Şəhidlər 2.

QULİYEV İLHAM MEHMAN OĞLU (15.07.1969-27.09.1988) - Şəhid. Beyləqan rayonu Mil qəsəbəsində dünyaya göz açmışdır. Sumqayıt Kimya-Texnologiya Texnikumunu bitirmişdir (1987). Hərbi xidmətə çağırılmış, Əfqanistan Respublikasında xidmət etmişdir. Əfqanıstanda Şəhid olmuşdur. Ölümündən sonra “Qızıl Ulduz” ordeni, Əfqanistan Respublikasının “Beynəlmilən əsgərə əfqan xalqının minnətdarlığı” medalı (30.09.1988; 15.05.1988) ilə iki dəfə təltif edilmişdir. Füzuli rayonu Kürdmahmudlu kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun!

     QULİYEV ŞAHLAR MUĞAN OĞLU (01.01.1975-05.01.1994) – Şəhid. Beyləqan rayonu Şərq qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmışdır (07.05.1993). Döyüş yolu Ağdam rayonundan keçmişdir. Ağdamın Əhmədağalı kəndi uğrunda gedən döyüşdə Şəhid olmuşdur.  Öz doğma Şərq qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

 QURBANOV ETİBAR RƏHİM OĞLU (01.10.1967-22.04.1994) - Şəhid. Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1984), Sovet ordusunda xidmət etmişdir (1985-1987). Sovxozda fəhlə işləmişdir (1987-1992). Bərdə Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış (dekabr, 1992), Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonun Qorqan kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Bahar qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

     QURBANOV İLQAR ƏNVƏR OĞLU (06.12.1973-14.02.1994) - Şəhid. Beyləqan rayonu İkinci Aşıqlı kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1990). Hərbi xidmətə çağırılmış (1991), Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Əmiralılar kəndi, Şişqaya, Qızılqaya yüksəkliklərı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağburun yüksəkliyi uğrunda gedən döyüş zamanı ağır yaralamnış və bir müddət sonra dünyasın dəyişmişdir. Öz doğma İkinci Aşıqlı kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    MAHMUDOV HÜMBƏT SOLTAN OĞLU (11.06.1972-01.05.1994) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, Mil qəsəbə orta məktəbini bitirmiş, 133 saylı texniki-peşə məktəbində traktorçu sənətinə yiyələnmişdir (1990). Beyləqan Sutikinti idarəsində fəhlə işləmişdir (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (30.11.1992), Füzuli bölgəsində döyüş yolu keçmişdir. Yuxarı Dilağarda, Yuxarı Veysəlli, Govşadlı, Üryandağ, Qızılqaya döyüşlərində iştirak etmişdir. Füzuli rayonun Horadiz qəsəbəsi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    MEHDİYEV RAMİZ FƏRMAİL OĞLU (01.06.1957-28.09.1993) - Şəhid. İmişli rayonu, Əliqulular kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1974). Sovet ordusunda xidmət etmişdir (1977-1979), 113 saylı Daşburun texniki-peşə məktəbində işləmişdir (1979-1991). Beyləqan Özünümüdafiə Batalyonuna yazılmış (1991), bu Batalyonun tərkibində Füzuli, Ağdam bölgəsində döyüş yolu keçmişdir. Xocavənd rayonu Kuropatkino kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Beyləqan rayonu PMK qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     MEHDİYEV SİRAC ƏHMƏD OĞLU (11.07.1974-10.12.1992) - Şəhid. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, Komsomol qəsəbə orta məktəbini bitirmişdir (1991). Hərbi xidmətə çağırılmış (31.07.1992). Qubadlının Xanlıq, Aşağı Cibikli, Çardaqlı, Laçın rayonun Güləbird, Qayğı, Fətəlitəpə, Tikanlızəmi istiqamətində aparılan döyüşlərdə iştirak etmişdir. Qubadlı rayonunun Cibikli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    MƏMMƏDOV ELÇİN CƏBRAYIL OĞLU (20.06.1975-18.02.1994) - Şəhid. Beyləqan rayonu Yeni Mil kəndində anadan olmuş, orta məktəbi bitirmiş, hərbi xidmətə çağırılmışdır (19.10.1993). Təlim hazırlığı keçdikdən sonra Cəbrayıl və Murovdağ bölgəsində döyüş yolu keçmişdir. Murovdağda döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yeni Mil kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    MƏMMƏDOV ELÇİN QARDAŞXAN OĞLU (01.01.1965-10.12.1993) – Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuşdur. Bakı şəhəri fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirmiş, ADİU-ya qəbul olmuşdur (1982). Hərbi xidmətdə olmuş (1983-1985). Ordudan tərxis olduqdan sonra təhsini axşam şöbəsində davam etdirmiş, Daxili İşlər Nazirliyi tikinti kombinatında işləmiş, Bakı Baş tikinti idarəsinin  4 saylı Evtikmə kombinatında kiçik mühəndis, texniki təhlükəsizlik mühəndisi işləmişdir (1988-1993). Milli Ordu sıralarına yazılmış (noyabr, 1993), bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zamanı Şəhid olmuşdur. Şəhidlər xiyabanında dəfn olunmuşdur. Alah Rəhmət etsin! Qəbri nur ilə dolsun!

