Şəhidlər 1.

 ABBASOV AZAD HEYDƏR OĞLU (09.05.1973-05.03.1993) - Şəhid. Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olmuş, kənd orta məktəbini bitirmişdir (1990). Mil üzümçülük sovxozunda fəhlə işləmişdir (1990-1991). Sovet ordusunda xidmət etmiş (1991-1992). Vətənə qayıtmış. Milli ordu sıralarına könüllü olaraq yazılmışdır. Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Əmiralılar, Kuropatkino, Muğanlı kəndlərində döyüş yolu keçmişdir. Döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yeni Mil qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ABBASOV ƏLİZAMİN ŞİRİN OĞLU (23.02.1986-03.03.2005) - Şəhid. Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olmuş, Yeni Mil qəsəbə orta məktəbinin səkkizillik sinifini bitirmiş (2000). Həqiqi hərbi xidmətə çağırılmışdır (02.04.2004). Tərtər bölgəsində kurs keçdikdən sonra Həsənqaya kənd istiqamətində mövqe döyüşlərində iştirak etmişdir. Bu döyüşlərin birində ağır yaralamış, Tərtər rayon xəstəxanasında həyata gözlərini yummuşdur. Öz doğma Yeni Mil qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ABBASOV RAMİZ HÜSEYN OĞLU (29.05.1965-25.04.1994) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, şəhər 4 saylı orta məktəbi bitirmişdir (1982). Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir (1986). Təyinatla Almaniyada, Gürcüstanda xidmət etmişdir. Vətənə qayıtmış, Yevlax Rayon Hərbi Komissarlığında II bölmənin rəisi işləmişdir (1990-1992). Könüllü olaraq cəbhəyə yollanmış (13.03.1992), könüllülərdən ibarət batalyonun komandiri olmuşdur. Döyüş yolu Goranboy rayonun Talış və Gülüstan kəndlərindən başlayan Ramiz Abbasov Ağdərə Şuşa, Xocavənd, Laçın, Füzuli, Tərtər, bölgələrində döyüşmüş, Tərtər rayonun Qaraqoyunlu kəndi səmtində gedən döyüşdə Şəhid olmuşdur.

Azərbaycan Respublikası Presidentinin Fərmanı ilə “Azərbaycan Respublikası torpaqlarının erməni işğalçılardan müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, Şəxsi igidlik və şücaətlərə görə (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir (09.10.1994). Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ABBASOV SEYMUR NƏSİB OĞLU (14.02.1973-22.06.1992) - Şəhid. Beyləqan rayonu Aşağı Çəmənli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Bakı Politexnik texnikumuna daxil olmuş (1990), təhsil aldığı dövrdə hərbi xidmətə çağırılmış (may, 1991). Moskva ətrafında xidmət etmiş, Qarabağ hadisələri başlayanda ölkəsinə qayıtmışdır. Ağdam istiqamətində Naxçıvanik, Qiyaslı, Sırxavənd, Qazançı kəndlərində gedən döyüşlərində iştirak etmişdir. Ağdam rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Öz doğma Aşağı Çəmənli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    AXUNDOV RÖVŞƏN ƏNVƏR OĞLU (26.02.1974-19.10.1992) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, orta məktəbin 8-ci sinifini bitirmiş, çörək sovxozunda  fəhlə işləmişdir (1991-1992). Həqiqi hərbi xidmətə çağırılmış (31.07.1992) , arxa cəbhəyə göndərilməsinə baxmayaraq, Qubadlıya gedən döyüşçülərin avtobusuna minmiş, həmin rayonun Çardaqlı kəndində hərbi hissədə qeydiyyatdan keçmişdir. Döyüş zamanı ağır yaralanmış, hospitalda dünyasın dəyişmişdir. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Beyləqan şəhərində yaşadığı küçəyə onun adı verilmişdir (12.12.1992). Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   AĞAMALIYEV RAQUB ƏHƏD OĞLU (08.10.1966-26.01.1994) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş, sürücülük kursu keçmiş, Sovet ordusunda xidmət etmişdir. Beyləqan avtomobil müəssisəsində sürücü işləmişdir. Milli ordu sıralarına könüllü olaraq yazılmışdır (aprel, 1993). Cəbrayıl bölgəsində döyüş yolu keçmişdir. Cəbrayıl rayonun Mərcanlı kəndi istiqamətində  gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    AĞAYEV ALİM GÖYCƏ OĞLU (11.04.1978-22.02.1999) – Şəhid. Beyləqan rayonu Aşıqalılar kəndində dünyaya göz açmışdır. Həqiqi hərbi xidmətə çağırılmış, xidməti borcunu yerinə yetirərkən Şəhid olmuşdur. Öz doğma Aşıqalılar kəndində dəfn olunub. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    AĞAYEV NİZAMİ VƏLİ OĞLU (10.12.1973-23.09.1993) – Şəhid. Beyləqan şəhərində dünyaya göz açmışdır. Həqiqi hərbi xidmətə çağırılmış, xidməti yerinə yetirərkən Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   ALHÜSEYNOV ELŞƏN HÜSEYN OĞLU (05.05.1977-13.01.1996) – Şəhid. Beyləqan rayonu Mil qəsəbəsində dünyaya göz açmış, Mil qəsəbə orta məktəbini bitirmiş (1994), həqiqi hərbi xidmətə çağırılmışdır (05.06.1995). Gədəbəy rayonunun Şınıx kəndində kəşfiyyat zamanı qar uçqununa düşmüş, ağır yaralanmış, xəstəxanada dünyasını dəyişmişdir. Öz doğma Mil qəsəbəsində dəfn olunmuşdur. Alah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ALKƏRƏMOV İNTİQAM İBRAHİM OĞLU (25.01.1974-12.04.1995) – Şəhid. Beyləqan rayonu Bahar qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış (31.07.1992), Qubadlı, Füzuli, Ağdam, Beyləqan bölgələrində xidmət etmişdir. Xidməti borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində Şəhid olmuşdur. Öz doğma Bahar qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun!

