhrəmanın büstü və heykəli qoyulmuşdur.
     Tarix.Toponimin əsasını şahsevən komponenti təşkil edir. Toponimin əvvəlində birinci sözü eyniadlı yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə olunmuşdur. Mənbəyə görə, toponimin azərbaycanlıların etnoqrafik qrupu olan şahsevənlərin adı ilə əlaqədardır. Şahsevənlər Cənubi Azərbaycanın şimal-şərqində, Savalan dağı və Qarasu çayı arasındakı ərazidə, qismən də Şimalı Azərbaycanda məskunlaşmışlar. Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) Azərbaycanın güclü tayfa başçılarının mərkəzi hakimiyyətə tabe olmamaq cəhtlərinin qarşısını almaq və mərkəzi hakimiyyəti gücləndirmək mədsədilə bəzi tayfaları (əfsar, qaçar və b.) öz tərəfinə çəkərək “Şahsevənlər” adlı xüsusi şah qvardiyası yaratmışdı. Şahsevənlər qısa müddətdə 100000 ailədən ibarət əhali qrupuna çevrilmişdilər. Bəzi məlumatlara görə Şah Abbas qızılbaşların qüdrətini azaltmaq üçün özünə arxa yaratmaq məqsədilə bu ailələri Azərbaycanın şimalında yerləşdirmişdir. Şahsevənlərin özəyini Azərbaycanda yaşayan Əfşar, Qaçar, Cavanşir və b. döyüşkən tayfalar təşkil edirdilər. Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən şahsevənlər sonralar Azərbaycanın siyasi həyatında mühüm rol oynamışlar. Yerli məlumata görə, kənd 1930-cu ilin əvvəllərində Arazboyu ərazidən indiki ərazisinə köçürülmüşdür. Respublikada Şahsevən (Ağcabədi və Kürdəmir rayonları), Şahsevən Təzəkənd (Ağcabədi rayonu), Birinci və ikinci Şahsevən (Beyləqan rayonu) kəndləri qeydə alinmışdır. Tarixi yerlərdən, Araz çayı, Çilli qobu, Dəmirli qala, Qızıl Başoğlu talası, Əsgər təpəsi, Qoşa təpə, Canavar qaçan, Xanqızı arxı göstərilə bilər. Məhəllələr: Kərimli, İnallı, Sadıqlı, Əhmədli, Tağıbəyli, İsgəndərli, Hacıhəsənli, Vedilər, Qırılar, Bəylik. Nəsillər: Vəliqurbanlı, Həsrətlilər, Əhmədli, Sadıqlı, Qırılar, Hacıqulular, İnallı, Məmmədli, Qarahəsənli, Tağıbəyli, Bəylik, İsgəndərli, Hacihəsənli, Sadıq kişi ailəsi, Kərimli, Şettililərdir. Sovetləşməyə qədər Vəli bəy, Xanlar bəy, Məmiş bəy, Qüdrət bəy, Ağakişi bəy kəndin mülkədarlar təbəqəsini təmsil etmişlər. Kollektivləşmə zamanı kolxoz qurulmuş (1930), “Lenin”, “Stalin”, “Bakı” adlanmış islahatla bağlı ləğv edilmişdir (02.08.1996). Böyük Vətən müharibəsində 68 nəfər iştirak etmiş, 34 nəfər həlak olmuş, 10 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur. 20 nəfər veteran vardır. Qarabağ müharibəsində 71 nəfər iştirak etmiş, 5 nəfər şəhid olmuş, 2 nəfər itkin düşmüş, 12 nəfər əlil olmuşdur. 52 nəfər veteran var. Gəray Əsədov, Gülzar Abdullayeva. Şamxal Tağıyev, Vilayət Quluyev, Süleyman Əliyarlı, Qaçay Əliyarov, Məmməd Həsrətov, İltifat Əliyarov, Zülfüqar Şahsevənli, Mustafa Hacıyev, Tamara Əhmədova, Aydın Qasımov bu kəndin yetirmələridir.

     BÜNYADLI – Beyləqan rayonunda kənd. Bünyadlı və Gödəklər kəndlərinin daxil olduğu Bünyadlı inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 302 km məsafədə, rayon mərkəzindən 35 km məsafədə, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Sarısu, şimal-şərqdən Qaralılar, İmamverdilər, cənub-şərqdən Gödəklər, cənubdan Əhmədli, qərbdən Dünlamalılar, şimal-qərbdən Türklər kəndləri, ilə həmsərhəddir. Sahəsi 1740 ha-dır. Ondan dövlət mülkiyyətdə 68,2 ha, bələdiyyə mülkiyyətində 557,8 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 23, perspektiv inkişaf fondu 30, örüş 100, ümumi istifadə olan mal-qara üçün örüş 26,8, suvarma kanalları və arxlar 93,6, kollektor-drenaj şəbəkəsi 38,5, ictimai tikinti 10, kənd altında ümumi istifadə olan 69,2, yollar 29,1, məktəb 4, qəbiristanlıq 11,3, qobu 34,4, qamışlıq, bataqlıq, göl 6,2, yararsız şoran torpaq 81,7 ha). Xüsusi mülkiyyətdə 1114 ha, ( o cümlədən özəlləşdirilən torpaqlar 1052, həyətyani 62 ha) torpaq sahəsi var Hər nəfərə 0,63 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 475, ailələrin sayı 465, əhalisi 2252 nəfərdir (2009). Qəsəbədə məskunlaşmış məcburi köçkünlərin sayı 290 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, uşaq bağçası, mədəniyyət evi, klub, kitabxana, 4 bərbərxana, 200 nömrəlik ATS, 22 yerlik xəstəxana, rabitə şöbəsi var. Tarixi abidələrdən Saraytəpə yaşayış yeri göstərilə bilər. Seyid Aminə xatun türbəsi, Kərbəlayi Seyid ağa ziyarətgahı, Kərbəlayi Seyid ağa türbəsi var.
