GERÇƏK DOST.

GERÇƏK DOST.

GERÇƏK DOST.

Bu axır zamanda insanların çoxu mənfəətinin dostudur. Bu səbəblə dostluq imtahanlarından keçməmiş. Və çətinliklərlə sınanmış, şəxsiyyət və xarakter yönü ilə tanınmayan kimsələrin dostluq iddialarına o dəqiqə aldanmamaq lazımdır. Dost seçimində bu, xüsusilə çox mühümdür.

Hz. Mövlana buyurur ki: “Sağlam və xoşbəxt zamanında hamı dostdur. Amma dərdli, kədərli anlarında Allahdan başqa dost-tanış yoxudr!”

GERÇƏK DOSTLAR TAPMAQ ÜMİDİ İLƏ...

Dostluq, insanın həyatında uşaqlıq illərindən başlayaraq formalaşan bir xüsusiyyətdir. İbtidai sinif dövründən dostluq qura bilməyən bir gəncin, birdən birə dostların əhatəsinə qarışması çox çətin olur.

Dostluq qurmaq qabiliyyəti üzməyi oyrənmək kimi nə qədər erkən yaşlarda başlayarsa, o qədər də asan formalaşan bir bacarıqdır. Sağlam, sevgi əhatəsində olan bir ailənin belə, övladına dostlarından ala biləcəyi həzzi verməsi mümkün deyil. Ailə ancaq aşağa uyğun dost mühiti hazırlayaraq yardım edə bilər. Bu mühitdə uşaq özünə uyğun olan biri ilə dostluğunu davam etdilər. Amma nə olursa-olsun, uşaqları tamamillə dostlarından uzaqlaşıb dərsə, ya da idmana yönəltmək olmaz. Fürsət verin övladlarınızın dostluq qabiliyyətini uşaqlıqdan formalaşsın.

Hər bir yetkin insanın dostluq qurmağı bacarmadan cəmiyyətə qarışması çox çətindir. Dostlar tərəfindən sevilmək, bəyənilmək və dəyərləndirilmək özünə güvənin əsas şərtidir. Yardımlaşaraq, bölüşərək, mənəvi yöndən dostluq bağları qurular. Beləcə də, yetkin insan öz şəxsiyyətini göstərər və formalaşdırar. Çünki dost əhatəsi, gənclər şəxsiyyətini göstərən bir ayna olar. Özünü tanıyar və tanıdar. İnsanlarla ünsiyyət qurmaq və işgüzar münasibətlərlə cəmiyyətdə özünü doğrultmaq xüsuliyyətlərini inkişaf etdirər. Dostların əhatəsinə daxil olan gənc, artıq həm şəxsiyyət, həm də toplumun bir üzvüdür. Beləcə gənclər, yetkin insanların dünyasına addım atarlar. Dostluq qurmaq və yaşada bilmək özü bir bacarıqdır, sağlam ruha sahib olmağın göstəricisidr. Ailəsinə həddən artıq bağlı, özünə güvəni olmayan bir uşaq dərslərində uğur qazansa da, dost tapmaqda çətinlik çəkə bilər. Əgər bir gəncin heç bir dostu yoxdursa və özü də heç kimlə dost olmaq istəmirsə, deməli, o, ciddi psixoloji problem yaşayır. Çünki toplumda yaşayarkən təkbaşına olmaq düzgün deyil, heç mümkün də deyil. Buna görə də evindən çıxmayan, öz məşğuliyyətlərinə zaman xərcləyən bir gənc, toplumda sıxılar, cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkər.

Dostları olmadığı və dərslərindən başqa bir şey düşünmədiyi üçün uşağından çox razı olan ailələr var. Bu heç də normal bir hal deyil. Bu yaş dövründə gənclərin dərslərindən, idmanından vaxt alaraq, dostlarınınn əhatəsində olması çox vacıbdir. Oğluna ya da qızına dost kimi davrandığını, övladının dosta ehtiyacı olmadığını deyən ana-atalar da var. Belə bir münasibət, əslində alışqanlıqdan doğan bir münasibətdir, gerçək dostluq deyil. Onların həmyaşıdları ilə dost olmağa ehtiyacları var.

Yuxarı