  ALLAHVERDİYEV RAFİQ ALLAHVERDİ OĞLU (23.10.1974-06.01.1994) – Şəhid. Beyləqan rayonu Şərq qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirmiş (1992), həqiqi hərbi xidmətə çağıırılmış (1992), Füzuli bölgəsində döyüş yolu keçmişdir. Şişqaya yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Öz doğma Şərq qəsəbəsində dəfn olunmuşdur. Allah şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə doslun!

   ASLANOV AQİL MƏTLƏB OĞLU (04.04.1974-05.04.1993) – Şəhid. Beyləqan rayonu Eyvazlılar kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirmiş (1991),  həqiqi hərbi xidmətə çağırılımışdır (aprel, 1992). Beyləqan Özünümüdafiə Batalyonun tərkibində döyüş yolu keçmişdir. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə Şəhid olmuşdur. Öz doğma Eyvazlılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun!

    ATAYEV NAİL İSMAYIL OĞLU (1971-04.07.1994) – Şəhid. Qax rayonu, Zərnə kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirmiş (1989), kənd mədəniyyət evində işləmişdir (1989-1991). Milli ordu sıralarında Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli, Beyləqan bölgələrində döyüş yolu keçmişdir. Beyləqan bölgəsində Şəhid olmuşdur. Öz doğma Qax rayonunun, Zərnə kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə doslun!

   BABAYEV MƏHƏRRƏM ƏVƏZ OĞLU (06.05.1964-17.04.1993) – Şəhid. Beyləqan rayonu Şərq kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirmiş, 4 saylı sovxozda fəhlə işləmişdir (1983-1991). Milli ordu sıralarında xidmət etmiş, Füzuli bölgəsində Şəhid olmuşdur. Öz doğma Şərq kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə doslun!

    BALAKİŞİYEV TELMAN ALNƏZƏR OĞLU (20.05.1953-11.11.1993) – Şəhid. Beyləqan rayonu İkinci Şahsevən kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirmiş (1968), Sovet ordusunda hərbi xidmətdə olmuşdur (1971-1973). Şirvan şəhərində sürücülük kursu bitirmiş (1968), sürücü işləmişdir (1968-1991). Milli ordu sıralarına yazılmış, Beyləqan Özünümüdafiə batalyonunun tərkibində Füzuli rayonunda döyüş yolu keçmişdir. Bəhrəmli kəndi uğrunda gedən döyüşdə Şəhid olmuşdur. Öz doğma İkinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun!

   BEHBUDOV FİKRƏT XƏLİL OĞLU (1976-31.12.1995) - Şəhid. Beyləqan rayonu Tatalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş, həqiqi hərbi xidmətə çağırılmışdır. Gəncədə xidməti borcunu yerinə yetirərkən Şəhid olmuşdur. Öz doğma Tatalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    BƏDƏLOV SEYFƏDDİN ATAŞ OĞLU (17.07.1971-25.09.1992) - Şəhid. Beyləqan rayonu Örənqala kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Sovet ordusunda xidmət etmişdir (1989-1991). Xocalı faciəsindən sonra Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzulidə döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Örənqala kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    BÖYÜKKİŞİYEV QƏNİMƏT MƏHƏMMƏD OĞLU (1974-25.03.1994) - Şəhid. Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmişdir (1991). Sovet ordusunda xidmət etmişdir. Doğma kəndinə qayıtmışdır. Milli ordu sıralarına könüllü olaraq yazılmışdır (iyun, 1992). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonun Seyidəhmədli kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Örənqala qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     BUDAQOV AQİL HEYDƏR OĞLU (30.08.1969-26.05.1992) - Şəhid. Beyləqan rayonu QARADAĞLI kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1986). Sovet ordusunda xidmət etmişdir (1987-1989). Qaradağlı kəndində kolxozda işləmişdir (1989-1992). Xocalı faciəsindən sonra (16.02.1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. “Qrad” artilleriya qurğusunu idarə edirdi, bir sira döyüşlərin iştirakçısı idi. Döyüşlərin birində Şəhid olmuşdur. Öz doğma Qaradağlı kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    CABBAROV NİYAZİ MİRİŞ OĞLU (28.08.1973-23.09.1993) - Şəhid. Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, orta məktəCABBAROV bi bitirmişdir. Kolxozda işləmişdir. Hərbi xidmətə çağırılmış (1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Əmirahlılar kəndi istiqamətində döyüş yolu keçmişdir. Döyüş zamanı Şəhid olmuşdur. Öz doğma əlinəzərli kəndində dəfn olunmuşdur. Əlinəzərli kənd xəstəxanasına onun adı verilmişdir. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    CANLAROV RASİM ƏKBƏR OĞLU (01.01.1971-10.03.1992) - Şəhid. Beyləqan rayonu Şərq qəsəbəsində doğulmuş, orta məktəbi bitirmiş, sovet ordusunda hərbi xidmətdə olmuşdur (1989-1990). Doğma rayonunda təsərrüfatla məşğul idi. Milli Ordu sıralarına yazılmış (1992). Ağdam rayonunda döyüş yolu keçmiş, Xanabad kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Şərq qəsəbə nümayəndəliyinin 3 saylı şöbəsinə onun adı verilmişdir. Şərq qəsəbəsində dəfn olunmuşdur. Allah Rəhmət etsin! Qəbri nur ilə dolsun!

