UŞAQLAR ARASINDA CİNAYƏTKARLIQ.

UŞAQLAR ARASINDA CİNAYƏTKARLIQ.

Uşaqlar arasında cinayətkarlıq.

Dövlət Statistika Komitəsindən verilən xəbərlərə görə, təkcə 2015-ci ilin birinci yarısında cinayət törətmiş 14-18 yaşadək olan uşaqların sayı 239 olub ki, bunun 232 nəfəri oğlan, 7 nəfəri isə qızlardır. Məlumata əsasən, 2014cü ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş uşaqların sayında azalma olub. 2014-cü ilin birinci yarısında baş vermiş olan 242 cinaət hadisəni də 14-18 yaşadək uşaqlar törədib ki, bunun da 232 nəfəri oğlan, 10 nəfəri isə qızlar idi. 2015-ci ilin  birinci yarısında 142 nəfər 14-18 dək olan uşaqlar məhkum edilib ki, bunların 139-u oğlan, 3-ü qızlardır. 2014-cü ilin müvafiq dövründə isə məhkum edilmiş 14-18 yaşadək uşaqların sayı 150 nəfər olub ki, bunun 148 nəfəri oğlanlar, ikisi isə qız olub. Bu yeniyetmələrin müəyyən bir qismi cərimə olunub, müəyyən bir qismi islah işlərinə və ictimai işlərə cəlb olunub, müəyyən bir qismi isə şərti məhkumetməyə cəlb olunub. 

Ümumi nəticəyə gələrək deyə bilərik ki, bu barədə cəmiyyətimizdə görüləsi xeyli işlər vardır. Bunlarında ən birincisi maarifləndimədir ki, bizlər gənc nəslə bunu aşılamalıyıq. Məktəblərdə, ictimai qurumlarda bu kimi halların qarşısının alınması üçün maarifləndirici silsilə tədbirlər təşkil olunmalı, təhsilin və ictimai şüurun səviyyəsinin artırılmasına daha çox səy göstərilməli və eyni zamanda da gələcəyimizin düzgün inşası üçün nə qədər məsuliyyət daşıdığımızın fərqində olmalıyıq.

Yuxarı