Beyləqanlı məşhur insanlar 2

  Elm xadimləri: Əsgər Abdullayev, Tahir Ağayev, Əbiş Allahverdiyev, Vagif Allahverdiyev, Rəvan Babayev, Kənan Bəşirov, Asif Cavadov, Hidayət Cəfərov, Sədi Cəfərov, İltifat Əliyarlı, Süleyman Əliyarlı, Dursun Əliyeva, Məhərrəm Əliyev, Ələmdar Fərzəliyev, Mahmud Fətiyev, Səməd Hacıyev, Əli Həsənov, Hacı Həsənov, Vasif Həziyev, Eldar Hüseynov, Rasim İsmayılov, Tahir Kərimli, Akif Kərimov, Badakişi Kərimov, Nazir Kərimov, Alış Qasımov, Kərəm Quliyev, Vilayət Quliyev, Xalidə Quliyeva, Afilə Qurbanova, Gilas Qurbanova, Atamoğlan Məmmədli, Natiq Məmmədli, Əyyub Məmmədov, Kamil Məmmədov, Vagif Mirzəyev, Nizami Muradov, Araz Orucov, Hüseyn Orucov, Elnur Sadıqov, Yunis Salahov, Nizami Seyidəliyev, Elman Süleymanov, Şamxal Tağıyev, Qara Tağızadə, Tamilla Abbasxanlı, Yavər Vəliyev, Elmira Zeynalova və b. 

     ABDULLAYEV ƏSGƏR İBRAHİM OĞLU (15.08.1928, Ağcabədi rayonu, Kəbirli ­kəndi) – Tarix elmləri namizədi, professor. BDU–nun tarix fakultəsini bitirmişdir (1951). Ağdam Kənd Təsərrüfatı Texnikumnda müəllim (1951-1954), AMEA Tarix İnstitutunda elmi işçi (1955-1957), DİN-in xüsusi orta məktəbində baş müəllim və əməliyyat müvəkkili (1957-1961) olmuş, BDU-nun aspiranturasında təhsil almiş (1961-1964), Azərbaycan Dövlət tarix Muzeyində elmi işçi (1964-1966), ADİU- baş müəllim və dosent (1966-1990) işləmişdir. Azərbaycan Dövlət Universitetində professordur (1990). 30-a qədər elmi məqalənin və 5 kitabın müəlliifidir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “Erməni təcavüzü: acı faktlar, fəlakətli nəticələr” əsəri ingilis dilinə tərcümə edilmilmiş və avropa Şurasında yayılmışdır (2003).

    AĞAYEV TAHİR BAYRAM OĞLU (18.10.1956. Beyləqan şəhəri) – fəlsəfə elmləri namizədi (25.05.1988), sosiologiya üzrə dosent (28.06.2006), ehtiyatda olan polkovnik-leytenant. BDU-nun tarix (1980) və hüquq fakultələrini fərqlənmə diplomu ilə bitirmişdir. BDU-nun Fəlsəfə-sosiologiya kafedrasında laborant, müəllim, baş müəllim (1987-1993), MTN - də məsul vəzifələrdə (1993-2002) işləmişdir. BDU-nun Sosiologiya kafedrasında baş müəllim, dosent işləyir (2003). 22 elmi məqalə, 2 dərs vəsaiti, 5 proqram, 13 tezisi çap edilmişdir.

     CAVADOV ASİF ŞƏMİL OĞLU (01.08.1953, Beyləqan rayonu) – tarix elmləri namizədi (1987), dosent (1991). H.Zərdabi adına GDPU-nun tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir (1973). Təzəkənd orta məktəbində tarix müəllimi işləmiş (1973-1976), BDU-nun aspirantı olmuşdur. Sonradan Ç.İldırım adına Politexnik İnstitutunun Gəncə filialında laborant, baş laborant, kabinə müdiri, müəllim, baş müəllim, partiya komitəsinin katibi, prorektor, tarix kafedrasının müdiri vəzifəsində işləmişdir. GDPU-da tərbiyə işləri üzrə prorektor və Azərbaycan tarixi kafedrasının müdiridir. 38 elmi-metodik məqalənin müəllifidir.  