    CAVADOV AKİF ƏFQAR OĞLU (27.01.1975-28.06.1993) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, Bolsuku kənd orta məktəbi bitirmişdir. “Mil” təcrübə təsərrüfatında fəhlə, mexanizator işləmiş (1992-1993), hərbi xidmətə çağırılmışdır (1993). Ağdərə ətrafında gedən döyüşlərdə Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Bolsulu kənd məktəbi onun adını daşıyır. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     CƏFƏROV MALİK NƏSİB OĞLU (12.04.1972-20.05.1994) - Şəhid. Beyləqan rayonu Eyvazlilar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1989). Sovet ordusunda xidmət etmişdir (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (avqust, 1992). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Divanalılar, Gövşadlı, Qacar, Dilağarda, Arayatlı, Böyük Bəhmənli, Horadiz kəndləri, Qızılqaya, Üryandağ yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Füzuli bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Eyvazlılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   CƏFƏROV NİZAMİ BAYRAM OĞLU (23.12.1973-26.01.1994) – Şəhid. Beyləqan rayonu Milabad kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirmiş (1990), fəhlə işləmiş (1990-1991), hərbi xidmətə çağırılmışdır (09.05.1991). Beyləqan batalyonun tərkibində Fizuli bölgəsində döyüş yolu keçmişdir. Fizuli rayonun Seyidəhmədli kəndində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Milabad kəndində dəfn olunmuşdur. Allah rəhmət etsin! Qəbri nur ilə dolsun!