      Tarix. Yaşayış məntəqəsinin keçmiş adı molla Bünyadlı olmuşdur. Molla Bünyadlı keçmişdə Mil düzündə yaşamış eyvazlılar (yaxud əmiralılar) adlı bir elin türbəsinin adı olmuşdur. Toponim həmin tirənin adını özündə əks etdirir. Kəndin adı “Molla Bünyadın nəslindən olanlar, bünyadlılar” mənasındadır. Yerli məlumata görə, kəndin yaranma tarixi 1932-ci ilə təsadüf edir. Belə ki, heyvandarlıqla məşğul olan və köçəri həyat tərzi keçirən əhali kollektivləşmə ilə əlaqədar oturaq həyata keçmiş və beləliklə də, bu yaşayış məntəqəsi yaranmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsinin adı Molla Binnət adlı çox hörmətli bir şəxsin adı ilə bağlıdır. Tarixi yerlərdən Araz yeri, Qobu göstərilə bilər. Nəsillər: Molla Binnətli, Məmmədli, Ləzgilər, Qaradağlı, Qəfərlilər. Kollektivləşmə zamanı kolxoz qurulmuş (1932), “Yeni həyat”, “M.Əzizbəyov”, “Sovet Azərbaycanı” adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1997). Böyük Vətən müharibəsində 10 nəfər iştirak etmiş, 6 nəfər veteran vardır. Qarabağ müharibəsində 26 nəfər iştirak etmiş, 1 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 5 nəfər əlil olmuşdur. Əli Həsənov, Seyid Ağa, Seyid Amina xatun, Fətulla Əliyev bu kəndin yetirmələridir.

     DÜNYAMALILAR – Beyləqan rayonunda kənd. Dünyamalılar kəndinin daxil olduğu eyniadlı inzibati ərazi dairəsinin və bələdiyyənin mərkəzi. Bakıdan 294 km məsafədə, rayon mərkəzindən 27 km şərqdə Beyləqan-İmişli şose yolundan 7 km aralı, Mil düzündə yerləşmişdir. Şimaldan və şimal-şərqdən rayonun Şərq və Türklər, şərqdən Bünyadlı, cənub-şərqdən Əhmədli və Aşıqalılar kəndləri cənubdan və cənub-qərbdən Bahar qəsəbəsi, qərbdən Mayak, şimal-qərbdən Əlinəzərli kəndləri ilə həmsərhəddir. Sahəsi 5840 ha-dır. Ondan dövlət mülkiyyətində 150,2, bələdiyyə mülkiyyətində 1706,8 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 120, perspektiv inkişaf fondu 80, örüş 40, mal-qara üçün ümumi istifadə olan örüş 180, suvarma kanalları və arxlar 222, kollektor-drenaj şəbəkəsi 300, ictimai tikinti 38, kənd altında ümumi istifadə olan 255,7, yollar 119,5, məktəb 2,5, qəbiristanlıq 9,4 qamışlıq, bataqlıq, göl, 152,2, yararsız şoran torpaq 167,8, qaçqın düşərgəsi 19,7 ha) xüsusi mülkiyyətdə 3983 ha (o cümlədən özəlləşdirilən torpaqlar 3831, həyətyani 152 ha) torpaq sahəsidir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. 3 orta məktəb, uşaq bağçası və körpələr evi, klub, mədəniyyət evi, 3 kitabxana, 50 çarpayılıq xəstəxana, rabitə qovşağı, ATS, konserv zavodu, 2 süd emalı sexi, inkubator sexi var. Tarixi abidələrdən - Sultanbud yaşayış yeri, İkinci Sultanbud yaşayış yeri, məscid göstərilə bilər. Gəray Əsədovun heykəli var.
      Tarix: Yaşayış məntəqəsi Mil düzündə yaşamış xələc tayfasının dunyamalılar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Keçmişdə həm də Xələc adlandırılmışdır. Yerli məlumata görə, kəndin əhalisi kolxoz quruculuğu ilə əlaqədar olaraq Xalac yaşayış məntəqəsinin tərkibindən çixaraq bu ərazidə məskunlaşmışlar (1929). Həmin dövrə qədər bu ərazidə oturaq yaşayış olmamışdır. Əhalinin məşğuliyyəti heyvandarlıq olduğundan yayda yaylaqda, qışda isə yataqlarda obalar şəklində yaşamışlar. Əhalinin az bir hissəsi isə əkinçiliklə məşğul olmuşdur. Sovet dönəmində kolxoz quruculuğu zamanı əhalinin aranda olan hissəsini toplayaraq kolxoz qurulmuş və yaşayış məntəqəsinə tarixən bu ərazidə yaşamış Dünyamalı adlı el ağsaqqalının adı verilmişdir. Böyük Vətən müharibəsindən sonra ölkədəki iqitisadi çətilnliklə əlaqədar ətraf rayon və kəndlərdən gələn eləcə də Qərbi Azərbaycandan deportasiya olunan (1947-1953) əhali burada məskunlaşmışdır. Məhllələr və nəsillər: Qocalar, Fərzalılar, Nəsibli, Oruclu, Bəylik, Hüseynlilər, Bərraslar, Hacıqurbanlı, Buludlu, Əliqulular, Qaradağlı, Kürdlər, Muğanlı, Kolxoz qurulmuş, (1930), “Oktyabrın 13 illiyi”, “Gəray Əsədov” adlandırılmış, islahatla bağlı ləğv edilmişdir (1997). Böyük Vətən müharibəsində 200 nəfər iştirak etmiş, 98 nəfər həlak olmuş, 2 nəfər itkin düşmüşdür, 4 nəfər veteran vardır. Qarabağ müharibəsində 21 nəfər iştirak etmiş, 14 nəfər şəhid olmuş, 4 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur. Nəcəf bəy, Əlibala Şirinov, Maral Fərəcova, Hüseyn Pənahov, Əlabbas Vəliyev, Yavər Vəliyev, Əskinaz Usubova, Havvaxanım Rzayeva, Rəsul Hüseynov, Tamara Vəliyeva bu kəndin yetirmələridirlər.  

