ŞİKAYƏT.

ŞİKAYƏT.

ŞİKAYƏT.

Bir kəndçi mübarək bir şəxsin yanına gəlib, şikayətə başlayır:

-Nə olar mənə kömək edin, yoxsa dəli olacam. İki otaqlı bir evdə yaşayırıq. Mən, arvadım və uşaqlarım. Hər kəsin əsəbləri pozulub. Bir-birimizə qışqırıb-bağırırıq. Ev sanki bir cəhənnəmə dönüb. Bizə geniş bir ev lazımdır, ancaq tikməyə gücümüz yoxdur.

-Sənə deyəcəyim şeyi edəcəyinə söz verirsənmi? - deyə mübarək şəxs soruşur.

-And içirəm nə desəniz edəcəm.

-Yaxşı necə heyvanın var?

-Bir inək, dörd keçi və altı toyuq.

-Onların hamısını evinizə al. Bir həftədən sonra yanıma gəl.

Kəndçi buna çox təəccübləndi, ancaq itayət edəcəyinə söz vermişi. Beləliklə, heyvanları da axırdan çıxarıb evin içinə salır. Bir həftə sonra gələndə pərişan halda idi. Acı kədərlə inləyirdi.

-Həlak olacaq vəziyyətdəyik. Pislik! Qoxu! Gurultu! Hamımızızın ağlını itirməsinə az qalıb.

-İndi get heyvanları evdən çıxar,-dedi mübarək şəxs. Adam evə qədər dayanmadan qaçdı. Ertəsi gün o şəxsin yanına gələndə gözləri xoşbəxtlikdən gülürdü.

-Həyat nə qədər gözəlmiş. Biz evdə, heyvanlar axırda. Evimiz elə səssiz, elə təmiz və elə genişdir ki, sanki bir cənnətdir!"

 

Yuxarı