   CƏFƏROV RƏSUL HÜSƏN OĞLU (18.10.1968-16.02.1994) - Şəhid. Beyləqan rayonu Əmirzeyidli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1983). Sovet ordusunda xidmət etmişdir (1984-1986). Xidmət dövründə Moskvaya Hərbi məktəbə göndərilmiş, həmin məktəbi bitirdikdən sonra Moskvaya ətrafı şəhərlərin birində hərbi hissədə praporşik kimi çalışmışdır. Vətənin dar günündə Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (24.06.1990). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Füzuli bölgəsində xidmət etmiş, Lənkəran və Gəncə batalyonlarının tərkibində döyüş yolu keçmişdir. Murov-dağ döyüşlərində iştirak etmiş, Füzuli rayonunun Qorqan kəndi ərazisində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Əmirzeyidli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    CƏFƏROV VİLAYƏT RƏŞİD OĞLU (15.06.1972-12.03.1992) - Şəhid. Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, orta məktəbi bitirdikdən sonra, qəsəbədə işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (28.02.1992). Ağdamda “Qarabağ şahinləri” dəstəsinin tərkibində döyüş yolu keçmişdir. Əsgəran rayonunun Xramort kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Milabad qəsəbəsində dəfn olunmuşdur. Milabad orta məktəbinə onun adı verilmişdir. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    CƏLİLOV MÜŞFİQ CABBAR OĞLU (23.05.1971-12.05.1994) - Şəhid. Beyləqan rayonu Şəfəq qəsəbəsində anadan olmuş, orta məktəbi bitirdikdən sonra qəsəbədə mexanizator işləmişdir. Sovet ordusunda xidmət etmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (15.03.1994).  Füzuli, Ağdam və Tərtər bölgələrində döyüş yolu keçmişdir. Ağdərə əməliyyatında Şəhid olmuşdur. Öz doğma Şəfəq qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   CƏLİLOV VÜQAR KAMAL OĞLU (12.04.1972-12.10.1992) - Şəhid. Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1989). Peşə təhsili almış, traktorçu ixtisına yiyələnmiş, doğma kəndində traktorçu işləmişdir (1989-1990). Hərbi xidmətdə olmuş (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır( 12.09.1992). Ağdərə bölgəsində döyüş yolu keçmişdir. Çıldıran səmtdə gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    CODAROV AYDIN NOVRUZ OĞLU (12.02.1972-04.10.1992) - Şəhid. Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Kolxozda işləmişdir (1989-1990).  Hərbi xidmətə çağırılmış (1990), Çeçenistanda xidmət etmiş, tankçı peşəsinə yiyələnmişdir. Qarabağ hadisələri başyanda vətəninə dönmüş, Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (12.09.1992).  Ağdərə döyüşləri zamanı Şəhid olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    EYVAZOV SADAY CƏMİL OĞLU (01.12.1963-16.04.1994) - Şəhid. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1981). Sovet ordusunda xidmət etmişdir (1982-1984).  Xidmətdən qayıdandan sonra kənddə təsərrüfatla məşğul olur. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (19.03.1994). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Kərimbəyli, Şükürbəyli, Böyük Bəhmənli istiqamətində gedən döyüşlərdə şücayət göstərmişdir. Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     ƏHMƏDOV MAQSUD MƏTLƏB OĞLU (05.03.1965-24.10.1992) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuşdur. Bakı şəhərində 39 saylı orta məktəbi bitirmişdir (1983). Hərbi xidmətə çağırılmış (1984), SSRi silahlı qüvvələrində nümunəvi xidmətinə görə Lvov hərbi məktəbinə göndərilmiş (1985) və həmin məktəbi uğurla başa vurmuşdur (1989). Xidməti vəzifəsini sərhəd qoşunlarının tərkibində Neftçala şəhərində yerinə yetirmişdir. Qarabağ bölgəsində, Zəngilanda, Füzulidə çətin döyüşlərdə iştirak etmişdir. Xidməti borcunu yerinə yetirərkən Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    ƏHMƏDOV VAHİD DAYANDUR OĞLU (25.09.1971-16.03.1993) - Şəhid. Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuş, Bahar qəsəbə orta məktəbini bitirmişdir (1988). Sovet ordusunda xidmət etmişdir (1988-1991). Xidməti başa vurduqdan sonra tikintidə fəhlə işləmişdir (1991-1993). Yenidən hərbi xidmətə çağırılmış (1993). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Bahar qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     ƏHMƏDOV ZAHİD FƏRRUH OĞLU (1960-17.09.1991) - Şəhid. Beyləqan rayonu Günəş qəsəbəsində anadan olmuşdur, orta məktəbi bitirmişdir. BDU-nun hüquq fakultəsini bitirmişdir (1987). Cəbrayıl rayon DİŞ-də sahə müvəkkili, cinayət axtarışı müvəkkili, bölmə rəisi işləmişdir (1987-1991). Cəbrayıl rayonun Zamzur kəndində minaya düşmüş (14.09.1991), üç gün sonra dünyasın dəyişmişdir. Tələbə İnşaat Dəstəsində olarkən “Şərəf Nişanı” ordeni ilə təltif edilmişdi (1987). Öz doğma Günəş qəsəbəsində dəfn olunmuşdur. Günəş qəsəbə orta məktəbinə onun adı verilmişdir. Məktəbin həyətində büstü qoyulmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ƏLƏKBƏROV RÖVŞƏN MUXTAR OĞLU (20.11.1966-08.01.1994) - Şəhid. Beyləqan rayonu Aşaği Çəmənli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1984). Sovet ordusunda xidmət etmişdir (1984-1986). Bakı Dənizçilik Məktəbini bitirmişdir (1989). “Sovet Qazaxstan” gəmisində matros, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin 1 saylı Təmizləyici stansiyasında matros işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (iyun, 1993). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Arayatlı, Yağlıvənd, Babı, Horadiz, Şükürbəyli, Qorqan, Aşağı Seyidəhmədli kəndlərinin düşməndən azad edilməsində iştirak etmişdir. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Aşağı Çəmənli  kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ƏLƏSGƏROV İBADƏT ABDULLA OĞLU (1969-08.05.1992) - Şəhid. Beyləqan rayonu Xalac kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1986). Sovet ordusunda xidmət etmişdir (1986-1988). Doğma kəndində işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (yanvar, 1992). Şuşa bölgəsində döyüş yolu keçmişdir. Şuşanın işğalı zamanı Şəhid olmuşdur. Öz doğma Xalac kəndində dəfn olunmuşdur. Xalac kənd orta məktəbinə onun adı verilmişdir. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     ƏLİYEV AKİF HİDAYƏT OĞLU (04.01.1971-02.04.1993) – Şəhid. Beyləqan şəhərində dünyaya göz açmışdır. Orta məktəbi bitirimiş (1988), PMK-42-də sürücü işləmişdir (1988-1989). Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş (1989-1991). Sonra Beyləqana qayıtmışdır. Milli ordu sıralarına yazılmış (16.12.1992), Fizuli bölgəsində döyüş yolu keçmiş, Dünyamalılar kəndi uğrunda gedən döyüşdə Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     ƏLİYEV AQİL MƏHƏMMƏD OĞLU (30.04.1970-23.06.1993) - Şəhid. Beyləqan rayonu Bolsulu kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1987). Bolsulu pambıqtəmizləmə zavodunda fəhlə işləmişdir. Hərbi xidmətə çağırılmış (02.02.1993). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Ağburun yüksəkliyi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   ƏLİYEV AQİL MÜZƏFFƏR OĞLU (1982-2001) - Şəhid. Beyləqan şəhərində anadan olmuşdur. Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    ƏLİYEV ARZUMAN TANRIVERDİ OĞLU (10.04.1969-23.10.1993) - Şəhid. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1986). Sovet ordusunda xidmət etmişdir (1987-1989). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (26.02.1993). Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Horadiz qəsəbəsinin müdafiəsi zamanı Şəhid olmuşdur. Öz doğma Yuxarı Araz kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ƏLİYEV BƏXTİYAR RƏHİM OĞLU (14.03.1962-23.06.1992) - Şəhid. Beyləqan rayonu Mayak qəsəbəsində anadan olmuşdur. ADPU-nun bədən tərbiyəsi və hərbi hazırlıq fakultəsini bitirimişdir (1987). Yuxarı Aran kənd məktəbində ibtidai hərbi hazırlıq üzrə direktor müavini işləmişdir (1987). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Mayak qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ƏLİYEV DAYANDUR YUSİF OĞLU (1949-19.08.1993) - Şəhid. Beyləqan rayonu Ikinci Çahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1963). Sovet ordusunda xidmət etmişdir (1967-1970). Ordudan tərxis olunduqdan sonra milis orqanlarında işləmişdir (1971-1989). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (1989). Döyüş yolu Füzuli, Xankəndi, Ağdam bölgələrindən keçmişdir. Ağburun yuksəkliyi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma İkinci Şahsevən kəndində, dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ƏlLİYEV ELDAR ƏKBƏR OĞLU (09.11.1970-09.02.1992) - Şəhid. Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1987). Sovet ordusunda xidmət etmişdir (1989-1991). Doğma kəndində kolxozda işləmişdir (1991-1992). Səfərbərliyə alınmış (09.01.1992), Ağcabədi batalyonunun sıralarında Füzuli bölgəsində döyüş yolu keçmişdir. Nərgiztəpə yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn olunmuşdur. Kəbirli kənd orta məktəbi onun adını daşıyır. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  ƏLİYEV ELXAN CƏLAL OĞLU (01.01.1974-14.08.1993) – Şəihd. Beyləqan şəhərində anadan olmuşdur. Beyləqan Özünümüdafiə batalyonunun tərkibində Fizuli bölgəsində döyüşmüşdür. Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah rəhmət etsin! Qəbri nur ilə dolsun!