      EYVAZALILAR – Beyləqan rayonunda kənd. Eyvazalılar kəndinin daxil olduğu Eyvazalılar inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 281 km məsafədə, rayon mərkəzindən 14 km şimalda, Ağcabədi-İmişli şose yolundan və Yuxarı Qarabağ kanalından 6 km aralı, Mil düzündədir. Şimaldan və şimal-şərqdən Yuxarı Qarabağ kanalı, Ağcabədi-Bəhramtəpə şose yolu, şərqdən və cənub-şərqdən rayonun ikinci Aşıqlı, cənubdan və cənub-qərbdən Təzəkənd, qərbdən və şimal-qərbdən Tatalılar kəndləri ilə həmsərhəddir. Sahəsi 1584 ha-dır. Ondan dövlət mülkiyyətində 147 ha, bələdiyyə mülkiyyətində 284,4 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 26, perspektiv inkişaf fondu 15, örüş 25, suvarma kanalları və arxlar 54,5, kollektor-drenaj şəbəkəsi 122, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 74,6, yollar 47, məktəb 1,5, qəbiristanlıq 6,3, yararsız şoran torpaq 8, meydança 1,5 ha), xüsusi mülkiyyətdə 1052,6 ha (o cümlədən özəlləşdirilən torpaqlar 992,60, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpağlar özəlləşdirilmiş, hər nəfərə 0,48 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 562, ailələrin sayı 465, əhalisi 2446 nəfərdir (2009). Əhali pambıqçılıq, taxılçılıq, heyvandarlıqla məşğuldur. Eyvazlılar kənd ərazi nümayəndəliyi, kənd bələdiyyəsi, orta məktəb, uşaq bağçasıŞ kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, klub, Sudan istifadəedənlər Assosiasiyası, ATS var. Tarixi abidələr - Çataltəpə, Şərəf təpəsi, Qaratəpə göstərilə bilər.
       Tarix: Yaşayış məntəqəsinin adi və tarixi ilə bağlı mənbələrdə müxtəlif məlumatlar vardır. Mənbəyə görə toponim təklə tayfasının eyvazlı tirəsinin adı ilə bağlıdır. Təklələr əvvəl oğuz tayfa ittifaqına, sonralar isə şahsevənlərin tərkibinə (eyvazlı tirəsi də) daxil idi. Kəndin adını qızılbaşların təkəli tayfası ilə də bağlayırlar. Türkdilli tayfa birləşməsi olan təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil idi və orta Asiyada, bir qismi Azərbaycanda və Anadoluda köçəri halda yaşayırdılar. Bu torpaqlarda yaşayanlar sonralar tayfa başçısı Qazı xanın başçılığı ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul etdilər. İndiki Salyan və Mahmudabad ərazisində məskunlaşdılar (XVI əsr) VI əsrin sonlarında əsasən türkdilli tayfaların (təklə, qədirli, ilxıçı, bəydili, qaradağlı, əhmədli və s.) birliyi yaradıldı və birliyə Şahsevənlər adı verildi. Təklə tayfasi da həmin birliyə daxil idi. XIX əsrin əvvəllərində Mil-Qarabağ düzündə yaşayan təklələr 14 tirədən və müxtəlif nəsillərdən ibarət idi: aşıqlı, əlipənahlılar, avdallar, əliqulular, budaqlar, bulutlu, talıbxanlı, boşcalar hacılı, evdələr, xəlfəqulular. Ağamalılar, muradxanlı, murtulu.
      XIX əsrin sonlarına yaxın isə Azərbaycanda yaşayan təklələr aşağıdakı hissələrə bölündü: I Təklə, II Təklə, III Təklə, Təklə-Mirzəbabalı, Təklə-sofu, Təklə-şatulu, Təklə-abdulla, Təkl-xal, Təklə-axşaqlar, Təklə-ağamollalar, eyvazlılar (yaxud əmiralılar), boşcalar, talıbxanlı, budaqlı, ağamalılar, murtulu, əlipənahlı, abdallar, sarxanlı, bulutlu, hacılı, bozcalar, xəlfəqulular, aşıqlı.
