Şairlər.

 Yazarlar: Ağa Savalanlı, Akif Səfərli, Bəhram Fərmanzadə, Elman İsrafiloğlu, Zakir Əliyev, Əsəd Cahangir, Faiq Dərgahov, Fərman Kərimzadə, İbrahim Kəbirli, İslam Kəbirli, Məmməd Oruc, Arif Mədətov, Oqtay Mədətov, Nigar, İntizam Rüstəmov, Səhavət Sahil, Səmədxan Beyləqanlı, Şəfəq Nasir, Tamara Vəliyeva, Vaqif Cəfərli, Yusif Nəğməkar, Zəki Beyləqani, Zülfüqar Şahsevənli, Zümrüd və b.

     SƏMƏDXAN BEYLƏQANLI (Fətəlioğlu: Cabbarov Səmədxan Fətiş oğlu; 05.05.1937, Aşıqlı kəndi) – Azərbaycan Yazıçılar Birliyinin (2008) üzvü. ADU-nun (indiki BDU) geoloji-cooğrafiya fakultəsini bitirmişdir (1968). Birinci Aşıqlı kənd orta məktəbində gooğrafiya müəllimi işləmişdir (1964-1997). Bölgənin folklor nümunələrini toplamış və dövri mətbuatda dərc etmişdir. Əsasən Beyləqan bölgəsinin folkloru və etnoqrafiyası ilə bağlı araşdırmalar aparır. “Beyləqan-oğuz yurdum” (1994), “Bir elin salnaməsi” (2004), “Muğanlı elatı” (2001), “Heydərbabaya Sarıbabadan salam” (1996), “Sultanbud zirvəsi” (2004), “Yaşa həkim” (2007), “Murtulu elatı” (2001), “Ceyran heykəli” (2005), “Budaqlı elatı” (2003), “Ömür yolu, köç yolu” (2006), “Beyləqnada oğuz sözləri” (2008), “Qaradonlu elatı” (2004), “Beyləqani” (2007) kitabları nəşr olunmuşdur. Rayon qəzeti nazdində təşkil olunmuş “Beyləqani” Ədəbi birliyinin sədridir (1978).

    YUSİF NƏĞMƏKAR (Mədətov Yusif Məhiş oğlu: 15.06.1955, Birinci Aşıqlı kəndi) - şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1992). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini bitirmişdir (1977), "Partiyanın XXII qurultayı" kolxozunda (1971-1972), Örənqala kənd orta və Əlinəzərli kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1977-1983), Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müəllif, "Gənclik" proqramları baş redaksiyasında kiçik redaktor, redaktor, məsul katib (1983-1988), "Gənclik, uşaq, və təhsil proqramı" studiyasının istehsalat üzrə direktor müavini, məsul katibi (1989-1993), "Gənclər üçün verilişlər" redaksiyasının böyük redaktoru (1993-1997), "Uşaq, gənclər və idman" redaksiyasınn "Gənclər bə idman" şöbəsinin böyük redaktoru (2005-2006) işləmişdir. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir. "Qılnc və qələm", "Rəsul Rza" (2004) ədəbi mükafatlar laureatıdır. "Sazın işığında" (1984), "Bilsəydim ayrılıqdır" (1986), "Mənə azadlıq verin" (1996), "Alın yazım" (2005), "Zal ağacı" (2007), "Vəslin edamı" (2008) kitabların müəllifidir. Şeirlərinə mahnılar bəstələnmişdir. Ağdamda keçirilən Respublika xalq yaradıcılığı festivalında solo-saz ifaçılığı izrə laureat olmuş (1982), əsərləri rus, türk, fars, ərəb, ingilis və s. dillərə tərcümə edilmişdir. Xalq şairi Rəsul Rza onun haqqında "Təsadüf" adlı məqalə yazmış və "Ədəbiyyat və İncəsənət" qəzetində çap etdirilmişdir.
Mənbə: Vəsimə İsmayılqızı. "Beyləqan" ensiklopedik toplu. Bakı, 2010, səhifə - 472.

