Yazıçılar.

     Nigar (Qarayeva Nigar Çoban qızı: 20.05.1950,1-ci Şahsevən kəndi) - yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir (1972). Beyləqanda çıxan "Yüksəliş" rayon qəzetində ədəbi işçi, şöbə müdiri (1972-1975), "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir (1975-1976), "Azərbaycanfilm" kinostudiyasında redaktor (1976-1982), F.Köçərli adına Respublika Uşaq Kitabxanasında aparıcı işçi (1987), Respublika, Şəfqət və Sağlamlıq Fondunun "Şəfqət" qəzetində ədəbi işçi (1991-1992), "Aysel" nəşriyyatında böyük redaktor (1992-1993) işləmişdir.
Hekayə, povest və romanları dövri mətbuatda çap edilmişdir. "Ağlayan buludlar" (roman, povest və hekayələr,1995), ədəbiyyatımızda Qarabağ faciəsindən bəhs edən ilk irihəcmli monumental əsərlərdən biri olan "Daş hasar" (roman və povest,1997), Azərbaycan ziyalılarının acı taleyindən bəhs edən "Sınmış sükut" (Roman,2000) kitablarının müəllifidir.
Hazırda yazıçının "Mələk və Hamet", "Liman", "Cənnətə gedən yol" kitabları çapa hazırlanır.

Yuxarı