Kəndin əsasında məhz şahsevənlərin təklə tayfasının evvazlı tirəsi dayanır. Kəndin adı əvəllər Əmiralılar da olmuşdur. Ölkə ərazisində Eyvazlılar (Goranboy rayonu), Eyvazlı (Ağdaş və Qubadlı rayonları), Eyvazlılar (Beyləqan rayonu) kəndləri qeydə alınmışdır. Yerli məlumata görə, kəndin adı Eyvazlı adlı şəxslə bağlıdır. Tarixi yerlərdən Pir yulğunu, Şərəf təpəsi, Göytəpə, Vinikir arxı, Gavur arx, Daşqey arxı, Qaratəpə, Çataltəpə, Hacı Heydər quyusu. Kərbalayi Oruc quyusu göstərilə bilər. Nəsillər: Azadlı, Bircəməmmədli, Şamarlı, Muradlı, Fərzalıar, Məmmədli, Sarılar, Mürsəllər, Qaradağlı, Hacıqaralar, Hasanlı, Quluşdu, Avşar.Kolxoz qurulmuş (1935), “Z.hacıyev” adlandırılmış, islahatla bağlı ləğv edilmişdir (1997). Böyük Vətən müharibəsində 67 nəfər iştirak etmiş, 55 nəfər həlak olmuş, 4 nəfər əlil olmuşdur. Qarabağ müharibəsində 78 nəfər iştirak etmiş, 9 nəfər şəhid olmuş, 5 nəfər əlil olmuşdur.     

     ƏHMƏDLİ – Beyləqan rayonunda kənd. Əhmədli kəndinin daxil olduğu Əhmədli inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 301 km məsafədə, rayon mərkəzindən 34 km cənub-şərqdə, Bakı-Horadiz dəmiryolunun üstündə, Mil düzündədir. Şimaldan rayonun Bünyadlı, şimal-şərqdən Gödəklər, şərqdən və cənub-şərqdən İmişli rayonun Qaragüvəndikli kəndi, cənubdan və cənub-qərbdən İran İsam Respublikası, qərbdən və şimal-qərbdən Aşıqalılar kəndi həmsərhəddir. Sahəsi 1663 ha-dır. Ondan dövlət mülkiyyətində 42 ha, bələdiyyə mülkiyyətində 561 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 28, perspektiv inkişaf fondu 25, mal-qara üçün ümumi istifadə olan örüş 28, suvarma kanalları və arxlar 83, kollektor-drenaj şəbəkəsi 92,7, ictimai tikinti 11,6, kənd altında ümumi istifadə olan 144,8, yollar 5, məktəb 2, qəbiristanlıq 4,5 qamışlıq, bataqlıq, göl, 108, qaçqın düşərgəsi 28,4 ha) xüsusi mülkiyyətdə 1060 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1007, həyətyani 53 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,74 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 285, ailələrin sayı 285, əhalisi 1535 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. ərazidə Xalac orta məktəbi, Əhmədli əsas məktəbi, Xalac tibb məntəqəsi, Əhmədli mədəniyyət evi, Xalac stansiyası, xitabxana, Xalac poçt şöbəsi, Sudan İStifadəedənlər Birliyi var.
       Tarix. Yaşayış məntəqəsini şahsevənlərin əhmədli tirəsinə mənsub ailələr bina etmişdir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsası Araz çayı ətrafında yaşayan qədim türk tayfaları tərəfindən qoyulmuş, yaşayış məntəqəsi tayfa başçısının adı ilə adlandırılmışdır. Əvvəllər köçəri həyat tərzi sürmüş bu tayfa dəmir yolunun çəkilişi ilə əlaqədar bu ərazidə daimi məskunlaşmışdır. Respublikada eyni adlı 7 yaşayış məntəqəsi qeydə alınmışdı. Tarixi yerlərdən Daşeşilən, Duzlu su, Bəy evi, nəsillərdən İranlılar, Ləzgilər, İmamverdililər, İrəvanlılar var. Kollektivləşmə zamanı kolxoz qurulmuş (1940), “26 Bakı komissarı”, “Qızıl əsgər”, “Partiyanın XXI qurultayı” adlanmış islahatla bağlı ləğv edilmişdir (1998). Böyük Vətən müharibəsində 36 nəfər iştirak etmiş, 15 nəfər həlak olmuş, 6 nəfər veteran vardır. Qarabağ müharibəsində 28 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 8 nəfər əlil olmuşdur. Qaratel Novruzova, Əbdül Şirinov, Zöhrə Orucova, Güllü Cabbarova, Abdulla Ələsgərov, Yusif Cavadov, Ağamirzə Cəfərov, Müzəffər Əliyev, Fərman Hüseynov bu kəndin yetirmələridir.  

     ƏLİNƏZƏRLİ - Beyləqan rayonunda kənd. Əlinəzərli kəndinin daxil olduğu Əlinəzərli inzibati ərazi dairəsinin eyniadlı bələdiyyənin mərkəzi, Bakıdan 277 km məsafədə, rayon mərkəzindən 10 km şərqdə, Daşburun dəmiryol stansiyasından 38 km, Beyləqan-İmişli şose yolundan 7 km aralı, Mil düzündədir. Şimaldan və şimal-şərqdən rayonun orta Əlinəzərli, şərqdən və cənub-şərqdən Dünyamalılar, cənubdan Mayak, cənub-qərbdən Şəfəq, qərbdən və şimal-qərbdən Birinci Aşıqlı kəndləri ilə həmsərhəddir. Sahəsi 1434 ha-dır. Ondan dövlət mülkiyyətində 144 ha, bələdiyyə mülkiyyətində 402 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 32, perspektiv inkişaf fondu 19, örüş 40,8, suvarma kanalları və arxlar 57,6, kollektor-drenaj şəbəkəsi 157,6, ictimai tikinti 11.8, kənd altında ümumi istifadə olan 55,8, yollar 22,7, məktəb 4,7 ha) xüsusi mülkiyyətdə 888 ha (o cümlədən özəlləşdirilən torpaqlar 806, həyətyani 82 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə hər nəfərə 0,33 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 420, ailələrin sayı 662, əhalisi 1616 nəfərdir (2009). 279 nəfər məcburi köçkün məskunlaşıb. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. R. Nəsirov Adına orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, uşaq bağçası, 25 çarpayılıq xəstəxana, rabitə şöbəsi var.Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə ucaldılmışdır. Qədim Əliyevin büstü , Rizvan Nəsirovun büstü qoyulmuşdur.
