GÖRƏN GÖZLƏR.

GÖRƏN GÖZLƏR.

GÖRƏN GÖZLƏR.

Adamın biri ilk dəfə getdiyi kiçik bir qəsəbədə çaşqın-çaşqın gəzdikdən sonra yol kənarında dayanan bir maşına minmiş və arxa oturacaqda tək başına oturan uşağa:

-Burada yadam, - deyir. - Parkın girəcəyində çörək bişirilən yeri axtarıram, çox olduğunu söylədilər.

Uşaq maşının pencərəsini yaxşıca aşağı saldıqdan sonra:

-Məndə buraya ilk dəfə gəlirəm ,- deyir. - Amma sağ tərəfə getməyiniz gərəkir hər-halda.

Adam uşağın da yad olmasına baxmayaraq, bunu nece bildiyini soruşmuş istər-istəməz.

-İhlamurlar  çiçəklərin qoxusunu hiss etmirsənmi? - deyə uşaq gülümsəyir. Quşların çəh-cəhləri də olardan gəlir onsuzda.

-Yaxşı, amma, - deyier adam. -bunların parkdan deyil, tək bir ağacdan gəlmədiyini haradan bilinir?

-Tək bir ağacın bu qədər çoxlu iyi gəlməz, - deyə uşaq cavab verir. -

Üstəlik maqnoliyalar da qatılır buna. Həm də biraz dərin nəfəs alsanız, çörəkçidən yeni çıxmış çörəklərin qoxusunu duyacaqsınız.

Adam gözlərini xəfifcə qısaraq deyiləni etdikdən sonra təşəkkür etmə üçün dönəndə uşağın kor olduğunu fərq etmişdi.

Uşaq isə danışarkən bir anda sözlərini yarıda kəsməsindən adamın onun korluğunun bildiyini başa düşmüşdü.

İşığa həsrət gözlərini ondan saxlamağa çalışarkən:

-Üç il əvvəl bir qəza keçirtdim, - dedi. -Görmək üçün o qədər darıxdım ki! Siznkilər sağlamdı, elə deyilmi?

Adam uşağın tərif etdiyi çörəyçiyə yönələndə:

-Artıq əmin deyiləm,-deyir.-Əmin olduğum tək şey məndən yaxşı gördüyündür.

Yuxarı