    MƏMMƏDOV ƏLƏDDİN NURƏLİ OĞLU (1963-02.11.1992) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1980), Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Əmiralılar, Kuropatkino, Muğanlı kəndinin müdafiyəsində fəal iştirak etmişdir. Əmiralılar kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   MƏMMƏDOV ƏLİ ZÜLFƏLİ OĞLU (22.12.1972-12.03.1992) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmiş, 181 saylı texniki-peşə məktəbini bitirmişdir. Ağdamda “Qarabağ şahinləri” dəstəsinə yazılmış (28.02.1992), həmin dəstənin tərkibində döyüş yolu keçmişdir. Əsgəran rayonunun Xramort kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Beyləqan Uşaq-Gənclər Şahmat Məktəbi onun adını daşıyır. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   MƏMMƏDOV ƏLİHEYDƏR QƏNİ OĞLU (27.01.1955-27.05.1992) - Şəhid. Ağcabədi rayonu, Poladlı kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Bakı Bədən Tərbiyəsi Texnikumunu və Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Uzun muddət Təzəkənd orta məktəbində müəllim, kolxozda yemçilik briqadiri işləmişdi. Xocalı faciyəsindən (26.02.1992) sonra Milli Ordu sıralarına könüllü olaraq yazılmış (01.03.1992), Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. “Qrad” artilleriya qurğusunu idarə edirdi. Döyüşlərin birində Şəhid olmuşdur. Beyləqan rayonu Təzəkənd kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   MƏMMƏDOV İMAMQULU KAMAL OĞLU (01.07.1959-26.06.1995) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Mühəndis idi. Füzuli bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   MƏMMƏDOV MEHMAN İDRİS OĞLU (1971-21.01.1993) - Şəhid. Bilasuvar rayonu, Mixaylovka kəndində anadan olmuş, Beyləqan şəhəri 2 saylı orta məktəbi (1989), Bərdə rayonunda sürücülük məktəbini bitirmişdir. Bir müddət “Görüş” restoranında işləmişdir. Hərbi xidmətə çağırılmış, Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Füzuli rayonunun Yuxarı Dilağarda kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!  

   MƏMMƏDOV MURAD POLAD OĞLU (09.09.1973-26.01.1994) - Şəhid. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1990), kənddə təsərrüfatla məşqul idi. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (20.11.1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Muğanlı, Əmiralılar kəndlərinin Nərgiztəpə yüksəkliyinin müdafiəsində igidlik göstərmiş, Şişqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   MƏMMƏDOV TAĞI HEYDƏR OĞLU (04.09.1967-04.01.1993) - Şəhid. Beyləqan rayonu Qəhrəmanlı kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1984). Sovet ordusunda xidmət etmişdir. Sovxozda fəhlə işləmiş, Bakı Sənaye Texnikumunu bitirmişdir. Mil üzümçülük sovxozunda təlimatçı-müəllim işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında qısa, amma şərəfli döyüş yolu keçmiş, və döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Qəhrəmanlı kəndində dəfn olunmuşdur. Qəhrəmanlı kəndinin ilk Şəhid özladıdr. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  MƏHƏMMƏDOV YASİN MƏHƏMMƏD OĞLU (04.12.1966-19.04.1994) - Şəhid. Beyləqan rayonu Yuxarı Aran kəndində doğulmuş, orta  məktəbi bitirmiş (1983), sovet ordusunda hərbi xidmətdə olmuşdur (1985-1987). Doğma kəndində təsərrüfatla məşğul idi (1987-1994). Milli ordu sıralarına könüllü olaraq yazılmış (mart, 1994), Fizuli bölgəsində döyüş yolu keçmiş. Qorqan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun!