      SÜLEYMANOV ALLAHVERDİ KƏRİM OĞLU (Allahverdi Kərimoğlu- 1942 Əlinəzərli kəndi) - şair. Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsüdür. Şəki Kənd Təsərrüfatı Texnikumunun aqronomluq fakultəsini bitirmişdir .Beyləqan rayon "Alı Mustafayev" kolxozunda, Əlinəzərli kəndində pambıqçılıq briqadiri işləmişdir. "Bir qəlbin haray səsi" , "Mil düzü əfsanəsi" , "Gəlin qaya" , "Qalx ayağa Beyləqanım", “Şehə dönən göz yaşı”, Günəşli ölkəm”, Nəsihətnamə və Təcnislər adlı kitabları çap olunmuşdur. Hazırda “Hər budaqda bir yarpaq” adlı şerlər kitabı çapa hazırlanır. "Sözün sehri", "Beyləqan" ədəbi məclislərin iştirakçısıdır. “Sözlü sehirli dünyam” jurnalının fəxri üzvüdür. Allahverdi Kərimoğlu öz istəyi ilə Ərəb əlifbasını öyrənərək Qurani Kərimi oxumuşdur. 78 yaşı olmasına baxmayaraq hələ də mütaliə edir, dini kitablar oxuyur. Kənd ağsaqqalı kimi el məclislərdə iştirak edir. Allahverdi Kərimoğlı Qarabağ uğrunda gedən qanlı döyüşlərdə şəhid olmuş Sədi Süleymanovun atasıdır. O, bir nəslin, bir elin böyüyü kimi hər bir şəxsə örnəkdir. 
     BƏHRAM FƏRMANZADƏ (Fərmanov Bəhram Qəni oglu 06.03.1951, Birinci Şahsevən k.) - şair, Azərbaycan Yazıçılar Birliyinin Üzvü (2006). BDU-nun tarix fakültəsini (1972), Bakı Ali Partiya Məktəbini bitirmişdir(1981). Beyləqan rayon Orconekidze Suvarma Sistemləri idarəsi qəsəbə səkkizillik məktəbində tarix müəllimi (1972-1973), Azərbaycan LKGİ Beyləqan rayon komitəsində şöbə müdiri və katib (1973-1975), ikinci katib (1975-1977), birinci katib (1977-1979), Beyləqan rayon Partiya Komitəsində təlimatçı (1981), təbligat və təşviqat şöbəsinin müdiri (1981-1982), sovxoz fəhlə kooperativi idarə heyətinin sədri (1982-1983) rayon maarif işçiləri evinin baş məsləhətçisi (1984-1988), "Dostluq" qoyunçuluq sovxozunun partiya təşkilatı katibi (1988-1991), "Beyləqan Broyler" quşçuluq fabrikinin direktor müavini (1991-1993), İcra Hakimiyyəti aparatında baş məsləhətçi (1993-1995) işləmişdir.
Bədii yaradıcılıqla məşğuldur. Şeirləri respublika mətbuatında dərc olunmuşdur. "Heydər Ata" Ümumrespublika poeziya müsabiqəsinin laureatıdır. "Müqəddəs gün" (2002), "Dünya dolu, dünya boş" (2007) şeirlər kitabları çap olunmuşdur. 
 
  CƏFƏR ÇƏMƏNLİ (Allahverdiyev Cəfər Şirvanşah oğlu; 25.05.1925. Çəmənli k.-25.10.1980, Beyləqan ş, Cərcis Peyğəmbər ziyarətgahı) - el şairi, ədliyyə müşaviri (18.06.1970). Ağdam Pedaqoji məktəbini (1940), Bakıda ikillik Hüquq məktəbini (1948), BDU-nun hüquq fakultəsini (1956) bitirmişdir. Hərbi xidmətə çağırılmış (15.09.1940), Böyük Vətən müharibəsində iştirak etmişdir (1941-1945). Azərbaycanın müxtəlif şəhər və rayonlarında prokuror (1946-1980), Yevlax şəhərində notarius (1980) işləmişdir. Bədii yaradıcılıqla məşğul olmuş, şeirləri dövri mətbuatda dərc edilmişdir.
 
    ELMAN ISRAFILOĞLU (Hüseynov Elman İsrafil oğlu: 01.07.1961, Beyləqan ş.) -şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007). AzTU-nun avtonəqliyyatının istismarı fakültəsini bitirmişdir (1990). "Azərbaycan-tikinti" Trestin 556 nömrəli Tİ-də fəhlə (1978-1982), Beyləqan Avtonəqliyyat müassisəsində çilingər, növbətçi mexanik, təchizat mühəndisi, operator, iqtisadçı, böyük iqtisadçı (1982-1991), Nəqliyyat Nazirliyi Təlim Kurs Kombinatının Beyləqan filialında müəllim (1991-1995), "Sərbəst düşüncə" qazetində redaktor (1995-2003) işləmişdir. "Mil" və "Quruluş" qazetlərinin baş redaktorudur (2003). Şeirləri və publiisistik yazıları dövri ətbuatda dərc olunur. "Dəniz duzlu göz yaşımdır" (1995), "Əriyir ömrümün şamı" (2000), "Ürəyimdən yollar keçir" (2002), "Üfüq gözlərimin dayanacağı" (1996), "Mən bir söz ağacıyam" (2006) şeir toplularının və 11 publisistik kitabın müəllifidir. "Qızıl qələm", "İti qələm", "Azad qələm" media mükafatları ilə təltif edilmişdir.
 
Yuxarı