İLAHİ BİR MÖCÜZƏ. ANA SÜDÜ.

İLAHİ BİR MÖCÜZƏ. ANA SÜDÜ.

İLAHİ BİR MÖCÜZƏ. ANA SÜDÜ

Tibbi baxımdan ana südü körpə üçün ən xeyirli qida sayılır. Onun tərkibində körpələrin sağlam inkişafı üçün tələb olunan bütün faydalı maddələr vardır. Burada maraq doğuran bir məqam var ki, o da ana südündə körpə üçün lazım olan maddələrin uşağın keçirdiyi mərhələlərdən asılı olaraq dəyişməsidir. Belə ki, uşağın böyüməsinə paralel olaraq hansı qidalara ehtiyac varsa, südün tərkibi ona görə formalaşır. Yeni doğulan körpənin gəldiyi bu yeni həyata uyğunlaşması asan olmur. Bu dövrdə körpəyə zərər verəcək mikroblardan qorunmaq üçün onun immunitet sistemini gücləndirmək tələb olunur. İmmunitetin ilkin gücləndirilməsi də məhz ilk ana südü ilə olur. Çünki körpə doğulan kimi anadan gələn ilk ana südünün tərkibi uşağın immumitetini gücləndirən zülül, leykosit və anticism baxımından çox zəngin olur. Bu maddələr eyni zamanda onun həzm siteminin inkişafına da köməklik edir.  

Dah çox süd durularaq körpənin susuzluğunu yatırıcıa hala gəlir. Sonraki mərhələlərdə isə, uşaq böyüdükcə onun aclıöını aradan qaldırmaq üçün süd get-gedə qatılaşmağa başlayır.

Erkən doğulan körpənin ehtiyacına görə südün yağlılıq nisbəti daha çox olur. Həmin vaxt südün tərkibi zülal, natrium, xlor və dəmir baxımından daha zəngin olur. Bunlar da erkən doğulan körpənin sağlamlığına xidmət edən maddələrdir.

Bunlara əlavə olraq, uşağın cinsiyyətinə görə də südün tərkibinin fərqli olması diqqətimizi cəlb edən başqa bir məqamdır. Bu da onu göstərir ki, ana südü sadəcə üşağın fiziki baxımdan sağlam böyüməsinə deyil, eyni zamanda onun cinsiyyətinə bağlı davranışlarına da birbaşa təsir edən mühüm amildir.

Allah-Təala körpənin sağlam inkişafı üçün tərkibi lazımi qədər maddələrlə zəngin olan ana südünü bizlərə baxş etmişdir; bununla kifayətlənməyib ana südünü neçə il uşağa verməli olduğumuzu da Qurani-Kərimdə belə bəyan etmişdir:

"Əmizdirməni tamamlamaq istəyən analar övladlarını tam iki il əmizdirməlidirlər..." (əl-Bəqərə, 233). Yenə başqa bir ayədə Allah-Təala belə buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu gündən-günə zəiflədiyinə (çəkdiyi əziyyətlərə) baxmayaraq (bətnində) daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir". (Loğman, 14).

Ayələrdə Allah-Təala ana südünü körpəyə iki il müddətində verməyi tövsiyə edir. Bu gün aparılan elmi tədqiqatlar ana südünün uşağa olan faydasını və ya uşağın ana südünə olan tələbatının müddətinin həqiqətən iki il olduğunu bildirir. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı da uşağı iki yaşına qədər ana südü ilə qidalandımağı təkidlə tovsiyə edir.

Muasir elm ana südünü körpəyə iki il müddətində verməyin vacibliyini XXI əsrdə kəşf etdiyi halda, Qurani-Kərim bu həqiqəti 1400 il bundan əvvəl bildirmişdi.

Yuxarı