   MƏNSİMOV AKİF NƏSİB OĞLU (10.1967-08.01.1994) - Şəhid. Beyləqan rayonu YENİ Mil qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1985). Sovet ordusunda xidmət etmişdir (1986-1988). Doğma kəndində işləmişdir. Həqiqi hərbi xidmətə çağırılmış (13.07.1993), Milli Ordu sıralarına Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Aşağı Yağlıvənd, Aşağı Əbdürrəhmanlı kəndlərinin düşməndən azad edilməsində iştirak etmişdir. Füzuli rayonun Qorqan kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yeni Mil qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   MİRZƏYEV MƏHƏBBƏT ZAMAN OĞLU (16.12.1993-02.04.2016) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (2012). Hələ orta məktəbdə oxuyarkən hərbiyə olan marağı özünü əks etdirmişdir. O məktəbin "Şahinlər", "Cəsurlar" hərbi oyunlarinda fəal iştirak etmişdir. Həqiqi hərbi xidmətə çağırılmışdır (09.07.2012). Əsgərlik müddətini Biləcəri və Gəncə şəhər N-saylı hərbi hissələrində rabitəçi kimi başa vurmuşdur. 2014-cü il yanvar ayının 1-də əsgərlik xidmətini bitirdikdən sonra vətənə xidmətini Beyləqan rayon N-saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmişdir. Bir müddət burda xidmət etdikdən sonra kəşfiyyata olan marağı onu aprelin 3-ü 2015-ci ildə Cəlilabad ray N-saylı hərbi hissədə Xususi Təyinatlı Qüvvələrin kursuna yazılmağa vadar etdi. O bu kursu böyük uğurla keçdi. Dəfələrlə gizli döyüşlərdə şücayət göstərmişdir. 2015-ci il avqust ayının 18-i Çin Xaıq Respublikasının Quançuhau şəhərinə xüsüsi təlimə yola düşür. Orda hərbin bütün sirlərinə yiyələnir. Atıcı-Snayperçi kimi ixtisaslaşır. Eyni zamanda Kitay-Uşusu idman növü üzrə ixtisaslaşmışdır. Həmin kursuda yüksək nəticə və fərqlənmə ilə bitirdikdən sonra vətənə dönərək xidmətini davam etdirmişdir. Məhəbbət Mirzəyev aprelin 4-ü 2016-ci ildə Tər-tər Talışkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin cənazəsi tam 1 həftə neytral zonada qalmış, heç bir xəbər çıxmamışdır. Şəhid olandan evvəl yaralı halda mənfur düşmənlərin əlinə keçməmək üçün əlində qumbaranı açıq vəziyyətdə tutaraq keçinmişdir. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Öz doğma Dünyamalilar kəndinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

     MURADOV MÜBARİZ QƏMBƏR OĞLU (19.07.1973-14.08.1993) - Şəhid. Beyləqan rayonu Eyvazalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (992), hərbi xidmətə çağırılmış (1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Qızılqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Eyvazalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   MURADOV ORUC YÜSİF OĞLU (25.12.1967-23.08.1995) – Şəhid. Beyləqan rayonu Qəhrəmalı kəndində qoğulmuş, orta məktəbi bitirmiş, hərbi xidməti başa vurmuş, müxtəlif işlərdə çalışmışdır. Könüllü olaraq Milli Ordu sıralarına yazılmış, Ağdam bölgəsində döyüş yolu keçmiş və Şəhid olmuşdur. Öz doğma Qəhrəmanlı kəndində dəfn edilmişdir. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

