İtkinlər

ABBASOV SAHİB TOFİQ OĞLU (20.12.1974) – İtkin. Beyləqan rayonu Milabad kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmış (24.12.1992). Ağdərə bolgəsində döyüş yolu keçmişdir. Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdür (08.02.1993).

   ABDULLAYEV ŞİKAR İBİŞ OĞLU (20.01.1974) - itkin. Beyləqan rayonu Bolsulu kəndində anadan olmuş, Təzəkənd orta məktəbini bitirmiş (1991), kolxozda fəhlə işləmişdir (1991-1992). Hərbi xidmətə çağırılmış, Füzuli bölgəsində döyüş yolu keçmişdir. Şişqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (26.01.1994).

   ASLANOV AQİL MƏTLƏB OĞLU (04.03.1973) - İtkin. Beyləqan rayonu Eyvazlılar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür (06.04.1993).  

   ASLANOV SEYMUR ELMİDAR OĞLU (27.03.1975) - İtkin. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra çörək zavodunda fəhlə işləmişdir (1990-1993). Ağdamın Şahbulaq ərazisində döyüşlərdə iştirak etmişdir. Həmin ərazidə də döyüş zamanı itkin düşmüşdür (23.07.1993).

  CƏFƏROV SARVAN ƏLİF OĞLU (08.06.1974-) – İtkin. Beyləqan rayonu Qəhrəmanlı kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992). Hərbi xidmətə çağırılmışdır (05.10.1992). Füzuli və Ağdam rayonlarında döyüş yolu keçmişdir. Füzuli rayonu Qorqan ərazisində döyüş zamanı itkin düşmüşdür (26.01.1994)

   EYVAZOV İSMAYIL ŞÜKÜR OĞLU (1970) – İtkin. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1987). Sovet ordusunda xidmət etmiş (1988-1990), doğma kəndində işləmişdir. Şuşa könüllülər batalyonuna yazılmışdır (23.03.1992). Döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Şuşanın işğalı zamanı itkin düşmüşdür (08.05.1992).

  ƏLİYEV ELNUR YAQUB OĞLU (23.03.1975) - İtkin. Beyləqan rayonu Aşıqalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmışdır (may, 1993). Xüsusli Təyinatlı Dəstənin tərkibində Tərtər və Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli Rayonun Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (07.03.1994).

    ƏLİYEV HAFİZ BİLİŞ OĞLU (1972) - İtkin. Beyləqan rayonu Əhmədli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Milli ordu sıralarında döyüş yolu keçmişdir. Füzuli bölgəsində gedən döyüşlərdə itkin düşmüşdür (23.04.1994).

   ƏZİZOV RÜSTƏM MƏHƏDDİN OĞLU (17.09.1974) - İtkin. Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmışdır. Beyləqan, Ağdərə, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonunun Qaravənd kəndi uğrunda gedən döyüş zamanı inkin düşmüşdür (27.01.1994).

   FƏRƏCOV MAYİS ŞƏMİL OĞLU (09.05.1970) - İtkin. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1987), sovet ordusu sıralarında Macarıstanda, Saxalində xidmət etmişdir (1988-1990). Doğma kəndinə qayıtdıqdan sonra təsərrüfatla məşqul olmuşdur (1990-1992). Şuşada könüllülər batalyonuna yazılmış (23.03.1992), ağır döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Şuşanın uğrunda gedən döyüşlərdə itkin düşmüşdür (08.05.1992). 

   FƏRZƏLİYEV MEHDİ FƏRZALI OĞLU (03.01.1971) - İtkin. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, 2 saylı Daşburun orta məktəbi bitirmiş (1988), sovet ordusunda xidmət etmiş (1989-1991). Daşburun daşçınqıl karxanasında fəhlə (1991-1992), Daşburun pambıqtəmizləmə zavodunda fəhlə (1992-1993) işləmişdir. Səfərbəyliyə alınmış (02.02.1993, Ağdərə, Füzuli bölgələrində döyüş yolu keçmişdir.  Füzuli rayonu Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür (10.04.1993).