   CƏFƏROV İDAYƏT FƏRRUX OĞLU (08.09.1946, Əlinəzərli kəndi) – tarix elmləri doktoru (21.11.1996), professor (1997), əməkdar müəllim (2006). BDU-nun tarix fakultəsini (1968), AMEA Tarix institutunun aspiranturasını (1974) bitirmişdir. Əlinəzərli kənd orta məktəbində müəllim, tədris işləri üzrə direktor müavini (1968-1970), AMEA Tarix İnstitutunda laborant (1970-1971), kiçik elmi işçi (1974-1980), baş elmi işçi (1980-1989), N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında baş müəllim, kafedra müdiri (1989-1990), ADİU-da kafedra müdiri (1990-2000) işləmişdir. ADİU-da Azərbaycan tarixi kafedrasının müdiridir (2000). 200-dən artıq elmi-tədqiqat işi, 3 monoqrafiya, 3 kitab, orta və ali məktəblər üçün dərsliklərin müəlifidir. 

    ƏLİYARLI SÜLEYMAN SƏRDAR OĞLU (18.12.1930, Birinci Şahsevən kəndi) – görkəmli tarixçi, tarix elmləri doktoru (1975), professor (1980), əməkdar elm xadimi (1990), Bdu-nun tarix fakultəsinə daxil olmuş (1948), birinci kursdan sonra Moskva Dövlət Universitetinə köçürülmüş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş (1954). AMEA Tarix İnstitutunun dəvəti ilə burada kiçik elmi işçi və elmi katib (1954-1956) işləmişdir. Aspiranturada təhsil almışdır (1956-1959). Aspiranturanın son kursundan BDU-nun Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə götürülmüşdür. Bu günə qədər həmin kafedrada çalışır. 23 il həmin kafedraya rəhbərlik etmişdir (1978-2001). Tədqiqat sahəsi Azərbaycan və əski türk tarixində epik abidələr və etnogenez problemidir. Azərbaycan tarixinin saflığı uğrunda ömrü çətin diskussiyalarda keçmiş. 1969-cu ildə Azərbaycanın Rusiyaya guya könüllü birləşməsi tezisinə qarşı çıxmış, Azərbaycanın işğalını, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini yazmış və Azərbaycan KP tərəfindən ciddi və qorxulu basqılara məruz qalmışdır. Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq çap etmiş (1983-1984), Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşmişdir. Dağlıq Qarabağ mövzusu ilə bağlı Almaniya, İngiltərə, ABŞ, Türkiyə və Fransada onlarca yazılar (bəziləri B.Vahabzadə və A.Şmide ilə birlikdə) çap etdirmiş. Azərbaycan əsl tarixi və dövlətçiliyi haqqında aydın təsəvvür yaratmışdır. Azərbaycan Milli Məclisin Yer Adları (Toponomiya) Komissiyasına başçılıq etmiş (1989-2000), bir çox tarixi adların, o cümlədən qədim Beyləqanın əsrlərin o üzündə qalmış adının yenidən qayııtmasına çalışmışdır. Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur (1992-2001). “Türk və Türkiyə tarixi ilə dəyərli araşdırmalardan dolayı” (2000) Türk Tarix Kurumu şeref Üyesi (fəxri üzvü) seçilmişdir. Türkcə və ingiliscə çap olunmuş 26 cildlik “Türklər” ensiklopedik əsərin Yayın Kurumu üzvü müəlliflərdən biridir. 15- dən çox elmi əsərin, 7 monoqrafiya və 8 kitabın müəllifidir. Bunlardan 7-si xarici ölkələrdə (İngiltərə, ABŞ, Türkiyə, Rusiya və b.) çap edilmişdir. 35-dən artıq əsəri xaricdə çap olunmuşdur, 870 səhifəlik “Azərbaycan tarixi” kitabının müəllifidir. Namizədlik (1962) və do­ktorluq (1975) dissertasiyaları müdafiə etmiş, dosent elmi adı almışdır (1965).