       Tarix. Kənd əlinəzərli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Əli Nəzərin nəslindən olanlar, əlinəzərlilər” mənasını bildirir. Yerli məlumata görə, kəndin əsası XVIII əsrin ikinci yarısında qoyulmuşdur. Belə ki, kənd əhalisinin əsasını təşkil edən elat tayfaları şimali Azərbaycanın qərb bölgəsindən köçməyə məcbur olmuş və indiki ərazidə məskunlaşmışlar. Yaşayış məntəqəsinin adı onun əsasını qoymuş şəxsin adı ilə bağlıdır. Tarixi yerlərdən Fətəlioğlu, küdrüsü göstərilə bilər. Meşə zolağı var. Nəsillər: Əlinəzərlilər, Danalılar, Papaqçallar, Aşurlar, Məmmədalılar. Kolxoz qurulmuş (1937) “Sosializm” (1937-1991) və “Alı Mustafayev” (1991-1997) adlandırılmış islahatla bağlı ləğv edilmişdir (01.11.1997). Böyük Vətən müharibəsində 19 nəfər iştirak etmiş, 9 nəfər həlak olmuş, 10 nəfər veteran vardır. Qarabağ müharibəsində 38 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur. Əli Əliyev, Elman Sülyemanov, Tofiq Dəmirov, Əhəd Sülyemanov, Qalina Feziyeva, Hidayət Ağalarov bu kəndin yetirmələridir.   

      ƏMİRZEYİDLİ – Beyləqan rayonunda kənd. Əmirzeyidli kəndinin daxil olduğu eyni adlı inzibati ərazi dairəsinin və bələdiyyənin mərkəzi. Bakıdan 293 km məsafədə, rayon mərkəzindən 26 km cənub qərbdə, Mil düzündə yerləşmişdir. Şimaldan, şimal-şərqdən və şərqdən rayonun Birinci Şahsevən kəndi, cənub-şərqdən və cənubdan İran İslam Respublikası, cənub-qərbdən Fizuli rayonun Araz, qərbdən Zərgər kəndləri ilə həmsərhəddir. Sahəsi 798 ha. Ondan dövlət mülkiyyətində 87,5 ha, bələdiyyə mülkiyyətində 366,5 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 22, perspektiv inkişaf fondu 11, örüş 27, mal-qara üçün istifadə olunan örüş 25, suvarma kanalları və arxlar 57, kollektor-drenaj şəbəkəsi 72, ictimai tikinti 9,7, kənd altında ümumi istifadə olan 83,5, yollar 18,3, məktəb 2, qəbiristanlıq 2,5, meyvə bağı 2, qamışlıq, bataqlıq, göl 34,5 ha), xüsusi mülkiyyətdə 344 ha (o cümlədən özəlləşdirilən torpaqlar 330 həyətyani 14 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,41 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 222, ailələrin sayı 169, əhalisi 962 nəfərdir (2009). Ərazidə 52 nəfər məcburi köçkün məskunlaşmışdır. Əhali heyvandarlıqla və əkinçiliklə məşğuldur. Orta məktəb, uşaq bağçası, feldşer-mama məntəqəsi, klub, poçt, kitabxana, ATS, 8 ictimai-iaşə obyekti, kənd İcra nümayəndəliyi, kənd bələdiyyəsi var.
     Tarix. Yaşayış məntəqəsinin əsil adı Əmirseyidlidir. Toponim. Kəndin əsasını qoymuş əmirseyidli nəslinin adı ilə bağlanır. Kəndin əhalisi köçəri həyat tərzi keçirmiş, sovet hakimiyyəti illərində oturaq həyata keçmişdir.     Tarixi yerlərdən Yağlıvənd dərəsi. Məhəllələrdən: Həsənqulular, Xanxanımlar, Təzə məhəllə var. Nəsillər bunlardır: Xanxanımlar, Maştarlılar, Bayramlılar, Hacı Alılar, Əzməmmədlilər. Kollektivləşmə zamanı kolxoz qurulmuş (1939) “Bünyad Sərdarov”, “Bakı”, “Nərimanov” adlanmış, islahatla bağlı ləğv edilmişdir (1996). Böyük vətən müharibəsində 18 nəfər iştirak etmiş, 5 nəfər həlak olmuş, 2 nəfər itkin düşmüşdür. 10 nəfər veteran vardır. Qarabağ müharibəsində 37 nəfər iştirak etmiş, 2 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 1 nəfər əlil olmuşdur.

    GÖDƏKLƏR- Beyləqan rayonunda kənd. Bünyadlı inzibati ərazi dairəsinə daxil olan eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 312 km, rayon mərkəzindən 45 km məsafədə, Mil düzündə yerləşmişdir. Şimaldan, şimal-qərbdən, cənub-qərbdən və qərbdən rayonun Bünyadlı, şimal şərqdən Qaralılar, İmamverdilər, şərqdən və cənub-şərqdən İmişli rayonu, cənubdan Əhmədli, Bünyadlı kəndləri ilə həmsərhəddir. Sahəsi 790 ha. Ondan dövlət mülkiyyətində 50 ha, bələdiyyə mülkiyyətində 247 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 16, perspektiv inkişaf fondu 5, örüş 14, mal-qara üçün istifadə olunan örüş 35, suvarma kanalları və arxlar 36, kollektor-drenaj şəbəkəsi 63,4, ictimai tikinti 5, kənd altında ümumi istifadə olan 13,7, yollar 1,4 məktəb 1, qəbiristanlıq 5, yararsız şoran torpaq 36,5, qaçqın düşərgəsi 15 ha) xüsusi mülkiyyətdə 493 ha (o cümlədən özəlləşdirilən torpaqlar 478, həyətyani 15 ha) torpaq sahəsi var. Hər nəfərə 0,91 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 112, ailələrin sayı 108, əhalisi 582 nəfərdir (2009). Məcburi köçkünlərin sayı 175 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. R.Əliyev adına orta məktəb, feldşer-mama məntəqəsi, kitabxana, ictimai-iaşə obyektləri var. Tarixi abidələrin qədim yaşayış yeri olan Saraytəpə göstərilə bilər.