     ƏLİYEV KƏRƏM QƏDİM OĞLU (06.07.1973-29.09.1992) - Şəhid. Beyləqan rayonu İkinci Əlinəzərli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1990). Hərbi xidmətə çağırılmışdır (05.08.1992). Döyüş yolu Kəlbəcər bölgəsindən keçmişdir. Pircahan kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma İkinci Əlinəzərli kəndində dəfn olunmuşdur. İkinci Əlinəzərli kənd orta məktəbi onun adını daşıyır. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   ƏLİYEV MEHDİ QƏZƏNFƏR OĞLU (06.01.1971-15.01.1993) – Şəhid. Beyləqan tayonu Kəbirli kəndində doğulmuş, orta məktəbi bitirmiş (1988), kolxozda işləmişdir (1988-1990). Hərbi xidmətdə olmuşdur (1990-1992). Milli Ordu sıralarına yazılmış (09.08.1992), Ağdərə bölgəsində döyüş yolu keçmişdir. Sürücü idi. Ağdərədə döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn edilmişdir. Allah Rəhmət etsin! Qəbri nur ilə dolsun!

    ƏLİYEV PƏRVİZ HƏSƏN OĞLU (17.03.1973-05.04.1993) - Şəhid. Beyləqan rayonu Yuxari Kəbirli kəndi Səhra qəsəbəsində anadan olmuşdur. Bakı şəhərindəki S.C.Pişəvari adına 4 saylı fars təmayüllü məktəbi bitirmiş (1990), BDU-nun filologiya fakultəsinə (qiyabi) daxil olmuşdur (1991). Sovet ordusunda xidmət etmişdir. Qarabağ hadisələri başlayanda Vətənə qayıdaraq Beyləqan Rayon Komissarlığına müraciət etmişdir. Döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçmişdir. Məngələnata yuksəkliyi uğrunda gedən döyüşdə həlak olmuşdur. Öz doğma Səhra qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  ƏLİYEV RASİM QƏNİMƏT OĞLU (27.01.1974-04.04.1993) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmişdir (1991). Rayon hərbi komissarlğının xətti ilə Əli Bayramlı (indiki Şirvan) şəhərində sürücülük ixtisasına yiyələnmişdir. Həqiqi hərbi xidmətə çağırılmış (iyun, 1992). Bakıda təlim hazırlığ keçdikdən sonra təcrübəli minaaxtaran kimi Laçın rayonunun Hoçaz kəndinə göndərilmişdir (oktyabr, 1992). Daha sonra Murovdağa göndərilən batalyonun tərkibində ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Beyləqan şəhər 3 sayli orta məktəb onun adını daşıyır. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ƏLİYEV RÖVŞƏH YAQUB OĞLU (15.08.1975-20.04.1994) - Şəhid. Beyləqan rayonu Gödəklər kəndində anadan olmuş, Gödəklər kənd səkkizillik məktəbi bitirdikdən sonra kolxozda işləmiş və axşam məktəbində təhsilini davam etdirmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış (25.01.1993). Döyüş qabiliyyəti nəzərə alaraq       Xüsusi Təyinatlı Dəstəyə daxıl edilmişdir (05.01.1994). Həmin dəstənin tərkibində Ağdam bölgəsində döyüş yolu keçmişdir. Ağdam rayonun Güllücə kəndində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Gödəklər kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ƏLİYEV SƏXAVƏT CƏBRAYIL OĞLU (1961-26.01.1994) - Şəhid. Beyləqan rayonu Aşıqalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş(1976). Sovet ordusunda xidmət etmişdir (1979-1980). Daşburun qəsəbə texniki-peşə məktəbini bitirmişdir (1981). “Partiyanın XXI qurultayı” kolxozunda mexanizator (1981-1990), Abşeron rayonu Məmmədli sovxozunda fəhlə (1980-1993) işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış (noyabr, 1993), Ağdərə bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Aşıqalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ƏLİYEV TAHİR QURBAN OĞLU (28.08.1968-24.07.1993) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, Beyləqan Şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirərək, əmək fəaliyyətinə başlamışdır (1983-1986). Sovet ordusunda xidmət etmişdir (1986-1988).  Milli Ordu sıralarına könüllü olaraq yazılmış (25.01.1993), Füzuli rayonunda döyüş yolu keçmişdir. Füzuli rayonu Yağlıvənd kəndi uğrunda gedən döyüşdə Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ƏLİYEV ZAHİD SƏTTAR OĞLU (18.07.1974-19.04.1994) - Şəhid. Cəbrayıl rayonu Qışlaq kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, Cəbrayıl bölgəsində xidmət etmişdir. Cəbrayıl rayonu Mərcanlı kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Beyləqan rayonu Mil qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ƏMİRASLANOV KƏRƏM ZEYNAL OĞLU (17.06.1975-04.06.1994) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra kolxozda işləmişdir (1991-1993). Hərbi xidmətə çağırılmış (09.08.1993), Mingəçevir, Füzuli, bölgəsində xidməti borcunu yerinə yetirmişdir. Füzuli rayonu Horadiz məntəqəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ƏSƏDOV SADİQ NOVRUZ OĞLU (24.11.1977-18.12.1996) - Şəhid. Beyləqan rayonu Yuxarı Aran kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, Naxçıvan MR ərazisində Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    ƏZİZOV ƏRŞAD HƏMDULLA OĞLU (23.02.1974-31.05.1994) - Şəhid. Beyləqan rayonu Yuxarı Çəmənli kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra mexanizator işləmişdir. Hərbiyə çağırılmış (31.07.1992), Qubadlı, Ağdam, Ağdərə, Tərtər, Beyləqan, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yuxarı Çəmənli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    FƏRƏCOV CAVANŞİR MÖHÜBBƏT OĞLU (20.01.1973-05.04.1993) - Şəhid. Beyləqan rayonu Mil qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1990). Sovet ordusunda xidmət etmişdir (1991-1992). Doğma Vətənə qayıtmış, Füzuli bölgəsində döyüşə atılmış (31.10.1992), Aşağı Veysəlli, Qızılqaya, Üryandağ, Peykanlı, Yuxarı Dilağarda, Qırmızı Bazar, istiqamətində döyüş əməliyyatlarda iştirak etmişdir. Füzuli rayonunun Yuxarı Dilağarda kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Mil qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     HACIYEV ETİBAR YASİB OĞLU (09.05.1973-15.12.1992) - Şəhid. Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1990), kolxozda işləmişdir (1990-1991). Həqiqi hərbi xidmətə çağırılmış (25.05.1991). Özbəkistan Respublikasında xidmət etmişdir. Qarabağ muharibəsi başlayanda Milli Ordu sıralarına könüllü olaraq yazılmış (noyabr, 1992), Əmiralılar kəndi uğrunda döyüş zamanı düşmən tankını məhv etmiş, özü isə qəhrəmnacasına həlak olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    HACIYEV HABİL FİKRƏT OĞLU (1971-23.06.1992) - Şəhid. Beyləqan şəhərində anadan olmuşdur. Xocalı faciyəsindən sonra Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Kəşfiyyatçı kimi Füzuli bölgəsində döyüş yolu keçmişdir. Tuğ kəndi isitiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma kəndində Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    HAQVERDİYEV AZƏR ŞƏFA OĞLU (12.04.1969-18.02.1993) - Şəhid. Beyləqan rayonu Aşaği Çəməni kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1985). Hərbi xidmət etmişdir (1987-1989). Xidməti başa vurduqdan sonra öz doğma kəndinə qayıtmışdır.  Kolxozda işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış (14.01.1993). Ağdam bölgəsində vuruşmuşdur. Xramort uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Aşağı Çəmənli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     HƏSƏNOV SEYMUR ZAMAN OĞLU (26.12.1967-15.08.1992) – Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində dünyaya göz açmış, məktəbi bitirmiş (1987), Gəray Əsədov adına kolxozda işləmişdir (1987). Hərbi xidmətdə olmuş, doğma kəndinə dönmüş və əmək fəaliyyətinə başlamışdır. M.V.Frunze adına Kiyev Ali Hərbi Ümumqoşun Komandirlər məktəbinə daxil olmuşdur (1991). Lakin burada cəmi doqquz gün oxumuşdur. Könüllü olaraq Milli Ordu sıralarına yazılmış (1991). Əfsanəvi döyüşçü Məmmədyar kişinin yaxın silahdaşı olmuşdur. Xocavənd bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunub. Dünyamalılar kənd xəstəxanası onun adını daşıyır. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun!