   FƏTİYEV MAHMUD NƏCƏF OĞLU (05.05.1938 - II Şahsevən k.) - filologiya elmləri namizədi. BDU-nun şərqşünaslıq fakultəsini bitirmişdir (1960), Xalac kənd orta məktəbində müəllim (1960-1962), II Şahsevən kənd yeddillik məktəbində müəllim (1963-1964), Bakı Məktəbəqədər Pedoqoji Tərbiyə Məktəbində müəllim (1964-1970), Təhsil Nazirliyində baş metodist (1974-1984) işləmişdir. Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim işləyir (1984). 12 elmi məqalənin müəllifidir.

   İSMAYILOV RASİM ŞİRİN OĞLU (1946, Dünyamalılar kəndi) – mühit mexanikası, istilik fizikası və hidromexanika sahəsində alim, texniki elmlər namizədi (1974), texniki elmlər doktoru (1987), professor (1998). AzTu-nu bitirmişdir (1968). “İttifaqsulayihə” institutunun Bakı bölməsində mühəndis (1968-1970), “Kür-Bakı” su kəməri sisteminin iahiyələşdirilməsində iştirak etmişdir. Hərbi xidmətdə olmuş (1970-1971), aspiranturada təhsil almış (1971-1974), Moskva Avtomobil Yol institutunda “Asılı hissəciklərin konsetrasiyasını nəzərə almaqla dəyişən kütləli maye axının tədqiq” mövzusunda dissertasiya müdafiə etmişdir. Baş elmi işçı (1974-1977). Sumqayıt Dövlət Universitetinin Mexanika kafedrasında baş müəllim və dosent (1977-1980), həmin kafedranın müdiri (1980-1984) işləmişdir. Moskva Energetika İnstitutunda doktorant olmuşdur (1984-1986). Sumqayıt Dövlət Universitetinin Mexanika kafedrasında professor və kafedra müdiri, elmi işlər üzrə prorektor (1992, 1994-2000) işləmişdir. Hazırda Mexanika kafedrasının müdiridir. ADNA-da (1988-1995), BDU-da (1992-2006), AzTU-da (2006-2008) dissertasiya şuralarının və Azərbaycan Respublikası Prizedenti yanında AAK-nın (1992-2006) üzvü olmuşdur. Hazırda SDU elmi şurasının, Azərbaycan Respublikası Prezident yanında AAK-nın üzvüdür. 135 elmi əsərin müəllifidir. 5 elmlər doktoru, 10 elmlər namizədi və 5 magist işlərinin elmi rəhbəri olub. Elmi əsərləri Azərbaycan, Rusiya, Ukrayna, Meksika, Türkiyə, Özbəkistan və b. Ölkələrdə çap olmuşdur.

    KƏRİMOV BABAKİŞİ MUXTAR OĞLU (1944, İkinci Aşıqlı kəndi) – Tarix elmləri doktoru. Şuşa Kənd Təsərrüfati Texnikumunu (1964), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakultəsini (1976) bitirmişdir. Moskva Dövlət Universitetinin müəllimidir. Elmi fəalyyətlə məşğuldur.

    KƏRİMOV NAZİR QARDAŞXAN OĞLU (05.09.1958, Birinci Aşıqlı kəndi) – İqtisad elmləri namizədi (1992), dosent (2003). ADİU-nun uçot-iqtisad fakultəsini bitirimişdir (1979). Sumqayıt Superfosfat zavodunda təftişçi-mühasib (1979-1982), Beyləqan çörək zavodunda baş mühasib (1982-1983), “Partiyanın XXII qurultayı” kolxozunda baş iqtisadçı (1984-1994), Beyləqan Ali Kollecində kaferda müdiri (1994-1997), Azərbaycan Aqrar-Ekologiya İnstitutunda baş müəllim (1997-2000), Azərbaycan Texnologiya İnstitutunda baş müəllim (2000-2003), Azərbaycan Texnologiya Universitetində dosent (2003-2008) işləmişdir. AKTA-da dosent işləyir (2008). 45 elmi işin, 4 kitabın müəllifidir.