  MURADOV YURİ QALAMİRZƏ OĞLU (10.01.1958-29.06.1992) - Şəhid. Krasnodar vilayəti Rubinsk rayonu Baradino qəsəbəsində anadan olmuş, orada orta məktəbi bitirmiş və əmək fəliyyətinə başlamışdır. Beyləqan rayonunun Təzəkənd kəndinə köçmüş (1990), orta məktəbdə hazırlıq müəllimi işləmişdir (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (24.03.1992). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Dilağarda kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Təzəkənd kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  MUSTAFAYEV ALLAHVERDİ ƏHMƏDALI OĞLU (15.07.1957-16.121992) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Həkim işləyirdi. Qarabağ müharibəsində Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   MUSTAFAYEV ELBRUS ƏLƏKBƏR OĞLU (19.07.1964-17.01.1994) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmiş, sovet ordusunda xidmət etmiş, doğma kəndinə qayıtmışdır. Əmək fəaliyyəti ilə məşqul olmuşdur. Milli Ordu sıralarına könüllü olaraq yazılmış (oktyab, 1993). Beyləqan və Füzuli bögələrində döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    MUSTAFAYEV RAQUB YAQUB OĞLU (28.04.1975-17.03.1994) - Şəhid. Beyləqan rayonu Bolsulu kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra fəhlə işləmişdir. Həqiqi hərbi xidmətə çağırılmış, Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonu Horadiz əqəsəbəsi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Bolsulu kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    NƏCƏFOV SEYFƏDDİN ELDAR OĞLU (22.08.1966-24.07.1993) - Şəhid. Beyləqan rayonu Aşıqalılar kəndində anadan olmuş, Xalac kənd orta məktəbi bitirmiş (1992), kolxozda işləmişdir (1982-1984). Sovet ordusunda xidmət etmişdir (1984-1985). Qayıdandan sonra öz doğma kəndində müxtəlif işlərdə işlməşdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış, Beyləqan, Füzuli, Şuşa bölgələrində döyüş yolu keçmişdir. Döyüş qabiliyyətinə görə Xüsusi Təyinatlı Dəstəyə daxil edilmiş (1993), bu dəstənin tərkibində döyüşmüşdür. Ağdam bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Aşıqalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

    NƏSİBOV RAMİK YASİF OĞLU (13.06.1971-08.01.1971) - Şəhid. Beyləqan rayonu Binnətli kəndində anadan olmuş, kənd orta məktəbi bitirmiş(1988). Sovet ordusunda xidmət etmişdir (1989-1991). Doğma kəndinə qayıtmış, Milli Ordu sıralarına könüllü olaraq yazılmış, Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Binnətli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   NƏSİROV QOŞQAR NƏSİR OĞLU (19.02.1973-19.08.1994) - Şəhid. Beyləqan rayonu Tatalılar kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış. Füzuli bölgəsinin Böyük Bəhmənli, Babı, Kərimbəyli, Şükürbəyli, Seyidəhmədli kəndlərindən döyüş yolu keçmişdir. Xaçınabad yol-patrul növbəsində xidməti borcunu yerinə yetirərkən Şəhid olmuşdur. Öz doğma Tatalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  NƏSİRV ELŞƏN QARA OĞLU (18.04.1968-17.06.1993) - Şəhid. Beyləqan şəhərində anadan olmuş, Beyləqan şəhər Namiq Allahverdiyev adına 1 saylı orta məktəbi bitirmiş, “Dostluq” təsərrüfatında mexanizator işləmiş, sovet ordusunda xidmət etmişdir (1987-1989). Yenidən hərbi xedmətə çağırılmışdır (16.12.1992). Yuxarı Veysəlli, Qacar, Divanalılar kəndlərinin müdafiəsində iştirak etmişdir. Füzuli rayonun Qacar kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Beyləqan şəhərində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  NƏSİROV RİZVAN YUSİF OĞLU (1974-03.03.1993) - Şəhid. Beyləqan rayonu Birinci Əlinəzərli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1991). Hərbi xidmətə çağırılmış, Milli Ordu sıralarına Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonu Kuropatkino kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Əlinəzərli kəndində dəfn olunmuşdur. Birinci Əlinəzərli kənd orta məktəbi onun adını daşıyır. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   NƏZƏROV YAVƏR DOSTALI OĞLU (1975-1999) - Şəhid. Beyləqan rayonu Xalac kəndində anadan olmuş, orta məktəbi bitirmiş 1992), kolxozda işləmişdir (1992-1993). Hərbi xidmətə çağırılmış (may, 1993). Milli Ordu sıralarına Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Kürdmahmudlu, Alıxanlı, Qaraxanbəyli kəndlərinin azad olunmasında iştirak etmişdir. Füzuli rayonunda döyüş zamanı yaralanmış və Şəhid olmuşdur. Beyləqan rayonu Peyğəmbərlər qəbiristanlığında dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  NİYAZOV EYVAZ ORUC OĞLU (26.10.1970-03.01.1993) - Şəhid. Beyləqan rayonu Yuxarı Aran kəndində anadan olmuş, Komsomol qəsəbə orta məktəbi bitirmiş (1987), sovet ordusunda xidmət etmişdir (1988-1989). Sonra öz doğma kəndində təsərrüfatla məşqul olmuşdur (1989-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (31.07.1992). Ağdam, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən ağır döyüşlərin birində Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

