Şer müsabiqəmizə start verdik. Facebok "Beyləqanlı" səhifəsi.

Şer müsabiqəmizə start verdik. Facebok "Beyləqanlı" səhifəsi.

Hörmətli beyləqanlılar və "Beyləqanlı" sevərlər! Əvvəlcədən bildirdiyimiz kimiyanvarın 15-dən etibarən səhifəmizdə beyləqanlı şairlərin müsabiqəsini keçirməklə gənc istedadlarımızı üzə çıxarmağı və onları cəmiyyətimizə tanıtmağı planlaşdırmışıq. Bunun üçün geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə münsiflər heyəti seçilmişdir. Münsiflər heyətinin üzvləri aşağıdakılardır:

1. Asif Cəfərli AYB Beyləqan rayon şöbəsinin sədri; 
2.Arzu Rəhimov - Günərzi uşaq tərbiyə mərkəzinin rəhbəri; 3.Elman İsrafiloğlu - qəzetinin redaktoru, yazıçı publisist;
4.Fazil Əsəd - İkinci Aşıqlı kənd orta məktəbinin direktoru, şair; 5.Mehman Əliyev - QHT sədri, Azad İstehlakçılar Cəmiyyəti Beyləqan təşkilatının sədri; 6..Raquf Budaqlı - şair-publisist; 7. Ramis Şahsevənli - Beyləqan DAİM-də baş məsləhətçi.

Müsabiqə 15 yanvardan 15 mart 2019-cu ilədək davam etməklə beyləqanlı mərhum şairimiz Vaqif Cəfərlinin xatirəsinə həsr ediləcək və onun doğum günündə müsabiqəyə yekun vurularaq qaliblər mükafatlandırılacaqdır. Mükafat fondu; 1-ci yer - 150 manat 2-ci yer - 100 manat 3-cü yer - 50 manat

Allah köməyimiz olsun!!! Amin!!! Hər bir iştirakçıya səmimi qəlbdən uğurlar arzulayırıq!!!

Bütün şeir sevərlər dəvətlidir və göndərilən şeirlər səhifədə paylaşılacaqdır. P.S. Şeirləri səhifəyə göndərərkən üzərində"Müsabiqəyə" yazmağı unutmayın.

"Beyləqanlı" administrasiyası.

Yuxarı