   HƏSƏNOV RAUF VƏLİQULU OĞLU (28.01.1973) – İtkin. Beyləqan rayonu Birinci Aşıqılı kəndində anadan olmuş, orta məktəbi bitirmiş, sovet ordusunda xidmət etmiş (1989-1991), hərbi xidmətə çağırılmış (iyun,1992), Ağdam bölgəsində döyüş yolu keçmişdir. Ağdam rayonunun Qazançılar kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (iyul, 1992). Birinci Aşıqlı kənd orta məktəbi onun adını daşıyır.   

   HÜSEYNOV ZÜLFÜQAR HÜSEYN OĞLU (1970) - İtkin. Beyləqan rayonu Əhmədli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1987), sovet ordusunda xidmət etmişdir (1988-1990). Kənddə təsərrüfatla məşğul olmuşdur. Milli Ordu sıralarında döyüşmüş (1992), Ağdam rayonun Salahlı kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (27.12.1993).

   XƏLILOV VÜQAR TOFİQ OĞLU (23.10.1973) - İtkin. Beyləqan rayonu Gödəklər kəndində anadan olmuş, orta məktəbi bitirdikdən (1990) sonra, kolxozda işləmişdir (1990-1992). Hərbi xidmətə çağırılmış (04.05.1992), Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında döyüş yolu keçmişdir. Füzuli rayonu Əbdürrəhmənli kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (26.01.1994).   

  XUDİYEV MEHMAN MƏHƏMMƏDLİ OĞLU (23.09.1968) - itkin. Beyləqan rayonu Qəhrəmanlı kəndində anadan olmuş, orta məktəbi bitirdikdən (1985) sonra, sovet ordusunda xidmət etmişdir (1986-1988). Ağdam Kənd təsərrüfatı Texnikumuna daxil olmuş (1988), Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır (23.03.1993). Füzuli rayonu Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (07.03.1994).

   İSAMAYILOV NAZİM HƏSRƏT OĞLU (07.10.1971) - İtkin. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmiş (1988), sovet ordusunda xidmət etmişdir (1989-1991). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (16.08.1992), Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Beyləqan, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Döyüşlərin birində itkin düşüşdür (19.01.1994).

   QARAYEV İFTİXAR HƏBİB OĞLU (30.08.1974) - itkin. Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1991), hərbi xidmətə çağırılmış (30.09.1992). Beyləqan Özünümüdafiə Batalyonu sıralarında Beyləqan və Füzuli bölgələrində döyüş yolu keçmişdir. Şişqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (27.01.1994).

   QULİYEV ARZUMAN MƏHƏMMƏD OĞLU (26.01.1974) - İtkin. Beyləqan rayonu Səhra qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmışdır. Beyləqan Özünümüdafiə Batalyonu sıralarında Füzuli bölgəsində döyüş yolu keçmişdir. Şişqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (27.01.1994).

   QULİYEV CABBAR ALLAHVERDİ OĞLU (1965)) - itkin. Beyləqan rayonu Gödəklər kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1982), sovet ordusunda xidmət etmişdir (1983-1985). Kolxozda mexanizator işləmişdir (1985-1993). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (02.11.1993, Beyləqan Özünümüdafiə Batalyonu sıralarında Beyləqan, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Veysəlli kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (17.02.1994).

   QULİYEV RAMİQ QARACA OĞLU (07.10.1974) - İtkin. Beyləqan rayonu İmamverdilər kəndində anadan olmuş, orta məktəbi bitirdikdən (1991) sonra hərbi xidmətə çağırılmış (08.10.1992), Laçın, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Kəlbəcər bölgəsində gedən döyüşlərdə itkin düşmüşdür (28.03.1993).

   NAMAZOV RƏHİM RƏHMAN OĞLU (20.07.1974) - itkin. Beyləqan rayonu Yuxarı Çəmənli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1991), kolxozda işləmişdir (1991-1992). Hərbi xidmətə çağırılmış (05.10.1992), Ağdərə, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Qızılqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (14.08.1993).

    MƏHƏRRƏMOV ƏLFİ ƏHLİMAN OĞLU (25.07.1975) – İtkin. Beyləqan rayonu Yuxari Aran kəndində anadan olmuş, orta məktəbi bitirdikdən (1991) sonra kənddə təsərrüfatla məşğul olmuşdur (1992-1993). Hərbi xidmətə çağırılmış (10.10.1993), Murovdağda vuruşmuşdur. Kəlbəcər rayonunda gedən döyüşlərdə itkin düşmüşdür (06.03.1994).

