YOXSUL VƏ KOR.

YOXSUL VƏ KOR.

YOXSUL VƏ KOR.

Kibirli və zənginin biri qapısına gələn bir yoxsula bir şey vermədiyi kimi, onu həm qovar, həm də qapını üzünə bağlayır... Yazıq yoxsul kədərlənib bir tərəfə çəkilir və oturur, ağlamağa başlayır... Bir kor onun ağlamağını eşidir. Qalxıb yanına gəlir, niyə belə üzgün olduğunu, ağladığını soruşur.

Yoxsul olanları danışır.

Kor təsəlli verir ki, üzülməsin. Təklif edir ki, onun evinə gəlsin, evində qalsın, çörəyini-yeməyini onunla bölüşsün və hətda təkid də edir.

Yoxsul onun səmimiyyəti və təkidi qarşısında onun təklifini qəbul edir, onunla gedir.

Kor ona çox gözəl bir qonaqpərvərlik göstərir. Yoxsulun həm qarnı doyur, həm də könlü xoş olur. Könlü elə xoş olur ki, kora:

-Sən mənə evini açdın, sən mənə könlünü açdın. Qadir Mövlan da sənin gözünü açsın, - deyə dua edir.

Gecə olur, kor özündə bir qəribəlik hiss edir. Elə qəribəlik hiss edir ki, gözündən bir neçə damla göz yaş tökülür, gözləri birdən açılır.

Görməyə başlayır.

Korun görməsi ilə əlaqəli xəbər bir anda şəhərə yayılır. Bu xəbəri onu qapısından qovan zəngin də eşirdir. Məsələnin doğruluğunu öyrənmək üçün gözü açılan şəxsin yanına gəlir:

-Çox şanslısan. Gözün necə açıldı, kim açdı.

-Ax səni gidi-dafil. Sən necə adamsan ki, elə bir mübarək şəxsi danlayıb üzdün, təhqir etdin. Dövlət quşunu əldən verdin.

Gözümü- qapını üzünə bağladığın o insan açdı.

Deməli, özümü məhrum etmişəm, elə bir şahin quşu, elə bir dövlət imiş ki, qiymətini bilmədim. Mənə deyil, sənə nəsib oldu. Mən ovlaya bilmədim, səm ovladın, - deyib və qısqanclıqdan barmağını dişləyir.

Dişini sıçan kimi hərisliyinə batırmış şəxs qocaman şahini necə ovlaya bilər? Yaxşıların tapdaladıqları torpaq dərmandır, göz açar. Ancaq gəlib gözü kor olanlar o dərmandan qafildirlər, qiymətini haradan bilsinlər.

Yuxarı