     HƏŞİMOV ZAKİR CƏMİL OĞLU (1967-08.05.1992) - Şəhid. Beyləqan rayonu Dünyamalilar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1984). Sovet ordusunda xidmət etmişdir (1985-1987). Sonra vətəninə dönmuşdur. Şuşada könüllülər batalyonunun sıralarında yazılmış (23.03.1992), döyüş əməliyyatlarında iştirak etmişdir. Şuşanın işğalı zamanı Şəhid olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    HƏTƏMOV RASİM LAZIM OĞLU (1974-18.08.1993) - Şəhid. Beyləqan rayonu Aşıqalılar kəndində anadan olmuş, Xalac kənd orta məktəbi bitirmiş (1992). Hərbi xidmətə çağırılmış (iyul, 1992). Laçın bölgəsində döyüş yolu keçmişdir. Laçın rayonu Səfiyan kəndi ərazisində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Aşıqalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   HÜSEYNOV BAXIŞ FƏRRUX OĞLU (19.10.1973-23.09.1993) - Şəhid. Beyləqan rayonu Şərq qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1987), ADİU-nun maliyyə iqtisad fakultəsinə daxil olmuşdur (1987). III kursda oxuyur, elmi iş üzərində işləyirdi. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (1992). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Xocavənd rayonunun Ağburun yüksəkliyi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Şərq qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    HÜSEYNOV ELŞƏN MÜRVƏTALI OĞLU (27.10.1970-07.03.1994) - Şəhid. Beyləqan rayonu Imamverdilər kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1987). Sovet ordusunda xidmət etmişdir (1988-1990). Kolxozda işləmişdir. Səfərbərliyə alınmış (02.02.1993), Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Füzuli rayonu Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma İmamvedirlər kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!  