    QASIMOV ALIŞ MƏMİŞ OĞLU (10.01.1960, Milabad qəsəbəsi) – hüquq elmləri doktoru (2001), professor (2004). BDU–nun hüquq fakultəsini bitirmişdir (1983). Bakı Mebel hissələri kombinatında fəhlə (1977-1979, 181-1988). Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsində kuryer, kargüzar, dəftərxana müdiri, (1988-1989), BDU-da metodist müəllim, baş müəllim (1989-1995), dosent, dekan müavini (1995-2001) işləmişdir. Hazırda həmin Universitetdə kaferdra müdiridir (2001), 150-dən çox elmi işin müəllifidir.

   MAHMUDOV ZAMAN MAHMUD OĞLU (03.03.1966, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndi). 1973-1983-cü illərdə Beyləqan rayon 1-ci Aşıqlı kənd orta məktəbində, 1985-1990-cı illərdə isə Bakı Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb. 2004-cü ildə “Fotosintezin fotokimyəvi sistemlərinin formalaşması zamanı fotosistem 2-nin in vivo fotoinhibirləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. O, əmək fəaliyyətinə ali məktəbi bitirən ili başlayıb. 1990-1992-ci illərdə AMEA-da baş laborant və elmi isçi kimi fəaliyyət göstərib. 1992-ci ildən həyatını Bakı Dövlət Universiteti ilə bağlayan Z.Mahmudov 2004-cü ilə qədər BDU tədris laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2004-cü ildən isə Biologiya fakültəsi “Biofizika və molekulyar biologiya” kafedrasında müəllimlik etməyə başlayıb,2010-cu ildən Biofizika və molekulyar biologiya kafedrasının Muavini vəzifəsinə təyin edilib.Həmçini Z.Mahmudov Biologiya fakültəsi elmi şurasının sədri olub. Z.Mahmudov biofozika, bioenergetika və s. dərsləri uğurla tədris edib. Tədqiqat sahəsi fotobiologiya, fotosintez, biofizika olan Z.Mahmudov 70-ə qədər elmi məqalənin. 2 kitabin müəllifi idi. O, dəfələrlə Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində (Türkiyə, 2003; Kanada, 2004; Moskva, 2008;Praqa 2010;Çexiya 2012;İngiltərə 2013 və s.) keçirilən Beynəlxalq seminar, simpozium və konfransların işində fəal iştirak edib. Zaman Mahmudov 25.07.2016 tarixində ürek tutmasından (infarkt) dunyasını dəyişib.

     MƏMMƏDOV CAVANŞIR AĞALI OĞLU - 10 Sentyabr 1930 –ci il tarixində Fizuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1953 –cü ildə ADPU –nun tarix fakültəsini, 1968 –ci ildə AKTA –nın aqronomluq fakültəsini, 1972 –ci ildə isə Moskva ALİ Partiya Məktəbini bitirmişdir.
Cavanşir Məmmədov 1953-1954 –cü illərdə Beyləqan rayon Komsomol Komitəsində təşkilat müdiri vəzifəsində çalışmış, 1954-1959 –cu illərdə həmin qurumun ikinci və birinci katibləri vəzifəsinə yüksəlmişdir. 1959-1961 –ci illərdə C.Məmmədov Azərbaycan SSR KP Beyləqan rayon Komitəsinin katibi vəzifəsində çalışmış, 1961-1963 –cü illərdə Beyləqan rayon XDS İcraiyyə Komitəsinin sədri, 1963-1965 –ci illərdə İmişli rayon İstehsalat Partiya Komitəsində katib, 1965-1978 –ci illərdə Beyləqan rayon Partiya Komitəsinin birinci katibi, 1978-1988 –ci illərdə Tərtər rayon Partiya Komitəsinin birinci katibi, 1988-1990 –cı illərdə isə Fizuli rayon Partiya Komitəsinin birinci katibi vəzifələrin müvəffəqiyyətlə çalışmışdır.
VII, VIII, IX, X, XI çağırış Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
4 dəfə “Qırmızı Əmək Bayrağı” (30.04.1966; 08.04.1971; 12.12.1973; 23.02.1981) və “Oktyabr inqlabı” (27.12.1976) ordenləri ilə təltif edilmişdir.
Cavanşir Məmmədov 25 il fasiləsiz olaraq birinci katib vəzifəsində müvəffəqiyyətlə çalışmış az sayda ola biləcək dövlət xadimlərindən birisidir.