  RƏHİMOV NAHİD TANRIVERDİ OĞLU (1975-03.03.1996) - Şəhid. Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmış, Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonu Alıxanlı kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   RƏHİMOV VÜQAR KAMAL OĞLU (1972-12.10.1992) - Şəhid. Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, orta məktəbi bitirmiş, hərbi xidmətə çağırılmış, xidməti borcunu Ağdərədə yerinə yetirmişdir. Ağdərə rayonu uğrunda gedən döyüşlərin birində Şəhid olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   RÜSTƏMOV ELBRUS MƏTLƏB OĞLU (05.09.1970-14.04.1993) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1987), Daşburun pambıqtəmizləmə zavodunda fəhlə işləmişdir (1987-1988). Sovet ordusunda xidmət etmişdir (1988-1990). Xidmətdən qayıdandan sonra Daşburun pambıqtəmizləmə zavodunda işləmişdir (1990-1993). Milli Ordu sıralarında döyüşmüş, Əmiralılar kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   RÜSTƏMOV ƏLİ ƏVƏZ OĞLU (24.03.1970-24.07.1993) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, 2 saylı Şahsevən orta məktəbi bitirmiş (1987), sovet ordusunda xidmət etmişdir (1988-1990). Beyləqan Rayon Qaz İdarəsində sürücü işləmişdir (1990-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (yanvar, 1993). “Qrad” qurğusunu idarə edridi. Döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

  RÜSTƏMOV ƏLÖVSƏT ABBASƏLİ OĞLU (23.02.1970-05.01.1994) - Şəhid. Beyləqan rayonu Qəhrəmanlı kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1987), sovet ordusunda xidmət etmişdir (1988-1990). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (may,1992). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Mahmudlu,Şükürbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndlərinin ermənilərdən geri almasında iştirak etmişdir. Yuxarı Seyidəhmədli kənd uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Qəhrəmanlı kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   RÜSTƏMOV ƏZƏMƏT MƏHƏMMƏD OĞLU (15.08.1975-06.03.1994) - Şəhid. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992). Hərbi xidmətə çağırılmış (10.04.1993). Milli Ordu sıralarına Füzuli bölgəsində döyüş yolu keçmişdir. Qaraməmmədli, Zərgər, Qərvənd, Əbdürrəhmanlı, Şükürbəyli, Qaraxanbəyli, Seyidəhmədli, Qorqan kəndlərinin azad olunması uğrunda mərdiklə vuruşmuşdur. Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Peyğəmbər qəbiristanlığı, Şəhidlər xiyabanında dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   RÜSTƏMOV HAFİZ SƏRVƏR OĞLU (01.01.1974-23.09.1993) – Şəhid. Beyləqan rayonu Eyvazalılar kəndində doğulmuş, orta məktəbi bitirmiş (1992). Hərbi xidmətə çağırılmışdır (1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Beyləqan ərazisində döyüş zamanı Şəhid olmuş, öz doğma Eyvazlılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə Rəhmət etsin! Qəbri nur ilə dolsun!