      Tarix. Yaşayış məntəqəsi Xələc tayfasının gödəkli tirəsinin kəlbalılar və nəzərli nəsillərinin onlara məxsus qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Onlar əvvəllər yayı Bazarçay sahilindəki Güney adlı yerdə, qışı isə Mil düzündə keçirirdilər. Yerli məlumata görə kənd əhalisi köçəri həyat keçirmiş, sovet hakimiyyəti illərində oturaq həyata keçmiş, kəndin indiki ərazisində məskunlaşmışlar (1924). Ağdam rayonunda eyniadlı dağ var. Papravənd kəndinin cənub-qərbində yerləşir. Dağın boyu qısa olduğuna “Gödəkdağ” adlandırılır. Qubadlı rayonunda da eyniadlı kənd mövcuddur. Kənddə 7 məhəllə var. Nəsillər bunlardır: Gödəklər, Bəylik, Nazarlı, Abbaslı, Azamanlı, Kalvalılar. Kollektivləşmə zamanı kolxoz qurulmuş (1932), “Şəfəq”, “Əzizbəyov”, “Sovet Azərbaycanı”, “Natəvan” adlanmış, islahatla bağlı ləğv edilmişdir (1997).Böyük Vətən müharibəsində 35 iştirak etmiş, 12 nəfər həlak olmuş, 10 nəfər itkin düşmüşdür. 7 nəfər veteran vardır. Qarabağ müharibəsində 17 iştirak etmiş, 1 nəfər şəhid olmuş, 2 nəfər itkin düşmüşdür.

     XALAC - Beyləqan rayonu ərazisində mövcud olmuş kənd. Yaşayış məntəqəsinin adı xalac (xələc) tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, xələclər Oğuzun 24 boyundan biri olmaqla Səlcuqların Yaxın və Orta Şərq üzərində hegemonluğunun bərqərar olmasında (XI-XII əsrlər) iştirak etmişlər. Xələclərin bir hissəsi indi də İran və Türkmənistan ərazisində yaşayır. XIX əsrdə xələclər Cavad qəzasında maldarlıqla məşğul idilər. Ölkəmizdə Xələc adlı 6 kənd qeydə alınmışdır.

      İKİNCİ AŞIQLI - Beyləqan rayonunda kənd. İkinci Aşıqlı kəndinin daxil olduğu eyniadlı inzibati ərazi dairəsinin və bələdiyyənin mərkəzi. Bakıdan 280 km məsafədə, rayon mərkəzindən 13 km şimalda, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Eyvazalılar, cənub-şərqdən və cənubdan Birinci Aşıqlı, cənub-qərbdən Təzəkənd, qərbdən Tatalılar kəndləri ilə həmsərhəddir. Sahəsi 1955 ha. Ondan dövlət mülkiyyətində 45 ha, bələdiyyə mülkiyyətində 686 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 64, perspektiv inkişaf fondu 11, mal-qara üçün ümumi istifadədə olan örüş 34 , suvarma kanalları və arxlar 126,3, kollektor-drenaj şəbəkəsi 235,8, ictimai tikinti 37,3, kənd altında ümumi istifadə olan 75,7, yollar 80,4, məktəb 2,5, qəbiristanlıq 8, yararsız şoran torpaq 10, meydança 1 ha), xüsusi mülkiyyətdə 1224 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1176, həyətyani 48 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,83 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 374, ailələrin sayı 270, əhalisi 1575 nəfərdir (2009). 201 nəfər müvəqqəti köçkün var. Əhali heyvandarlıq və əkinçiliklə məşğuldur. 1 orta və 1 səkkizlik məktəb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama məntəqəsi, rabitə şöbəsi, telekommunikasiya qovşağı var. Tarixi-arxeoloji abidə olan Sarıtəpə bu kəndin ərazisində yerləşir. İlqar Qurbanovun büstü qoyulmuşdur.
     Tarix. Yaşayış məntəqəsi Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim Şahsevənlərin Aşıqlı tirəsinin adını əks etdirir. Tarixi yerlərdən Seyid Vahid ağa ocağı göstərilə bilər. Məhəllələr: Çıraqlı, Qurbanlı, Qıyıstanlı, Hüseynli, Məşədiimanlı, Nəbilər, Bayramalılar, Mirzəalılar, Dumanlı, Məmişli, Dəmirlilər. Kənddə vaxtilə “Qələbə” kolxozu yaradılmış, aparılan torpaq islahatı ilə bağlı ləğv edilmişdir. (1997). Böyük Vətən müharibəsində 23 nəfər iştirak etmiş, 14 nəfər həlak olmuş, 5 nəfər itkin düşümüşdür, 2 nəfər veteran vardır. Qarabağ müharibəsində 29 nəfər iştirak etmiş, 1 nəfər şəhid olmuş, 2 nəfər əlil olmuşdur. 26 nəfər veteran vardır. Babaş Çıraqov, Bəhlul Çıraqov, Əzim Nəbiyev, Ədalət Cümşüdoğlu, Babakişi Kərimov bu kəndin yetirmələridir.