    HÜSEYNOV ÇİNGİZ TARVERDİ OĞLU (19.08.1967-19.04.1994) - Şəhid. Beyləqan rayonu İkinci Şahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1984). Sovet ordusunda xidmət etmişdir (1986-1988). Qayıdıb öz doğma kəndində kolxozda işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Füzuli ölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonu Əhmədli, Merdinli, Əbdürrəhmalı kəndlərində döyüşmüşdür. Füzuli rayonu Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı Şəhid ollmuşdur. Öz doğma İkinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    HÜSEYNOV HÜSEYN MƏHƏMMƏD OĞLU (10.01.1967-05.05.1996) – Şəhid. Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş, hərbi xidməti başa vurmuşdur. Beyləqan Özünümüdafiə batalyonuna yazılmış, batalonun tərkibində rota komandiri olmuş, Nərgiztəpə, Şişqaya, Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Öz doğma Bahar qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     HÜSEYNOV KAMAL BABA OĞLU (26.11.1974-01.04.1993) - Şəhid. Beyləqan rayonu Şərq qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1991), tikintidə fəhlə işləmişdir (1991-1992). Hərbi xidmətə çağırılmış (30.09.1992). Milli Ordunun sıralarında Naxçıvan MR Şərur rayonunda xidmət etmiş və həmin bölgədə döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Şərq qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    İBRAHİMOV QURBAN BAXIŞ OĞLU (04.12.1974-14.04.1993) - Şəhid. Beyləqan rayonu Milabad kəndində doğulmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmışdır (19.12.1992.). Bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Xidməti borcunu yerinə yetirərkən şəhid olmuşdur. Peyğəmbərlər, Şəhidlər xiyabanında dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    İBRAHİMOV MİKAYIL MƏLİKŞAH OĞLU (09.05.1975-22.01.2005) - Şəhid. Beyləqan rayonu Türklər qəsəbəsində anadan olmuş, orta məktəbi bitirəndən sonra qəsəbədə işləmişdir (1992-1993). Hərbi xidmətə çağırılmış (05.07.1993), Füzuli, Zəngilan bölgəsində döyüş yolu keçmiş, Füzuli rayonun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür (aprel, 1994). Sonra ona Şəhidlik statusu verilmişdir. Allah Şəhidimizə rəhmət etsin!

     İMANOV İBRAHİM SABİR OĞLU (15.09.1976-20.08.1996) - Şəhid. Beyləqan rayonu Tatalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1993), hərbi xidmətə çağırılmış (1994), Goranboy, Tərtər bölgəsində döyüş yolu keçmişdir. Tərtər rayonun Borsulu kəndi istiqamətində gedən döyüşdə Şəhid olmuşdur. Öz doğma Tatalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

    İMANOV NATİQ RƏŞXAN OĞLU (26.07.1973-13.01.1994) - Şəhid. Beyləqan rayonu Imamverdilər kəndində anadan olmuş, orta məktəbi bitirmiş, kolxozda işləmişdir. Həqiqi hərbi xidmətə çağırılmış (may, 1992), Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma İmamverdilər kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    İMANOV NİYAMƏDDİN ASLAN OĞLU (01.04.1971-12.10.992) - Şəhid. Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra təsərrüfatda çalışmışdır (1988-1990). Sovet ordusunda xidmət etmişdir (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (12.09.1992). Ağdərə bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Təzəkənd kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    İSAYEV YUSİF QARACA OĞLU (1969-24.01.1994) - Şəhid. Beyləqan rayonu Aşıqalıalr kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Füzuli texniki-peşə məktəbini bitirmiş (1986). Sovet ordusunda xidmət etmişdir (1987-1989). Kolxozda işləmişdir (1989-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (noyabr, 1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Beyləqan və Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonun Aşağı Veysəlli kəndində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Aşıqalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     İSGƏNDƏROV VÜQAR NAZİM OĞLU (13.05.1971-05.01.1994) - Şəhid. Beyləqan rayonu Bahar qəsəbəsində doğulmuşdur. Məktəbi bitirmiş, Ağdam Mexanizasiya Texnikumunu bitirmişdir (1989). Sover ordu sıralarında xidmət etmişdir (1989-1991). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (oktyabr, 1993). Beyləqan Özünümüdafiə Batalyonun tərkibində Beyləqan və Fizuli ərazisində döyüş yolu keçmişdir. Fizulinin Qızılqaya isitqamətindəki döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Bahar qəsəbəsində dəfn olunmuşdur. Allah Rəhmət etsin!

      İSMAYILOV HÜSAMƏDDİN QURBAN OĞLU (17.04.1974-21.08.1993) - Şəhid. Beyləqan rayonu Şərq qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmişdir. 181 saylı texniki-peşə məktəbini bitirmiş, rayonda Avtokombinatda çilingər işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (22.10.1992.). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmiş, Xocavənd rayonu ərazisində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Şərq qəsəbəsində dəfn olunmuşdur. Şərq qəsəbə orta məktəb onun adını daşıyr (12.03.1994). Xocavənd uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaət göstərdiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmək üçün təqdimat verilmişdir. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     İSMAYILON NAZİM HƏSRƏT OĞLU (07.10.1971-19.01.1994) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmiş (1986). Gəray Əsədov adına kolxozda işləmişdir (1986). Səfərbəyliyə alınmış. Füzuli rayonunun Seyidəhmədli kəndi uğrundai gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     İSMAYILOV TEYMUR QARAKİŞİ OĞLU (10.08.1969-16.04.1994) - Şəhid. Beyləqan rayonu Dünyamalilar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Səfərbərliyə alınmış, bir sıra döyüş əməliyyatlarında iştirak etmiş, döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     İSMAYILOV VAQİF MUSATAFA OĞLU (25.11.1967-05.01.1994) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmiş (1984). Sovet ordusunda xidmət etmişdir (1985-1987). Beyləqan rayon DİŞ-də operator işləmişdir (1988-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (suntyabr, 1993). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Xocavənd, Füzuli, bölgələrində döyüş yolu keçmişdir. Ağbuurun yüksəkliyi, Aşağı Veysəlli uğrunda vuruşmuşdur. Füzuli bölgəsində Qızılqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     KƏRİMOV MAHİR TALIB OĞLU (07.07.1970-17.06.1993) - Şəhid. Beyləqan rayonu Talıbxanlı kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1987). Sovet ordusunda xidmət etmişdir (1988-1990). Mil üzümçülük sovxozunda işləmişdir (1990-191). Yenidən hərbi xidmətə çağırılmış (18.12.1991). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Aşağı Veysəlli, Dilağarda, Qızılqaya və s. ərazilərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Füzuli rayonun Qaçar kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Yeni Mil kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    KƏRİMOV SƏFƏR MÜŞTƏBA OĞLU (16.04.1970-12.01.1994) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində adan olmuş, orta məktəbi bitirmiş (1988). Sovet ordusunda xidmət etmişdir (1988-1990). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (yancar, 1993). Füzuli bölgəsində (Böyük Bəhmənli, Baba, Kərimbəyli, Şükürbəyli, Qorqan kəndlərində) döyüş yolu keçmişdir. Qorqan kəndində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    QAFAROV MÜBARİZ ƏLƏM OĞLU (07.01.1975-09.01.1994) – Şəhid. Beyləqan rayonu Aşıqalılar kəndində dünyaya göz açmış, orta məktəbi bitirmiş (1992), Aşıqalılar kəndində kolxozçu işləmişdir (1992-1993). Hərbi xidmətə çağırılmış (aprel, 1993), Milli Ordu sıralarınada Fizuli bölgəsində döyüş yolu keçmişdir. Fizuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüş zamanı Şəhid olmuşdur.Öz doğma Aşıqalılar kəndində dəfn olunmuşdur. Allah Rəhmət etsin! Qəbri nur ilə dolsun!