    RÜSTƏMOV TOFİQ LİLİŞ OĞLU (15.09.1970-04.01.1993) - Şəhid. Beyləqan rayonu  Təzəkənd kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1987), sovet ordusunda xidmət etmişdir (1988-1990). Öz doğma kəndinə qayıtmış, kolxozda işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış (16.10.1992). Ağdam, Füzuli bölgələrindən döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Təzəkənd kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   RZAYEV ƏLƏMDAR SULDUZ OĞLU (25.08.1961-26.12.1993) - Şəhid. Beyləqan rayonu Yuxari Çəmənli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1978). Sovet ordusunda xidmət etmiş, öz doğma kəndinə qayıtmış, kolxozda işləmişdir. Belarusda hərbi məktəb bitirmiş, təyinatla Azərbaycana qayıtmış, Gəncə şəhərində hərbi hissədə xidmət etmişdir. Tərtər , Ağdərə bölgəsində döyüş yolu keçmişdir. Ağdərə rayonunun Madagiz kəndi ərazisində döyüş zamanı Şəhid olmuşdur. “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir (ölüçündən sonra). Öz doğma Yuxarı Çəmənli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  RZAYEV ƏLƏMDAR MEHDİ OĞLU (1971-10.05.1992) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1988). Sovet ordusunda xidmət etmiş, həm sürücü həm də qaynaqçı kimi xidməti borcunu yerinə yetirmişdir (1989-1991). 23 saylı SMD-də qaynaqçı işləmişdir (1991-1992). Ağdamda könüllülər batalyonuna yazılmış (fevral, 1992), kəşfiyatçı kimi döyüş yolu keçmişdir. Beyləqan Özünümüdafiə Batalyonu yaradılandan sonra, onun sıralarında Füzuli bölgəsində vuruşmuş, Əmiralılar, Kuropatkino, Muğanlı, Nərgiztəpə ərazilərinin müdafiəsində iştirak etmişdir. Füzuli bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   SALMANOV SALMAN ASLAN OĞLU (15.07.1975-10.05.1994) - Şəhid. Beyləqan rayonu Tatalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1993). Hərbi xidmətə çağırılımışdır (yanvar,1994). Tərtər bölgəsində döyüş yolu keçmişdir. Qırmızıkənddə döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Tatalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   SARIYEV SƏİD ƏHƏD OĞLU (02.09.1974-26.01.1994) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1991). Fəhlə işləmişdir (1991-1992). Hərbi xidmətə çağırılımış (sentyabr, 1992). Naxçıvan bölgəsində xidməti borcunu yerinə yetirmişdir. Sədərəkdə döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  SƏFƏROV İLHAM ƏLİ OĞLU (1968-04.01.1993) - Şəhid. Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1985), sovet ordusunda xidmət etmişdir (1986-1988). Doğma kəndinə qayıtmış. Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (dekabr, 1992). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Təzəkənd kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   SƏFƏROV ŞAHİN AĞAVERDİ OĞLU (1974-05.01.1994)) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, 2 saylı Şahsevən kənd orta məktəbi bitirmiş (1991). Daşburun pambıqtəmizləmə zavodunda çilingər işləmişdir (1991-1992). Milli ordu sıralarında xidmətə başlamış (avqust, 1992), Qubadlı və Cəbrayıl bölgəsində döyüş yolu keçmişdir. Ağdam bölgəsində ağır döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   SƏFƏROV ULDUZ MEYXOŞ OĞLU (01.01.1980-09.02.2000) – Şəhid. Beyləqan rayonu Yuxarı Aran kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, Göranboy rayonunda gedən döyüşlərdə Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olumuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun.

