ERKƏN SOLAN ÇİÇƏKLƏR.

ERKƏN SOLAN ÇİÇƏKLƏR.

ERKƏN SOLAN ÇİÇƏKLƏR.

Erkən yaşda abort, nigah və uşaq dünyaya gətirmək.

Ailə məcəlləsinə əsasən, Azərbaycanda nigah yaşı 18 yaş olaraq müəyyən edilmişdir. Üzürlü səbəblər olduqda, nigaha daxil olmaq istəyən, lakin nigah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nigah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Məlumata görə nigah yaşına çatmayan qızlar tərəfindən doğulan körpələrin sayı təsbit edilib. 2015-ci ildə nigah yaşına çatmayan, 15-17 yaşlı qızlar tərəfindən 3 minə yaxın körpə dünyaya gətirilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə 166,2 min körpə qeydə alınıb. Ötən il doğulan körpələrin 2895 nəfəri 15-17 yaşda qadınlar tərəfindən dünyaya gətirilib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə,2008-ci ildə 15-17 yaşı olan 131 qız aborta məruz qalıb. Sonrakı illərdə bu rəqəm bir qədər də artıb. 2009-cu ildə 15-17 yaşında 145 qız, 2010-cu ildə isə bu yaşda 158 qız abort etdirib. 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir. Hər 1000 yeniyetməyə görə abort göstəricisi isə 15-19 yaş - 2,9 faiz, 18-19 yaş - 6,1 faizdir. Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.

Erkən evlilik və qadın zorakılığı təkcə bizə aid bir problem deyil. Əslində bu qlobal bir xəstəlikdir ki, bütün dünya bunun əziyyətini çəkməkdədir. Xüsusilə inkişafdan geri qalmış və müstəmləkə həyatı yaşamış ölkələrdə bu çox ciddi nəticələr meydana gətirib.  Maraqlı bir faktı sizinlə bölüşmək istədim: Keniyada Umoca adında bir kənd var və bu kəndin əsası 1990-cı ildə qoyulub. Kəndi britaniyalı əsgərlərin zorlamasına məruz qalan 15 qadın salıb və bura cinsi zorakılığa məruz qalmış qadınlar üçün sığınacağa çevirib. Növbəti illərdə də kəndə axın güclənib və əhalisi çoxalıb. Umoca kəndi qadınların hesabına əhəmiyyətli dərəcədə böyüyüb. Məcburi evlilikdən, fiziki və mənəvi zorakılıqdan, erkən nigahlardan qaçanlar bura sığınırlar. Samburu xalqının adət-ənənəsinə qarşı çıxan qadınlar Umocada təhlükəsiz şəraitdə yaşayırlar.

"Woman Stars Project" qadın qadın təşkilatının məlumatına görə, qadınlara təcavüz edilən ölkələr iki qrupa bölünür. Çox təəssüf ki, bu ölkələrin sırasında, yəni birinci qrupda müsəlmanların kütləvi şəkildə yaşadıqları ölkələr də yer almaqdadır: Əfqanıstan, Hindistan,  Pakistan, Səudiyyə Ərəbistanı, Yemən, İraq, Suriya, İordaniya, Sudan və digər Afrika ölkələri. Qanunla təcavüz edilən ölkələr arasında Çin, Vyetnam, laos, Tayvan, Cənubi Koreya, Tayland kimi də ölkələr də var. Eyni zamanda Amerika Birləşmiş Ştatalrı da qadınlara ən çox təcavüz edilən ölkələr arasındadır.

Yuxarı