DƏRMAN BİTKİLƏRİN ŞAHZADƏSİ ÇAYTİKAN.

DƏRMAN BİTKİLƏRİN ŞAHZADƏSİ ÇAYTİKAN.

DƏRMAN BİTKİLƏRİN ŞAHZADƏSİ ÇAYTİKAN.

Çaytikanı bitkisindən (Oblepixa) öz zəngin tərkibi və faydalı xüsusiyyətləri ilə xalq təbabəti və elmi təbabətdə geniş istifadə olunur. Unikal xassələrə malik olduğundan bu bitkiyə "dərman bitkilərin şahzadəsi" də deyilir. Çaytikanı qiymətli vitaminli bitkidir. Təbabətdə meyvələrindən istifadə edilir, meyvələri oktyab-dekabr aylarında yığılır və onlardan yağ alınır. Çayitkanı yağı yarasağaltma qabiliyyətinə malik olduğu üçün şüa zədələnməsini, dəri xəstəliklərini, yanığı, mədə və onikibarmaq bağırsağının yarası və s. xəstəliklərin müalicəsində istifadə edilir. Qədim monqol, Çin xalq təbabətində çaytikanının meyvələri və yarpaqlarından mədə xəstəliklərin müaicəsində, yel xəstəliklərində, dəri xəstəliklərində işlədilirdi. Qədim Yunanıstanda yarpaqlarının və budaqlarının həlimi ilə insanları və heyvanları müalicə edirdilər.

Xalq təbabətində meyvələrinin həlimi dəri xəstəliklərin müalicəsində, yarpaqlarının həlimi podaqranı, revmatizmi müalicə etmək üçün işlədilirdi. Toxumlarının həlimi işlədici kimi istifadə olunurdu. Mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində yeməkdən qabaq gündə 2-3 dəfə 1 çay qaşığı içmək məsləhətdir. Müalicəni 1 ay ərizində aparmaq lazımdır. Bu məqsədlə çaytikanı həlimindən də istifadə edilir. Meyvələrinin həlimi: 1 xorək qaşığı meyvələri 1 stəkan qaynanmış su ilə çaynikdə 10 dəqiqə qaynadılır. Süzülərək yeməkdən əvvəl içilir.

Çaytikanı yağı mədə bağırsaq problemlərində və mədəaltı vəzinin xəstəliyində məsləhət görülmür.

Ateroskleroz xəstəliyinin müalicəsi üçün yeməkdən 30 dəqiqə qabaq 1 çay qaşığı çaytikanı yağı içmək məsləhətdir. Bu qanda xolesterinin səviyyəsini aşağı salır və arterial təzyiqi normallaşdırır.

Yuxarı