    QARAYEV İNŞALLAH İBRAHİM OĞLU (1960-12.03.1992) - Şəhid. Ağcabədi rayonunda anadan olmuş, orta məktəbi (1977), texniki-peşə məktəbini (1978) bitirmiş, şərab zavodunda işləmiş (1978-1979), sovet ordusunda xidmət etmiş (1979-1981), doğma kəndə qayıtmişdır. Cəlilabad rayonunda Şərabçılıq texnikumunu bitirmiş, Örənqala üzümçülük sovxozunda briqadir işləmişdir (1988-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (26.02.1992). Əsgəran bölgəsində döyüş yolu keçmişdir. Əsgəran uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Beyləqan rayonu Örənqala kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   QASIMOV İLHAM SƏFƏR OĞLU (15.10.1975-28.06.1994) - Şəhid. Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1993). Hərbi xidmətə çağırılmış (1994), Bakı şəhərində təlim hazırlığı keçdikdən sonra cəbhə bölgəsinə göndərilmişdir. Hərbi xidməti borcunu yerinə yetirərkən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yeni Mil qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   QASIMOV İSRAİL MEHDİ OĞLU (11.11.1974-14.01.1994) - Şəhid. Beyləqan rayonu Eyvazlılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş ,həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam və Füzuli bölgələrində döyüş yolu keçmişdir. Ağdərə uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Eyvazlılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   QASIMOV NATIQ YAQUB OĞLU (1973-17.08.1992) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmişdir. Hərbi xidmətə çağırılmış, Milli Ordu sıralarına özünü cəsur bir əsgər kimi göstərmişdir. Əmiralılar kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. 181 nömrəli texniki-peşə məktəbi onun adının daşıyır (12.12.192). Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

      QASIMOV VÜQAR İLDIRIM OĞLU (01.09.1971-23.10.1992) - Şəhid. Beyləqan rayonu Bolsulu qəsəbəsində anadan olmuş, Xaçınabad kənd orta məktəbi bitirmiş (1987). Sovet ordusunda xidmət etmişdir (1989-1991). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (16.08.1992). Laçın bölgəsində bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Laçın uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     QƏHRƏMANOV CAHİD ÇİNGİZ OĞLU (02.10.1984-07.07.2003) - Şəhid. Beyləqan rayonu Qəhrəmanlı kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Göranboy bölgəsində hərbi xidməti vəzifəsini yerinə yetirərkən Şəhid olmuşdur. Öz doğma Qəhrəmanlı kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     QULİYEV AYDIN ƏRZANALI OĞLU (07.09.1969-25.09.1993) - Şəhid. Beyləqan rayonu İmamverdilər kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1985), Sovet ordusunda xidmət etmişdir (1986-1988). Kolxozda işləmişdir(1986-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (03.02.1993). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Xocavənd rayonu uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma İmamverdilər kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     QULİYEV BAXŞEYİŞ MAŞALLAH OĞLU (28.04.1964-02.11.1993) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş, Bakı Rabitə Texnikumunda təhsil alırdı. Beyləqan Sutikinti Trestinin Sənaye Kombinatında işləyirdi. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

      QULİYEV ELŞƏN CƏBRAYIL OĞLU (05.1969-24.05.1993) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1986), sovet ordusunda xidmət etmişdir (1987-1989). Daşburun pambıqtəmizləmə zavodunda işləmişdir (1989-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Əmiralılar, Kuropatkino kəndlərində və Nərgiztəpə yüksəkliyi istiqamətində döyüş yolu keçmişdir. Füzuli bölgəsində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     OULİYEV ƏLİAĞA BÖYÜKAĞA OĞLU (09.02.1974-14.08.1993) - Şəhid. Beyləqan rayonu Eyvazlılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmış (1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Füzuli rayonu Qızılqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Eyvazlılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəmət etsin! Qəbri nur ilə dolsun! 

     QULİYEV FƏXRƏDDİN DƏDƏLİ OĞLU (03.01.1972-20.03.1993) - Şəhid. Beyləqan rayonu Eyvazlılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1990). Sovet ordusunda xidmət etmişdir (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Gəncə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Əsgəran və Ağdam istiqamətində döyüşmüşdür. Minomyotçu idi. Silah yoldaşları tərəfindən “Qurd Cəbrayıl” adı ilə çağırılırdı. Ağdam rayonu istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Eyvazlılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     

Yuxarı