   MƏMMƏDLİ ATAMOĞLAN ATAXAN OĞLU (28.03.1955. Beyləqan şəhəri) - Tarix elmləri namizədi (1987). BDU-nun tarix fakultəsini bitirmişdir. Milabad kənd orta məktəbində müəllim, rayon Komsomol Komitəsində şöbə müdiri işləmiş (1978-1981), BDU-nun əyani aspiranturasında təhsil almış (1981-1983), elmi pedoqoji fəaliyyətlə məşğul olmuş (1981-1989), BDU-da baş müəllim, dosent işləmişdir (1989-1999). BDU-nun tarix, şərqşünaslıq və beynəlxalq münasibətlər fakultəsində mühazirələr oxuyur. Azərbaycanda ilk dəfə "İran tarixi", "İsrail tarixi", "Pakisatan tarixi", "Koreya tarixi", "Əfqanistan tarixi üzrə tədris proqramları hazırlayıb çap etmişdir. 

     MEHDİYEV FAMİL AĞALAR OĞLU (22.05.1952-30.01.2017) Beyləqan rayonu Əlinəzərli kəndində anadan olub, Beyləqan şəhər Namiq Allahverdiyev adına orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qiyabı şöbəsinə daxil olub, həmən müddətdə hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib və 1975-ci ildə universiteti bitirib. 1973-1980-cı illərdə Azərbaycan Respublikası Beyləqan Kənd Təsərrüfatı idarəsində mühasib, baş iqtisadçı, 1980-1985-cı illərdə Azərbaycan Respublikası Beyləqan rayon Xalq Deputatları Sovet İcraiyyə Komitəsində şöbə müdiri, İcraiyyə Komitəsinin sədr müavini, rayon Sovetinin deputatı, 1985-1996-cı illərdə keçmiş SSRİ Dövlət Bankının Beyləqan rayon filialı, Azərbaycan Respublikası AS Bankının rayon şöbəsinin müdiri, 1997-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatında Özəl bölmənin inkişafına Yardım Agentliyində baş müaliyyə-kredit mütəxəssisi, Agentliyin rəhbərinin müavini, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrütfatı kreditəri üzrə Dövlət Agentliyinin baş direktorunun müavini, 2007-2010-cı illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor, 2011-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat idarəsində ekspert vəzifəsində çalışıb. 1998-2006-cı illərdə Dünya Bankının və İFAD seminar və kurslarında mütamadi iştirak edib. Mehdiyev Famil Ağalar oğlu Yerli və Beynəlxalq layihələrin işlənib hazırlanması, tədbiqi, monitorinqi və Dünya Bankının qaydalarına uyğun yekunlaşdıraraq hesabatların hazırlanmasında böyük təcrübəyə malik bir mütəxəssis idi. 30.01.2017 tarixində Ankarada dünyasını dəyişib. Allah rəhmət etsin.

    MƏMMƏDOV SƏFƏR MUSA OĞLU (08.11.1951, Beyləqan şəhəri). Azərbaycan Respublikası Milli Məclisin deputatı. Jurnalist Sənətkarlığı institutunu bitirmişdir. Beyləqanda “Yüksəliş” rayon qəzetinin mətbəəsində mürəttib, linotipçi, korrektor (1968-1981), yerli radio verilişləri redaksiyasının müxbiri (1981-1982), ”Yüksəliş” qəzetinin korrektoru, mətbəə müdiri (1982-1993), “Beyləqan” qəzetinin məsul katibi işləmişdir (1993-1996). 1996-cı ildən Yeni Azərbaycan partiyası Beyləqan rayon təşkilatında şöbə müdiri, aparatın rəhbəri vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 81 saylı Beyləqan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir (2005). Milli Məclisin mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qprupunun rəhbəri, Azərbaycan-İsrail, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