      İKİNCİ ŞAHSEVƏN - Beyləqan rayonunda kənd. İkinci Şahsevən kəndinin daxil olduğu İkinci Şahsevən inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 295 km məsafədə, rayon mərkəzindən 28 km cənub-şərqdə, Araz çayından 5 km aralı, Bakı-Horadiz dəmiryolunun üstündə, düzənlikdədir. Şimaldan rayonun Dünyamalılar, şimal-şərqdən Qaradağlı kəndi, cənubdan və cənub-qərbdən İran İslam Respublikası, qərbdən və şimal –qərbdən Birinci Şahsevən kəndi ilə həmsərhəddir. Sahəsi 2112 ha. Ondan dövlət mülkiyyətində 119 ha, bələdiyyə mülkiyyətində 539 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 52, perspektiv inkişaf fondu 20, örüş 101 , suvarma kanalları və arxlar 112,42, kollektor-drenaj şəbəkəsi 97,9, ictimai tikinti 9, kənd altında ümumi istifadə olan 52,63, yollar 31,0, məktəb 2,8, qəbiristanlıq 3,5, meşə zolağı 15,49, qamışlıq, bataqlıq, göl 2,49, yararsız şoran torpaq 38,77, ha) xüsusi mülkiyyətdə 1154 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1361, həyətyani 93) torpaq sahəsi var. Hər nəfərə 0,53 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 629, ailələrin sayı 679, əhalisi 2868 nəfərdir (2009). Kənddə 406 nəfər məcburi köçkün yaşayır. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Dayandur Əliyev adına İkinci Şahsevən kənd orta məktəbi, kitabxana, mədəniyyət evi, uşaq bağçası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS, SİB, 18 ticarət obyekti, ictimai iaşə obyektləri, “Billur” MMC, üzlük daş istehsalı sexi, süd qəbulu və emalı sexi var. Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. Seyid Manaf ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Həzi Aslanovun büstü var.
      Tarix. Toponim şahsevən tayfasının adı ilə bağlıdır. Toponimin əvvəlinə ikinci söz onun eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə olunmuşdur. Yerli məlumata görə, kəndin tarixi ilə bağlı bir çox rəvayətlər var. Onlardan birinə görə bu yerlər axar-baxarlı, ceyranlı-cüyürlü, ovçuluq üçün münasib yer olmuşdur. Ona görə də şahın ov yeri, seyrəngah yeri olmuşdur. “Şahsevən” sözü də buradan yaranmış, Şahın sevdiyi və ya şah sevən yer, məkan mənasını daşıyır. Kəndin əhalisi elat həyatı yaşamış, yayda yaylağa qalxmış, qışda geri qayıtmışlar. Yerli məlumata görə, kəndin təşəkkül tarixi 1800-1810-cu illərə təsadüf edir. Oturaq həyata keçdikdən sonra əhali əkinçilik və heyvandarlıqla məşğul olmağa başlamışdır. Kəndin torpaqları hesabına “artel”, sonralar isə “Voroşilov” kolxozu (1930) təşkil olunmuş, illər keçmiş, kənd böyümüş, inkişaf etmiş, əhali artmışdır. Ona görə də kəndi iki yerə ayrılaraq Birinci və İkinci Şahsevən kəndi kimi adlandırılmışdır. Hər iki kənd bir dairədə- Şahsevən kənd inzibati ərazi dairəsində birləşir (1932), mərkəz birinci Şahsevən kəndində yerləşir. Əvvəllər Şahsevən kəndi inzibati ərazi bölgüsünə əsasən bir neçə kəndlə birlikdə Karyagin (indiki Füzuli) rayonunun tərkibində olmuş, Jdanov (İndiki Beyləqan) rayonu yaradıldıqda hər iki kənd Jdanov rayonunun tabeliyinə verilmişdir (1939). Bir müddət sonra kolxozun adı dəyişdirilmiş ”Karl Marks” adlandırılmış (1957), qonşu “Bakı” kolxozu ilə birləşdirilmiş (1962), yenidən ayrılmış (1964) və kolxoza Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilmişdir. Sonralar İkinci Şahsevən kəndini əhatə edən eyniadlı kənd inzibati ərazi vahidi yaradılmışdır (1971). Tarixi yerlərdən Seyid Manaf ağa ocağı, məhəllələrdən Çallar, Çovğunlu, Keçəlli, Korlar, nəsillərindən Abdulhüseynli, Şirəlilər, Qaryağdılar, Nuruşbəyli, Qızılbaşoğlu, Alılar, Quruşdular, Allahverdilər var. Böyük Vətən müharibəsində 75 nəfər iştirak, 35 nəfər həlak olmuş, 30 nəfər itkin düşmüşdür. 1 nəfər veteran vardır. Qarabağ müharibəsində 26 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur. Kamran bəy, Cahangir bəy, Nuruş bəy, Mahmud Fətiyev, Rəvan Babayev, Gülyaz Məmmədova, Mərziyyə Nəcəfova, Mülayim Həsənova, Nizami Bayramov, Rəsul Məmmədov bu kəndin yetirmələridir.     

