“Qeyri- rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda seminar keçirilmişdir

“Qeyri- rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda seminar keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Özünüməşğulluq- sosial yardim asılılığından kiçik sahibkarlığa doğru mövzusunda seminarların keçirilməsi” layihəsi çərçivəsində 2019- cu il iyun ayında Beyləqan rayon Gənclər Mərkəzində “Qeyri- rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda dəyirmi Masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə Layihə rəhbəri Nəzakət Balabəyova açaraq, həyata keçirilən layihənin məqsədi, həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat vermişdir. Beyləqan rayon İcra hakimiyyətinin, Beyləqan rayon Məşğulluq Mərkəzinin, 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşlarının, QHT-lərin və işəgötürənlərin iştirak etdiyi tədbirdə qeyd olunmuşdur ki, qeyri-rəsmi məşğulluq iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir.

Hər bir işəgötürən bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər. 

Tədbir layihə ekspertinin təqdimatı və iştirakçılarla qarşılıqlı diskussiya şəklində davam etmiş, qeyri-formal məşğulluğun sosial-iqtisadi inkişaf üçün mənfi nəticələri diqqətə çatdırılmış, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr həyata keçirlmişdir. 

“Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi İnformasiya departamenti

Yuxarı