   SƏHLİYEV MOBİL QARSALAN OĞLU (01.09.1974-19.01.1994) - Şəhid. Xocavənd rayonu Qarakənd kəndində anadan olmuş, orta məktəbi bitirmiş, təsərrüfatda, sonra isə pambıqtəmizləmə məntəqəsində işləmişdir. Həqiqi hərbi xidmətə çağırılmış (iyun, 1992), müxtəlif bölgələrdə döyüş yolu keçmişdir. Kəlbəcər bölgəsində, Murovdağda gedən ağır döyüşlərdə, döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Qarakənd kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   SƏLİMOV YADİGAR KƏRİM OĞLU (01.11.1970-04.01.1993) - Şəhid. Beyləqan rayonu Aşıqalılar kəndində anadan olmuş, Əhmədli kənd orta məktəbini bitirmiş (1987). Sovet ordusunda xidmət etmiş (1987-1989), Daşburun texniki-peşə məktəbini bitirimişdir (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (10.12.1992). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Aşıqalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   SÜLEYMANOV BƏDİRXAN İNQİLAB OĞLU (06.11.1974-24.01.1994) - Şəhid. Beyləqan rayonu Əmirzeyidli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1991). Kolxozda işləmişdir. Hərbi xidmətə çağırılmış (noyabr, 1992). Qusar rayonunda xidmət etmiş, Ağdərə rayonunda döyüş yolu keçmişdir. Ağdərə rayonun Akop-Kəməri kəndi istiqamətində gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Əmirzeyidli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

   SÜLEYMANOV NİYAMƏDDİN XƏLİL OĞLU (21.11.1974-14.01.1993) - Şəhid. Beyləqan rayonu Eyvazalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992). Hərbi xidmətə çağırılmış, Xüsusli Təyinatlı Dəstənin tərkibində döyüş yolu keçmişdir (1992-1993). Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Eyvazalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  SÜLEYMANOV SƏDİ ALLAHVERDİ OĞLU (28.12.1970-05.05.1995) – Şəhid. Beyləqan rayonu Əlinəzərli kəndində anandan olmuş, orta məktəbi bitirmiş (1987), sovet ordusunda hərbi xidmətdə olmuş (1987-1989), kənddə mexanizator işləmişdir. Səfərbərliyə alınmış (noyabr, 1992). Fizuli bölgəsində döyüş yolu keçmişdir. Xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışından Şəhid olmuşdur. Öz doğma Əlinəzərli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!!! 

  ŞİRİNOV İNQİLAB ŞİRİN OĞLU - (20.12.1957-08.05.1992) – Şəhid. Beyləqan rayonu Allahyarlı kəndində doğulmuş, orta məktəbi burada bitirmiş (1973), sovet hərbi kontingentinin tərkibində Almaniyada xidmət etmişdir (1975-1977). Hərbi xidmət dövründə top nişançısı, tank komandiri olmuşdur. Xocalı faciyəsindən sonra Qarabağa yollanmış, Elçin Məmmədovun komandir olduğu batalyonda tankçı kimi döyüş yolu keçmişdir. Şuşa istiqamətində döyüşdə Şəhid olmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

