İdmançılar.

 İDMANÇILAR: Zülfiyyə Hüseynova, Şahin Diniyev, Sevindik Əhmədov, Kamil Fərzəliyev, Bakir Həsənov, Misir Xudaverdiyev, Köçəri Beyləqanlı, Namiq Quliyev, Nurəddin Beyləqanlı, Eldəniz Tahirov... 


    HİKMƏT XƏLİLOV
 - Azərbaycanın idman ustası, iki qat dunya cempionu, bir defe dunya ikincisi, bir defe beynelxalq turnirin qalibi. 

Hikmet Xəlilov 30.12.1987 tarixində Beyləqan rayonunun Mil qəsəbəsində, dünyaya göz açmışdır. İlham Quliyev adina Mil kend orta mektebi bitirmişdir.
2010-cu ildə Portuqaliyanın Atorres Novas şəhərində sanda doyüş novündə dünya çempionu olmuşdur. 2010-cu ildə Polşanın Tarçina şəhərində beynəlxalq turnirin qalibi olmuşdur. 2012-ci ildə Ukraynanın Kiyev şəhərində King-box üzrə dünya ikincisi olmuşdur. 2017-ci ildə Ukraynanın Xarkov şəhərində MMA üzrə dünya çempionu olmuşdur.
Hal-hazırda həm müəllim işləyir, həm məşq edir. Yıgma komandanın kapitanıdır. 

    BAYRAMOV VAQİF YAQUB OĞLU (Beyləqan, Əlinəzərli kəndi) b- xalq oyunları üzrə idmançı. Gəncə Elm - Təhsil Mərkəzi Azərbaycan Aqrar Ekologiya İnstitutunu bitirmişdir (2000). Əlinəzərli kənd bələdiyyəsi sədrinin məavini işləmişdir (2004). "Məhsul" kənd könüllü idman cəmiyyətində məşqçi-müəllim işləyir (2005-ci ildən). İştirak etdiyi yarışlarda göstərdiyi nəticalər: Sank-Peterburq şəhərində keçirilən beynəlxalq turnirində III yer (2006); "Talant şou" turnirinda II yer (2007); Azərbaycan Milli Xalq idman oyunları spartakiadasında gücsınama (80 kq çəki dərəcəsində) idman növü üzrə II yer (2008).

    DİNİYEN ŞAHİN XUDAKƏRİM OĞLU (12.08.1966, Qəhrəmanlı q.) - məşqçi. Azərbaycan Dövlət Tərbiyəsi İnstitutunun məşqçilik fakultəsini bitirmişdir (1987). Mingəçevir şəhər "Avtomobilçi" klubunda futbolçu (1983-1984), Bakının "Gənclik" futbol klubunda futbolçu (1984-1986), "Neftçi" futbol klubunda futbolçu (1986-1988), "Kəpəz" futbol klubunda futbolçu (1988-1989), Kişinyovun "Nistru" klubunda futbolçu (1989-1990), Voronejin "Fakel" klubunda futbolçu (1990-1991), Qroznının "Terek" klubunda futbolçu (1991-1993), İsrailin "Aproel" (1993-1994) və "Beytar" (1994-1996) klublarında futbolçu olmuşdur. Azərbaycan milli komandasının (16 yaş) baş məşqçisi (1997-1998), Azərbaycan milli komandasının (18 yaş) baş məşqçisi (1998-2000). Qroznı şəhərinin "Terek" klubunun baş məşqçisi (2000-2001), Ağdamın "Qarabağ" klubunun baş məşqçisi (2001-2003), Gəncənin "Gəncə" klubunun baş məşqçisi (2003-2005). Azərbaycan milli seçmə komandasının baş məşqçisi (2005-2007) işləmişdir. Qroznı şəhərinin "Terek" klubunda baş məşqçisi işləyir (2008).

   ƏHMƏDOV SEVİNDİK ASLAN OĞLU (Sevindik Pəhləvan. 30.01.1952 - 30.11.2015, Beyləqan r., Dünyamalılar k.) - SSRİ idma ustası (28.12.1972). Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirmişdir (1972). Şərq kənd orta məktəbində müəllim işləmişdir (1972-1973). Dünyamalılar kənd orta məktəbində müəllimdir. İştirak etdiyi müxtəlif yarışlarda yüksək idman nəticələri göstərmişdir: sərbəst güləş üzrə Respublika çempionatında 1 yer (1972); Rusiyada keçirilən daşqaldırma üzrə beynəlxalq yarışda 1 yer (1998); Sankt-Peterburqda keçirilən daşqaldırma üzrə beynəlxalq yarışda 1 yer (2006).

     NURƏDDİN BEYLƏQANİ (Hüseynov Nurəddin İldırım oğlu; 25.01.1968, Əhmədli k.) - idmançı, məşhur el pəhləvanı , SSRİ idman ustası (1987). Xalac kənd orta məktəbini bitirmiş (1986), sovet ordusu sıralarında Moskva vilayərində yerləşən OİK- da xidməti morcunu yerinə yetirmişdir (1988). Orta məktəbdə oxuduğu illərdən milli idman növü olan pəhləvanlıq sənəti ilə məşğul olur. O, 500 kiloqram ağırlığında olan beton dirəyi dişləri ilə qaldırır, 7  vaqonluq qatarı dişləriylə, böyük bir təyyarəni saçları ilə çəkib aparır, 150 millimetrlik mismarları taxtadan dişləriylə çıxarır, başında beton parçasını sındırırdı. Elə bu bacarığına görə də Nurəddin Beyləqanlı dünyanın ən güclü adamı iddiasıyla Ginnesin rekordlar kitabına düşmək üçün Almaniyanın ZDF kanalının qonağı olmuş, qeyri-adi çıxışı ilə hamını həyrətləndirmişdir. Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Almaniya, Türkiyə, Yunanıstan və bir çox başqa ölkələrdə böyük uğurla çıxış etmişdir. Bir çox ölkələrin fəxri vətəndaşı seçilmiş, mədəniyyət və idman təşkilatlarının diplomlarına mükaftlarına layiq görülmüşdür. Ukraynanın məşhur "Пьедестал" jurnalı olinmpiya oyunlar üzrə 2005-2006-cı il dünyanın ən güclü idmançıları sırasına Nürəddin Beyləqanlının da adını daxil etmişdir.

Yuxarı