UNUTSAQ UNUDULARIQ.

UNUTSAQ UNUDULARIQ.


"Beyləqan Ziya Ocağı"nın təşəbbüsü ilə Kəndimizin ilk müəllimlərindən biri,gözəl müəllim,nüfuzlu şəxsiyyət,müəllimlər müəllimi rəhmətlik ƏHMƏD müəllim Şıxaliyevin yaxın günlərdə anım tədbirinin keçrilməsini planlaşdırmışıq.Bu gün Əlinəzərli 1 №li Tam Orta Məktəbdə müəllim,şagird və kənd camaatının bir qrupunun iştirakı ilə hazırlıq yığıncağı keçirildi. Anım tədbirinin hazırlığı və təşkil məsələləri nəzərdən keçirildi, tədbirin təşkili üçün proqram elan olundu və konkret şəxslərə könüllülük prinsipi əsasında icra edəcəkləri iş tapşırldı.Hazırlıq üç mərhələdən ibarətdir:1.Tədbirin məramının elan olunması və vəzifələrin müəəyən olunması.(Bu gün həmin mərhələ yekunlaşdı).2.Tapşırıqların icra olunması və materialların toplanması (Əhməd müəllim haqqında xatirələr,foto-şəkillər və s. materiallar) 18.05-24.05.2019),III mərhələ-Materialların emalı və çap olunması,Tədbirə dəvət olunacaq şəxslərin müəyyən olunması və dəvət.(25.05.-30.05)
Tədbir,inşallah, 01 iyun 2019-cu ildə saat 10-00-da Şəhid R.Nəsirov adına Əlinəzərli 1 № li Tam Orta Məktəbin binasında keçiriləcək.Tədbirdə Orta Əlinəzərli Məktəbi nin kollektivi də iştirak edəcək.
Kəndimizin respublikanın və dünyanın müxtəlif yerlərində yaşayan insanlarına-Sizlərə-Əzizlərimə müraciət və xahiş edirəm Hörmətli müəllimimiz rəhmətlik müəllimiz Əhməd müəllim haqqında xatirələrinizi mənim səhifəmə göndərəsiniz.Əminəm ki,hər birimiz bu işdə əməyimizi əsirgəməyəcəyik!
UNUTSAQ UNUDULARIQ.

Yuxarı