  MƏMMƏDOV İLTİFAT ƏLİYUSİF OĞLU (08.01.1970) - itkin. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1987), sürücülük ixtisasına yiyələnməşdir, elektrik qaynaqçısı işləmişdir (1987-1992). Könüllü olaraq Şusa batalyonuna yazılmış (23.03.1992), bir sıra uğurlu əməliyyatlarda iştirak etmişdir. Şuşanın işğalı zamanı itkin düşmüşdür (08.05.1992).

  MƏMMƏDOV NAZİM ƏLƏKBƏR OĞLU (02.02.1964) - İtkin. Beyləqan rayonu Bunyadlı kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1981), sovet ordusunda xidmət etmişdir (1982-1984), səfərbəyliyə alınmış (21.04.1994), Tərtər bölgəsində döyüş yolu keçmişdir. Ağdərədə uğrunda gedən döyüş zamanı itkin döşmüşdür (29.04.1993).

   MƏMMƏDOV VÜSAL AMANXAN OĞLU (25.02.1974) - İtkin. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmiş (1991), Maddi Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində əmək fəaliyyətinə başlamışdır (1992). Hərbi xidmətə çağırılmış (30.08.1992), əvvəlcə Beyləqan Özünümüdafiə Batalyonunun (30.08.1992-mart, 1993), sonra Füzuli batalyonunun (mart, 1993) sıralarında döyüş yolu keçmişdir. Füzuli rayonunun Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür (14.08.1993).

   MURADOV AZƏR BULUD OĞLU (28.05.1972) - itkin. Beyləqan rayonu Talıbxanlı kəndində anadan olmuş, Yeni Mil orta məktəbi bitirmiş (1989), sovet ordusunda xidmət etmişdir (1990-1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (1992), Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonu Qorqan kəndi uğrunda gedən döyüş zamanı İtkin düşmüşdür (26.01.1994).

    MUSTAFAYEV VAQİF HƏMİD OĞLU (07.03.1961) - itkin. Beyləqan rayonu Aşağı Çəmənli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1978), sovet ordusunda xidmət etmişdir (1979-1981). Ali təhsil almış, mühasib işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış, Beyləqan, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (07.03.1994).

   NƏCƏFOV SEYFƏDDİN ELDAR OĞLU (1966) - itkin. Beyləqan rayonu Əhmədli kəndində anadan olmuş, orta məktəbi bitirmiş, sovet ordusunda xidmət etmişdir. Milli ordu sıralarında döyüşmüşdür. Ağdamda gedən döyüşlərdə itkin düşmüşdür (24.06.1993).

   NƏSİROV PAŞA İBRAHİM OĞLU (07.03.1961) - itkin. Beyləqan rayonu Aşağı Çəmənli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1978), sovet ordusunda xidmət etmişdir (1979-1981). Ali təhsil almış, mühasib işləmişdir. Milli Ordu sıralarına könüllü olaraq yazılmış, Beyləqan, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (07.03.1994).

   ORUCOV ASİF QARA OĞLU (1974) - itkin. Beyləqan rayonu Aşıqalılar kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra, Bakı Xəzər Dənizçilik Məktəbində təhsil alımşıdr. Hərbi xidmətə çağırılmış (oktyabr, 1992). Laçın, Ağdərə, Cəbrayıl bölgələrində döyüş yolu keçmişdir. Ağdərə bölgəsinin Ketovan kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (19.02.1993).

   PAŞAYEV PAŞA İBRAHİM OĞLU (26.11.1975) - itkin. Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1992), hərbi xidmətə çağırılmış (05.01.1994), Ağdam bölgəsində döyüş yolu keçmişdir. Ağdam rayonun Cüllücə kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (18.04.1994).

  RƏHİMOV NAHİD AĞA OĞLU (07.01.1966) - itkin. Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1983), sovet ordusunda xidmət etmişdir (1984-1986). Bakı Politexnik Texnikumunu bitirmiş, Beyləqanda Aqrar-Sənaye Birliyində işləmişdir. Səfərbəyliyə alınmış (noyabr, 1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Beyləqan, Füzuli bölgələrində döyüş yolu keçmişdir. Beyləqan Batalyonun tərkibində Əmiralılar, Kuropatkino,Muğanlı kəndlərinin düşməndən qorumasında iştirak etmişdir (1992). Beyləqan rayonunun Uçtəpə ərazisində gedən döyüş zamanı itkin düşmüşdür (17.04.1975).

