Saçların tökülməsinə qarşı. Çaytikanı yağının hazırlanması.

Saçların tökülməsinə qarşı. Çaytikanı yağının hazırlanması.

Saçların tökülməsinə qarşı. Saç tökülmədə sistematik olaraq çaytikanı meyvəsi yemək məsləhətdir. Çaytikanı bitkisinin cavan budaqlarının həlimini içmək də faydalıdır. Başı yuduqdan sonra çaytikanı yağını saçın dibinə sürtmək məsləhətdir.

Sonsuzluqda çaytkanının meyvəsinin təzə və konservləşdirilmiş şirəsini içmək faydalıdır. Həmçinin E vitamini zəngin olan çaytikanı yağını içmək də məsləhətdir. Çaytikanının şirəsi bal ilə öskürmədə, bronxitdə və sinədə ağrı olanda gözəl dərmandır: ½ stəkan çaytikanı şirəsini 1 xorək qaşığı bal ilə qatıb 5 dəqiqə bişirmək lazımdır. Xorək qaşığı ilə gündə 3 dəfə qəbul edilməlidir.

Dərinin allergiya zədələnməsində, tropik yaralarda və dərinin şüalanmasından yaranan xəstəliklərdə çaytikanı meyvələrindən hazırlanan həlim faydalıdır. Həlimi hazırlamaq üçün 20 qr. Meyvənin üstünə 1 stəkan qaynanmış su töküb 10 dəqiqə dəmləyib, süzmək, 100 qr. içmək və kompres qoymaq lazımdır.

Böyrək xəstəliklərində 50-70 qr çaytikanı meyvələrinin şirəsini çixardıb 1 stəkan qaynanmış südlə qarışdırıb yeməkdən qabaq 3 dəfə 1/2 stəkan içmək lazımdır.

Çaytikanı yağının hazırlanması: Çaytikanının yetişmiş meyvələri sürtkəcdən keçirilir, alınan toxumları və cecəsini qurutmaq və ayrıca saxlamaq lazımdır. Sürtkəcdən sonra alınan meyvənin lətini və suyunu 800 dərəcə qızdırır, bankaya töküb dəmir qapaqla kip bağlayırıq. 2-3 aydan sonra bankadakı məhsul 2 qata bölünəcək, üstdəki qatı 28% yağdan ibarətdir, bu qatı səliqə ilə qazana tökürük. Bunun üstünə sürtkəcdən keçirəndə alınan toxumları və cecəni əlavə edirik. Alınan bu qarışığın hər 1 kq. kütləsinə 0,5 litr qaynanmış qaynar günəbaxan yağı töküb sobada və ya su hamamında qarışdırmaqla 12 və daha yaxşı olar ki 24 saat pörtlətmək lazımdır. Bundan sonra yağın süzülməsi üçün bütün bu qarışığı tənzif torbaya töküb asırıq.

Qaraciyər, öd kisəsi, mədəaltı vəzinin iltihablarında çaytikanı yağından istifadə  məsləhət görülmür. Çaytikanı bitkisindən və onun yağından müalicə məqsədi ilə istifadə edərkən həkim məsləhətlərinə əməl olunmalıdır.

Yuxarı