CUDO HAQDA.

CUDO HAQDA.

CUDO HAQDA.

Yapon uşağın tək xəyali çox məşhur bir cüdoçu olmaq idi. Lakin ailəsi buna icazə verməzdi. Bir gün bədbəxt bir qəza nəticəsində uşaq sol qolunu itirdi.
Ailəsi uşağın əhvalının çox pis olduğunu gördükdə ona bir cüdo müəllimi tutdu. Müəllim ilk dərsində uşağa qarşısındakını sağ qoluyla tutub üstündən fırladaraq yerə yıxmağı göstərdi. Hətta ikinci, üçüncü və sonrakı bütün dərslərdə həmişə eyni hərəkəti edirdilər.
Uşaq bir gün müəlliminə "müəllim, mən bezdim artıq, başqa hərəkətlərə keçək" dedi. Müəllim isə bunu qəbul etməyərək dünyada bu işi ən sürətli edən adam olmadıqca bitirməyəcəyini söylədi. Uşaq o qədər sürətli idi ki, müəllimini belə göz açıb bağlayana qədər yerdən yerə vururdu. Bir gün müəllim əlində bir kağızla gəldi kağızda uşağın gənclər cüdo çempionatına dəvət aldığı yazılırdı.
Uşaq çox çaşdı. Ertəsi gün salonda ilk rəqibinin qarşısına çıxacaqkən həyəcanla müəlliminə soruşdu, "müəllim, bu iş necə olacaq? Mən yalnız tək hərəkət bilirəm qəti məğlub olacağam" Müəllimi isə "sən yalnız hərəkəti et" cavabını verdi.
Uşaq döşəməyə çıxdı və hərəkətiylə rəqibini məğlub etdi. Hətta tək hərəkətlə finala qədər çıxdı. Finalda qarşısında özünün iki qatı biri vardı. Əvvəl çox qorxdu amma yenə bildiyi hərəkəti edərək son rəqibini də məğlub etdi və çempion oldu.
Sevinclə müəlliminin yanına qaçdı və soruşdu.
"müəllimim, necə olar anlamıram, yalnız bir hərəkət bilirəm və hətta tək qolluyam və çempion oldum"
Müəllimi uşağa baxdı və dedi:
"sənin etdiyin hərəkət cüdodakı ən çətin hərəkətlərdən biridir və bir tək müdafiəsi vardır o da, rəqibin sol qolunu tutmaq "

Yuxarı