HƏKİMƏQƏDƏR İLK TİBBİ YARDIMI HAMI BİLMƏLİDİR.

HƏKİMƏQƏDƏR İLK TİBBİ YARDIMI HAMI BİLMƏLİDİR.

HƏKİMƏQƏDƏR İLK TİBBİ YARDIMI HAMI BİLMƏLİDİR. Təbii fəlakətlər zamanı insanlarda duyğu, düşüncə və davranış dəyişikliyi, iştahsızlıq, həyacan, oyanıqlıq, şübhə, depressiya (ruh düşkünlüyü), əsəbilik, ağlama, gücsüzlük hissi, baş ağrıları, yuxubasma, yardım edənə qarşı inamsızlıq, yardım qəbul etməmək və s. hallar yaşanır. Belə halların baş verməməsi üçün insanların maariflənməsi, müxtəlif fövqaladə vəziyyətlərə qarşı avvəlcədən hazırlıqlı olması vacibdir. Fəlakət zonasına düşmüş insan özünü ələ almalı, təmkinli və bacarıqlı olmalı, şəxsi fəaliyyəti ilə ərtafdakılara nümunə olmalıdır ki, təlaş və çaxnaşma düşməsin. Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində (işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk növbədə yerinə yetirilməli olan təxirəsalmaz tədbirlər üç əsas qrupa bölünür. Birincisi zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı və ya yuxarı hərarət, ağır təzyiq altında sıxılma və s.) təsirinin dərhal aradan qaldırılması və onun əlverişsiz şəraitdən uzaqlaşdırılması. İkincisi, alınmış travmanın növündən və xarakterindən aslı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı massajı, yaralara sarğı qoyulması və s.). Üçüncüsü, ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə çatdırılması. İlk yardım göstərərkən fikir vermək lazımdır ki zəzrçəkmişə yenidən zərər dəyməsin. Bu situasiyadan ehtiyatla çıxarmaq lazımdır ki o əlavə həsarət almasın. Güclü qanaxmalarda, yanıq aldıqda və paltar yandıqda ən yaxşı üsul paltarı kəsib atmaqdır. Yanıb dəriyə yapışan paltarı zornan qoparmaq qətiyyən olmaz. Onu ehtiyyatla kəsib götürmək lazımdır. Xəstə huşsuz vəziyyətdədirsə, onun başıını yana çevirmək lazımdır ki, qusuntu kütləsi sərbəst gəlsin və tənəffüs yollarına düşməsin.

Hər hansı travma zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. Arterial, venoz və kapilyar qanaxmalarını fərqləndirmək lazımdır. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru  sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir.  Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu kofe çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.

Əzilmə, burxulma, çıxıqlar zamanı zədələnmiş nahiyəyə sakitlik vermək, soyuq qoymaq  və xəstəyə ağrıkəsici dərman vermək lazımdır. Sınıqlar zamanı ətrafa şina qoyulmalıdır. Bunun üçün hər hansı taxta parçasından istifadə etmək, yaxud zədələnmiş ayağı sağlam ayağa, zədələnmiş qolu bədənə sarımaq olar. Xəstəyə ağrıkəsici vermək travmatik şokun qarşısını ala bilər. Açıq sınıqlarda yaranın ətrafı yodla silinməli və təmiz sarğı ilə örtülməlidir.

Vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər və bu hər kəsin insanlıq vəzifəsidir.

 
 

Yuxarı