  RƏHİMOV VİDADİ YAQUB OĞLU (01.09.1975) - itkin. Beyləqan rayonu Əmirzeyidli kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra kənddə təsərrüfatla məşqul olmuşdur (1992). Milli Ordu sıralarına könüllü olaraq yazılmış, Füzuli, Cəbrayıl, Kəlbəcər bölgələrində döyüş yolu keçmişdir. Kəlbəcər rayonunda Murovdağ uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (18.02.1994).

   RÜSTƏMOV SABİR GƏRAY OĞLU (1965) - itkin. Beyləqan şəhərində anadan olmuş, ailəsi ilə birlikdə Şuşaya köçmüş, orta məktəbi bitirmişdir (1983). Sovet ordusunda xidmət etmişdir (1984-1986), sonra Beyləqana qayıtmışdır. Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunmuşdur (1991). Anası, bacısı, yeznəsi və taksi sürücüsünün Daşaltıda ermənilər tərəfindən vəhşicəsinə öldürülməsi, bacısının iki yaşlı oğlunun süngü ilə deşik-deşik edilərək öldürülməsi intiqam hissi ilə alışıb yanan Sabiri cəbhəyə yollanmağa sövq etdi (26.12.1991). Milli Ordu sıralarına könüllü olaraq yazıldı, bir sıra uğurlu əməliyyatlarda iştirak etdi. Daşaltı əməliyyatı zamanı itkin düşdü (26.01.1992).

    SALMANOV MAHİR MAHMUD OĞLU (09.05.1971) - itkin. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, orta məktəbi bitirmişdir. Ağdam Kənd Təsərrüfatı Texnikumunun II kursunda oxuyarkən Şuşa könüllülər batalyonuna yazılmış (23.03.1992), şərəfli yol keçmişdir. Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdür (08.05.1992).

    SARIYEV ELDƏNİZ ŞİRİN OĞLU (12.09.1974) - itkin. Beyləqan rayonu Eyvazlılar kəndində anadan olmuş, orta məktəbi bitirmiş (1989), hərbi xidmətə çağırılmış (1992). Milli ordunun tərkibində Xramort istiqamətində vuruşmuş, Göranboy bölgəsində döyüş yolu keçmişdir. Göranboy rayonun Gülüstan kəndi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (aprel, 1994).

   SÜLEYMANOV MƏHİYYƏDİN BƏHRƏM OĞLU (1964) - itkin. Beyləqan rayonu İkinci Şahsevən kəndində anadan olmuş, orta məktəbi bitirmiş, təsərrüfatla məşğul olmuşdur. Ağdam bölgəsində gedən döyüşlər zamanı itkin düşmüşdür (1993).

   TAPDIQOV SABİR TELMAN OĞLU (17.09.01969) - itkin. Beyləqan rayonu Şəfəq qəsəbəsində anadan olmuş, orta məktəbi bitirmiş (1988), sovet ordusunda xidmət etmişdir. “Komsomolun 50 illiyi” adına sovxozda çilingər işləmişdir (1987-1994). Milli Ordu sıralarına könüllü olaraq yazılmış (28.01.1994), Murovdağda vuruşmuşdur. Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdür (09.02.1994).

   VƏLİYEV MÜSLÜM BƏYLƏR OĞLU (09.09.1972) - itkin. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirmiş (1988), sovet ordusunda xidmət etmişdir (1988-1990). Beyləqan şirə zavodunda fəhlə işləmişdir (1990-1992). Milli ordu sıralarına könüllü olaraq yazılmış (24.12.1992), Ağdam bölgəsində döyüş yolu keçmiş və döyüşlərin birində itkin düşmüşdür (23.02.1993).

   ZALOV TAHİR MÖVSÜM OĞLU (01.01.1974) - itkin. Beyləqan şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən (1991) sonra sovxozda fəhlə işləmişdir (1991-1992). Hərbi xidmətə çağırılmış (31.07.1992). Beyləqan Özünümüdafiə Batalyonunun sıralarında Füzuli bölgəsində döyüş yolu keçmişdir. Füzuli rayonunun Qızılqaya yüksəkliyi uğrunda gedən döyüş zamanı itkin düşmüşdür (14.08.1993).

 

 

 

 

 

 

 

Yuxarı