  ŞİRİNOV ZAKİR ƏBDÜL OĞLU (1966-23.02.1994) - Şəhid. Beyləqan rayonu Xalac kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1983), sovet ordusunda xidmət etmiş (1984-1986), kolxozda işləmişdir (1986-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (aprel, 1993), Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Xalac kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  ŞÜKÜROV ELSEVƏR ƏVƏZ OĞLU (25.01.1962-30.01.1994) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi və İnşaat Mühəndislər İnstitutunu bitirmişdir (1985). Təyinatla Beyləqan rayonuna qayıtmış, ixtisası üzrə müxtəlif vəzifələrdə işləmişdir (1985-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (noyabr, 1993). Beyləqandan təşkil edilmiş rotanın komandiri olmuş, Qubadlı, Laçın, Xocavənd, Ağdam, Ağdərə bölgələrində döyüş yolu keçmişdir. Füzuli bölgəsindəki Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Azərbaycann Respublikası Prezidentinin Fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları fədakarlıqla yerinə yetirdiyinə görə “Hərbi xidmətlərə görə”medalı ilə təltif edilmişdir (ölümündən sorna). Beyləqan şəhərində mərkəzi stadiona onun adı verilmişdir. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ŞÜKÜROV İBADƏT İBİŞ OĞLU (1965-04.03.1994) - Şəhid. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1983). Sovet ordusunda xidmət etmiş (1984-1986), doğma kəndində təsərrüfatla məşqul olurdu. Səfərbəyliyə alınmış (08.04.1993). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonun Şükürbəyli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  VƏLİYEV ELŞƏN SALMAN OĞLU (01.02.1973-06.04.1996) - Şəhid. Beyləqan rayonu Mayak qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1990). Sovet ordusunda xidmət etmişdir (1991). Milli Ordu sıralarında Göranboy bölgəsində döyüş yolu keçmişdir. Xidməti vəzifəsini yerinə yetirərkən mina patlayışı zamanı Şəhid olmuşdur. Öz doğma Mayak qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  YAQUBOV TELMAN FƏRMAN OĞLU (12.03.1967-26.01.1994) - Şəhid. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1984), sovet ordusunda xidmət etmişdir (1985-1987). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (1992). Füzuli bölgəsində (Kərimbəyli, İşıqlı, Qorqan kəndlərində) döyüş yolu keçmişdir. Füzuli bölgəsində döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Birinci Şahsevən kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  YUSİFOV MƏHƏMMƏD MÜRŞÜD OĞLU (22.03.1963-16.04.1994) - Şəhid. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1981), sovet ordusunda xidmət etmişdir (1982-1984). Doğma kəndində təsərrüfatla məşğul olmuşdur (1984-1994). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (19.03.1994). Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonun Böyük Bəhmənli, Seyidəhmədli, Babı, Şükürbəyli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Füzuli rayonunun Qorqan kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Yuxarı Aran kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  YUSİFZADƏ ELNUR BALAY OĞLU (05.06.1980-12.06.1999) - Şəhid. Beyləqan rayonu Mil qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş, hərbi xidmətə çağırılmışdır. Tərtər bölgəsində xidmət etmişdir. Tərtərin Qapanlı istiqamətindəki gedən döyüşlərdə Şəhid olmuşdur. Öz doğma Mil qəsəbəsində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

  ZALOV NAMİQ ƏVƏZ OĞLU (01.07.1975-12.04.1995) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Gəray Əsədov adına kolxozda işləmişdir. Hərbi xidmətə çağırılmış, Füzuli bölgəsində döyüş yolu keçmiş və döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

  ZAMANOV QORXMAZ MƏHƏMMƏD OĞLU (08.03.1974-04.12.1992) - Şəhid. Beyləqan rayonu Kərimbəyli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1991), hərbi xidmətə çağırılmış (04.08.1992. Laçın rayonun Horadiz kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş və Şəhid olmuşdur. Öz doğma Kərimbəyli kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun! 

   ZEYNALOV QABİL ABBAS OĞLU (05.12.1972-14.08.1993) – Şəhid. Beyləqan rayonu Kəbirli kəndində doğulmuşdur. Kəbirli kənd orta məktəbini bitirmiş, kolxozda işləmişdir. SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış (14.12.1990), 1992-ci ildə hərbi xidməti yarımçıq qoyaraq Milli Ordu sıralarına daxil olmuşdur (23.03.1993). Beyləqan batalyonunun sıralarında Fizuli bölgəsində döyüşmüşdür. Fizuli rayonunda Qızılqaya ərazisində gedən döyüşdə Şəhid olmuşdur. Öz doğma Kəbirli kəndində dəfn olnmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur olə dolsun!

   ZEYNALOV VAQİF MUSA OĞLU (04.08.1955-27.01.1994) - Şəhid. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1972). Səttarxan adına maşınqayırma zavodunda fəhlə işləmişdir (1972-1980). Sovet ordusunda xidmət etmişdir (1974-1976), istehsalatdan ayrılmadan ADPİ-nin (indiki N.Tusi adına ADPU) ümumtexniki fənlər və fizika fakultəsini bitirmişdir (1980). Dünyamalılar kənd orta məktəbində müəllim işləmişdir (1980-1993). Hərbi xidmətə çağırılmış (28.10.1993). Füzuli və Beyləqan bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Öz doğma Dünyamalılar kəndində dəfn olunmuşdur. Allah Şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun.

                                               

Yuxarı