        İMAMVERDİLƏR – Beyləqan rayonunda kənd. İmamverdili kəndinin daxil olduğu İmamverdili inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 308 km məsafədə, rayon mərkəzindən 38 km şimal-şərqdə, Mil düzündə yerləşimişdir. Şimaldan, şimal-şərqdən, şərqdən və cənub-şərqdən İmişli rayonu, cənub-qərbdən və qərbdən Gödəklər, qərbdən Qaralılar kəndləri ilə həmsərhəddir. Sahəsi 973 ha. Ondan dövlət mülkiyyətində 45 ha, bələdiyyə mülkiyyətində 313 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 29, perspektiv inkişaf fondu 25, örüş 14,5, mal-qara üçün ümumi istifadə olan örüş 66, suvarma kanalları və arxlar 33,1, kollektor-drenaj şəbəkəsi 15,4, ictimai tikinti 10, kənd altında ümumi istifadə olan 112, yollar 12,5, məktəb 2,5, qəbiristanlıq 2 ha) xüsusi mülkiyyətdə 615 ha (o cümlədən özəlləşdirilən torpaqlar 580, həyətyani 35 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,53 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 225, ailələrin sayı 224, əhalisi 1204 nəfərdir (2009). 130 nəfər məcburi köçkün var. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, feldşer-mama məntəqəsi, poçt şöbəsi, klub, kitabxana, SİB, ATS, var. Tarixi abidələrdən Qaratəpə qədim yaşayış yeri göstərilə bilər.
      Tarix. İki kənddən ibarətdir. Birinci və İkinci İmamverdilər yaşayış məntəqələri İmamverdili nəsli saldığı üçün belə adlandırılır. Yerli məlumata görə yaşayış məntəqəsinin əsası xanlığından gəlmiş ailələr tərəfindən qoyulmuş, kənd nəslin ağsaqqalı İmamverdi adı ilə adlandırılmışdır. Nəsillərdən Məşədiəhmədli, Babalı, Şamarlı, Tatalılar, Ağamalılar, İsmayıllı nəsilləri var. Kolxoz yaradılmış (1937), “Qizil əsgər” adlanmış, islahatla bağlı ləğv edilmişdir (1997).Böyük Vətən müharibəsində 17 nəfər iştirak etmiş, 5 nəfər həlak olmuş, 5 nəfər itkin düşmüş, 6 nəfər veteran vardır. Qarabağ müharibəsində 11 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur. Sədətxan İmanov , Qaçay Əliyev bu kəndin yetirmələridir.

      KƏBİRLİ – rayonunda kənd. Kəbirli və Xaçınabad kəndlərinin daxil olduğu Kəbirli inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 285 km məsafədə, rayon mərkəzindən 18 km şimal-qərbdə, Mil düzündədir. Şimal rayonun Baharabad şimal-şərqdən Təzəkənd, cənubdan və cənub-qərbdən Haramı düzü, qərbdən Günəş, şimal-qərbdən Örənqala kəndləri ilə həmsərhəddir. Sahəsi 3515 ha. Ondan dövlət mülkiyyətində 76,5 ha, bələdiyyə mülkiyyətində 776,3 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 88, perspektiv inkişaf fondu 53, örüş 25,8, mal-qara üçün ümumi istifadədə olan örüş 103, suvarma kanalları və arxlar 134,6, kollektor-drenaj şəbəkəsi 173,1, ictimai tikinti 42,2, kənd altında ümumi istifadə olan 50, yollar 74,1, məktəb 7, qəbiristanlıq 13, meşə zolağı 1,5, qobu 9, qamışlıq, bataqlıq, göl 2 ha) xüsusi mülkiyyətdə 2662,2 ha (o cümlədən özəlləşdirilən torpaqlar 2477, həyətyani 185,2 ha) torpaq sahəsi var. Hər nəfərə 0,66 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 1070, ailələrin sayı 882, əhalisi 4359 nəfərdir (2009). Əhali pambıqçılıq, taxılçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. 2 orta məktəb, mədəniyyət evi, 2 kitabxana, tibb məntəqəsi, poçt, ATS, süd emalı sexi, 2 un dəyirmanı, 20 ticarət və ictimai-iaşə obyekti var. Tarixi abidələrdən qədim Beyləqan şəhərinin qalığı olan Örənqala xarabalığı və Hacı Seyid Əli Ağa məscidi göstərilə bilər.
      Tarix. Toponim türkdilli qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Xəzərlərin eranın əvvəllərindən bəri Albaniya “Qafqaz” ilə əlaqələri və erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələrinin köçürülməsi məlumdur. Kəbirlilər Azərbaycanda, xüsusilə Qarabağ zonasında qədimdən məskundur. Xanlıqlar dövrundə Kəbirli mahalı da mövcud idi. Kəbərri (Cavad qəzası) və Gendə-Kəbərri (yəni Aralı Kəbərri; Ərəş qəzası) yaşayış məntəqələri, Kəbərli hidronimi (Cavanşir qəzasi) də kəbirli etnonimi ilə əlaqədadır. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy kəbirlilərin Qarabağın qədim tayfalarından biri hesab edir. XIX əsrin sonlarında kəbirlilər 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət idi. Yerli məlumata görə, Kəbirli kəndinin əsası da Kəbirli tayfası tərəfindən qoyulmuşdur. Kənd Ağcabədi rayonunun Kəbirli kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmış (1938), Voroşilov adlandırılmışdır. Sonralar kəndin adı dəyişdirilərək Kəbirli adlanmışdır (1957). Tarıxı yerlərdən Seyid Əli Ağa ziyarətgahı var. Qarabağ müharibəsində 25 nəfər iştirak etmişdir, 9 nəfər şəhid olmuş, 7 nəfər əlil olmuşdur, 15 nəfər veteran var. İbrahim Kəbirli, Zümrüd, bu kəndin yetirmələridir.

    

Yuxarı