    MİRZƏYEV VAQİF ADİL OĞLU (15.05.1961, Kəbirli kəndi) – texnika elmləri namizədi, dosent. AKTA-nın kənd təsərrüfatının mexanikləşdirilməsi (1987) və aqrar iqtisadiyyat (2008) fakultələrini bitirmişdir. “Komsomolun 50 illiyi” sovxozunda fəhlə (1978-1979; 1981-1982), “Dostluq” sovxozunda mühəndis (1987), mezanik (1988-1989), AKTA-nın Kənd Təsərrüfatı maşınları kafedrasında stajçı müəllim (1993-1995) işləmişdir. AKTA Tələbə Həmkarlar ittifaqı komitəsinin sədri işlımişdir (1995). 39 elmi əsərin, 9 ixtiranın müəllifidir

    MƏMMƏDQULİYEV BƏYLƏR AĞALAR OĞLU (1896, Füzuli rayonu, Aşağı Veysəlli k - 25.08.1964, Ağcabədi r, Xəlfərəddin k.) - Diyarın tanınmış şəxsiyyətlərindən biri. Yerli rus-tatar məktəbini, daha doğrusu Ağdam Kənd Təssərüfatı məktəbini bitirmişdir. Xocavənddə Tevonun dəstəsinə qaşı mübarizə idarəsinin rəisi (1920), Xocavənd RMİ rəisinin müavini (1920-1921), Karyagin (İndiki Füzuli) RMİ rəisi (1924-1925), Qacar kənd şura sədri (1925-1926), Karyagin dairə İK sədrinin müavini (1926-1927), Karyagin qəza milis rəisi (1938-1939) və Beyləqan (1939-1940) rayon torpaq şöbəsinin rəisi, Beyləqan, Ağdam, Ağcabədi rayonları ziyanvericilərə qarşı mübarizə dəstəsinin rəisi (1940-1964) işləmişdir. Hələ gənclik illərindən erməni fitnə-fəsadlarına qarşı mübarizə aparan yerli vətənpərvərlər sırasında olmuşdur. haqqında sənədli povest yazmışdır (N.Veysəlli. Bəylər bəy. B., 2002).

   MƏMMƏDOV RAFİQ UĞUZ OĞLU (13.10.1945-Beyləqan rayonu Dünyamalılar kəndi) - hakim. Kuban Dövlət Universitetini biritmişdr (1975). Beyləqan hidrometeoroloji stansiyasında texnik-meteoroloq işləmiş (1963-1964), hərbi xidmətdə (1964-1967) olmuş, Beyləqan rayon müaliyyə şöbəsində dövlət gəlirləri üzrə iqtisadçı (1968-1969), Jdanov Rayon Məhkəməsində məhkəmə iclas katibi (1969-1974), Azərbaycan SSRİ Ali Məhkəməsinin iclas katibi (1974-1975), Azərbaycan SSR Ali Məhkəməsinin qəbul şöbəsində məsləhətçi (1975-1982), Ali Məhkəmənin nəzarət şöbəsində baş məsləhətçi (1982-1984), Ali Məhkəmənin ümumiləşdirmə şöbəsinin rəisi (1984-1990), Bakı Şəhər Məhkəməsinin üzvü (1990-2000), Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (2000-2007) işləmişdir. Gəncə Apellyasiya Məhkəməsinin sədridir (2007).

    ORUCOV HÜSEYN SURXAY OĞLU (24.05.1948, Dünyamalılar k. ) - fizika-riyaziyyat doktoru, professor. BDU-nun fizika fakültəsini (1970), AMEA-nın aspiranturasını (1981)  bitirmişdir. Dünyamalılar kənd orta məktəbində müəllim (1972-1975), AMEA Fizika İnstitutunda elmi işci (1978-1984), Şamaxı Astrofizika rəsədxanasında böyük elmi işci (1984-1986), Kosmik Tədqiqatlar İnstitutunda böyük elmi işci (1986-1990), ADPİ-də müəllim (1984-1987), AzTU-da baş müəllim (1990-1995), dosent (1995-2009) işləmişdir. AzTu-da professor işləyir (2009). 80-dən artıq elmi məqalənin, 1 dərslik, 1 dərs vəsaiti, 2 tədris vəsaiti, 1 test kitabının (abituriyentlər üçün) müəllifidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvüdür, Aztu-nun fizika kafedrasında müdr müavini, AMEA Fizika İnstitutunda böyük elmi işcidir. 

