PEYĞƏMBƏRİN SALAMI.

PEYĞƏMBƏRİN SALAMI.

PEYĞƏMBƏRİN SALAMI.

Sultan III Osmanın padşahlığı 1754-1757 - ci illəri arası baş vəzirlərindən Həkimoğlu Ali Paşa müvəffəqiyyətli və qabiliyyətli bir dövlət xadimi, olduqca dindar bir şəxs idi.

Bu Ali Paşanın dövründə bir tacir ixsas etmiş, bütün mal və sərvətini itirmiş, üstəlik borca da girmişdi. Bu sıxıntı vəziyyətdə ikən müraciət etdiyi bütün dost-tanış qapıları və vəziyyətə düşənlərin üzünə bağlandığı kimi onun üzünə də bağlı idi.

Adam bu çarəsiz vəziyyətdə bir gecə yuxusunda Peyğəmbərimizi gördü və Ondan kömək və dəstək istədi. Peyğəmbərimiz (s.ə.s) Ona:

 - Get, Allahın sevdiyi qulu Ali Paşaya Məndən salam söylə, sənə 100 qızıl versin, - dedi.

Adam:  "Ya Rəsulallah, mən Ali Paşaya salamınızı çatdıraram, mənə 100 qızıl verməsini əmr etdiyinizi söyləsəm məncə inanmaz, - dedi.

Hz.Peyğəmbər (s.ə.s) belə buyurdu:

 - Sənə inanması üçün Mən sənə sənəd verəcəm. Ali Paşa mənə hər axşam yüz salavat oxuyurdu, amma keçən cümə axşamı oxumadı. Bunu ona deyərsən sənə inanar.

Səhər olanda dərhal Ali Paşanın yanına getdi. Yuxusunu danışdı. Ali Paşa:

 - Reyğəmbərimiz niyə mənə demir, sənə deyir? - deyərək inanmaq istəmədi.

Adam Peyğəmbərin verdiyi işarəni vurğuladı:

 - Əfəndim, mən  mənə inanmyacağınızı Hz. Peyğəmbərə söylədim. O da mənə bir işarə verdi. Siz hər gecə Peyğəmbərimizə yüz salavat-şərifə oxuyurmuşsunuz, amma ötürdüyümüz cümə axşamı oxumamısınız.

Ali Paşa  düşünmüş və o gecə, həqiqətən, oxumadığının fərqinə varır.

Bunun üzərinə adama belə deyir:

 - Yaxşı, Hz.Peyğəmbər sənə nə deyibsə eyni ilə təkrar et.       

Adam təkrarladı: - Ali Paşaya mənim salamımı çatdır, sənə 100 qızıl versin.

Ali Paşa: - Bir daha de, - deyə tam yeddi dəfə təkrarlatdı.

Adam elə zənn etdi ki, Ali Paşa onu lağa qoyur və puldan da ümidini kəsmişdi ki, Ali Paşa:

 - Sənə Peyğəmbərin hər salamı üçün 100 qızıl verəcəm. Yeddi dəfə təkraralatdım 700 qızıl edir, - deyib və həqiqətən də, 700 qızıl verir.

 

Yuxarı