Veteranlar.

       ƏLİYEV QİYAS HEYDƏR OĞLU. 1972 - ci ildə Beyləqan rayonu Bünyadlı kəndində anadan olub. 1979-1989 cu illərdə Bünyadlı kənd tam orta məktəbində təhsil alıb. 1989 -cu ildə indiki Bakı Dövlət Universitetinin Coğrafiya, Faydalı qazıntıların kəşfi fakültəsinə daxil olub. 1992-ci ildə gərgin döyüşlər zamanı Qiyas təhsilini yarımçıq qoyaraq, könüllü olaraq, Beyləqan Özünümüdafiyə Batalyonu sıralarına yazdırıb. Xocavənd və Füzuli rayonun həmçinin bu rayonların bir neçə kəndində gedən döyüşlərdə, Horadiz və 21 kəndin işğaldan azad olması ilə nəticələnən 'Horadiz əməliyyatı' - da iştrak etmiş və bu döyüş əməliyyatında ağır yaralanmışdır. Hal-hazırda II qrup Qarabağ əlilidir.

    QULİYEV TELMAN ŞAHLAR OĞLU. 28.02.1970 tarixində Beyləqan rayonu Qaralılar kəndində anadan olmuşdur. 1986-cildə orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında Macarıstan Respublikasında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunda zootexnik ixtisası üzrə təhsil almışdır.Bir müddət yaşadığı kənddə yerləşən “Qarabağ” kolxozunda yemçilik briqadiri işləmişdir
Qarabağda döyüşlər başlayanda yeni yaradılan Milli Orduya yazılmış bir sıra döyüşlərdə, o cümlədən Beyləqan və Füzuli rayonları ətrafında gedən döyüşlərdə iştirak etmişdir.Yaralandıqdan sonra ikinci qrup əlil kimi təxris edilmiş, müqəddəs qazilərimizin cərgəsinə qoşulmuşdur.
Özünü indi də əsgər sayan Telman hazırda da orduda və gənclər arasında daim hərbi vətənpərvərlik tədbirlərində iştirak edir, çağırışçılarla, yeni əsgərlərlə daima gənc nəslin bu sahədə hazırlanmasında köməyini və təcrübəsini əsirgəmir.
Bu sahədə göstərdiyi xidmətlərə görə "Vətən naminə" "Fədai" və "Vətənpərvərlik işlərində xidmətlərinə görə" medalları ilə təltif edilmişdir.

     MIRZƏYEV EMİN NÜSRƏT OĞLU. 03.03.1972-ci ilde Beyləqanın Xaçınabad qəsəbəsində dogulmuşdur. 1989-cu ilde orta məktəbi bitirmiş, 1990-1992 ci illərdə Sovet Qoşunlarında xidmət etmiş, Vətənə qayıtmışdır. 30.01.1993 tarixindən Azerbaycan Ordusunda, Fuzuli rayonunda xidmətə başlamişdır. Döyüş yolu bir çox bölgələrdən keçmiş, 1994-cu ildə Horadiz doyüşlərində iştirak etmiş, 8 yanvar tarixində Qorqan kəndində yaralanmişdır. Uzun muddət Bakıda müalicə almış, avqust ayında müalicəni bitirib, hərbi hissədən təxris olmuşdur. II ci qrup əlildir.

Yuxarı