   SÜLEYMANOV TAHİR ABBASƏLİ OĞLU (1963, Şahsevən k.) - dosent, əczaçılıq elmləri doktoru (2007), ADTU-nun əczaçılıq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir (1986), ATU-nun dərman formalarının texnologiyası kafedrasında baş laborant işləmiş (1986-1988), aspiranturada təhsil almış (1988-1991), namizədlik dissertasiyası müdafiə etmişdir (1994). Həmin universitetin farmokologiya və botanika kafedrasında assistent, baş müəllim işləmiş (1991), hazırda dosent vəzifəsində çalışır. Doktorluq dissertasiyası müdafiə etmiş (2007), dissertasiya işinin nəticələrinə əsasən yeni dərman vasitəsi olan "Faqolin" məlhəmi təklif edilmiş, AR Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyata alınmış, hazırda tibbi təcrübədə istifadə edilir. 70-ə yaxın elmi məqalənin, 4 patentin, bir sıra dərsliklərin və metodik vəsaitlərin müəllifidir.

     TAĞIYEV ŞAMXAL KƏRİM OĞLU (15.03.1922, Birinci Şahsevən k., - 04.08.2007 Bakı şəhəri, II Fəxri xiyaban) - AMEA-nın həqiqi üzvü (1989), Biologiya elmləri doktoru (1970), professor (1979). Bakı Tibb Məktəbini bitirdikdən (1941) sonra ordu sıralarına çağırılmış və BVM-də iştirak etmişdir (1941-1945). Müharibədən sonra ordu sıralarında xidmətini davam etdirmişdir (1945-1947). BDU-nun biologiya fakultəsinə daxil olmuş (1948) - M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (1953), həmin universitetin aspiranturasını (1956) bitirmişdir. Beyləqan rayon tibb məntəqəsində həkim-feldşer (1947-1948), AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi (1956-1963), laboratoriya rəhbəri (1963-1994), elmi işlər üzrə direktor müavini (1970-1991), AMEA Biologiya Elmləri Bölməsinin akademik katibi (1991-1997), AMEA A.Qarayev adına Fiziologiya İnstitutunda məsləhətçi (1997-2007) və şöbə müdiri (1982-2007), AMEA Azərbaycan Fizioloqlar Cəmiyyətinin prezidenti (1996-2007) işləmişdir. Namizədlik (1956), doktorluq (1970) dissertasiyaları müdafiə etmiş, professor elmi dərəcəsi almışdır (1979). AMEA-nın müxbir üzvü (1976), həqiqi üzvü (1989) seçilmişdir. Böyük Vətən müharibəsində İran, Şimali Qafqaz, Ukrayna, Rumıniya, Macarıstan, Çexoslavakiya, Avstriya və Boqarıstanda döyüş yolu keçmiş və xidmətlərinə görə "Qırmızı Ulduz" (1945), "Şərəf Nişanı" (1981) və II dərəcəli "Vətən müharibəsi" (1985) ordenləri ilə təltif edilmişdir. 150 elmi əsəri (100 elmi əsəri xaricdə dərc olunmuşdur) və 5 kitabın müəllifidir. 20 elmlər namizədi və 2 elmlər doktorunun elmi rəhbəri olmuş, 10 il BDU-da pedoqoji fəaliyət göstərmişdir.

    Yazarlar: Ağa Savalanlı, Akif Səfərli, Bəhram Fərmanzadə, Elman İsrafiloğlu, Zakir Əliyev, Əsəd Cahangir, Faiq Dərgahov, Fərman Kərimzadə, İbrahim Kəbirli, İslam Kəbirli, Məmməd Oruc, Arif Mədətov, Oqtay Mədətov, Nigar, İntizam Rüstəmov, Səhavət Sahil, Səmədxan Beyləqanlı, Şəfəq Nasir, Tamara Vəliyeva, Vaqif Cəfərli, Yusif Nəğməkar, Zəki Beyləqani, Zülfüqar Şahsevənli, Zümrüd və b.

     SƏMƏDXAN BEYLƏQANLI (Fətəlioğlu: Cabbarov Səmədxan Fətiş oğlu; 05.05.1937, Aşıqlı kəndi) – Azərbaycan Yazıçılar Birliyinin (2008) üzvü. ADU-nun (indiki BDU) geoloji-cooğrafiya fakultəsini bitirmişdir (1968). Birinci Aşıqlı kənd orta məktəbində gooğrafiya müəllimi işləmişdir (1964-1997). Bölgənin folklor nümunələrini toplamış və dövri mətbuatda dərc etmişdir. Əsasən Beyləqan bölgəsinin folkloru və etnoqrafiyası ilə bağlı araşdırmalar aparır. “Beyləqan-oğuz yurdum” (1994), “Bir elin salnaməsi” (2004), “Muğanlı elatı” (2001), “Heydərbabaya Sarıbabadan salam” (1996), “Sultanbud zirvəsi” (2004), “Yaşa həkim” (2007), “Murtulu elatı” (2001), “Ceyran heykəli” (2005), “Budaqlı elatı” (2003), “Ömür yolu, köç yolu” (2006), “Beyləqnada oğuz sözləri” (2008), “Qaradonlu elatı” (2004), “Beyləqani” (2007) kitabları nəşr olunmuşdur. Rayon qəzeti nazdində təşkil olunmuş “Beyləqani” Ədəbi birliyinin sədridir (1978).

    Qəhrəman analar: Bəsti Abbasova, Əsli Abbasova, Nübar Abbasova, Səriyyə Abbasova, Şöşkət Abbasova, Tamara Abbasova, Adilə Abdullayeva, Atlas Abdullayeva, Rəfiqə Abdullayeva, Vətən Abdullayeva, Ziba Abdullayeva, Əsli Abişova, Şəkufə Axundova, Zəriş Atakişiyeva, Lətifə Ağalarova, Gültop Ağayeva, Xırda Ağayeva, İmperiaə Ağayeva, Leyli Quliyeva və b.   

   Hüquq-mühafizə orqanlarında məsul işçilər: İsmayıl Abdurrəhmanlı, Nizami Bayramov, Arif Əliyarov, Qacay Əliyarov, Aydın Qasımov, Məhi Quliyev, Elmira Quiyeva, Rafiq Məmmədov, Rəsul Məmmədov və b.    

   Fəxri adlar almış sənət sahibləri: Zakir Bəndəliyev, Tamara Əhmədova, Əli Əsgərov, Fərman Hacıyev, Mustafa Hacıyev, Rəsul Hüseynov, Dadaş Xələfov, Ariadna Kirilova, Sona Qazıyeva, İsfəndiyar Quliyev, Vahid Quliyev, Tofiq Məhərrəmov, Cavanşir Məmmədov, Fatma Məmmədova, Mərziyə Nəcəfova, Mövsüm Orucov, Gulyaz Rüstəmova, Xuraman Rüstəmova, Mirəli Talıbov, Telli Həsən, Əliabbas Vəliyev və b. İdmançılar: Şahin Diniyev, Sevindik Əhmədov, Kamil Fərzəliyev, Bakir Həsənov, Zulfiyyə Hüseynova, Misir Xudaverdiyev, Köçəri Beyləqanlı, Namiq Quliyev, Nurəddin Beyləqanlı, Eldəniz Tahirov və b.

  

İDMANÇILAR: Zülfiyyə Hüseynova, Şahin Diniyev, Sevindik Əhmədov, Kamil Fərzəliyev, Bakir Həsənov, Misir Xudaverdiyev, Köçəri Beyləqanlı, Namiq Quliyev, Nurəddin Beyləqanlı, Eldəniz Tahirov... 

 

Yuxarı