HƏQİQİ DOSTLUQ VƏ MƏHƏBBƏT.

HƏQİQİ DOSTLUQ VƏ MƏHƏBBƏT.

HƏQİQİ DOSTLUQ VƏ MƏHƏBBƏT

Bir-birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür. İçəridəki:

-Kimdir?-deyə söylənir. Qapının ardından səs gəlir.

-Mənəm.

-Burada ikimizə birlikdə yer yoxdur.

Aradan uzun bir zaman keçir. Yeni bir ümidlə sevdiyi dostun qapısını bir də döyməyə başlayır. Yenə içəridən:

-Kimdir?-deyə soruşurlur.

-Sənsən,-deyir deyir bu səfər. Və qapı sonuna qədər açılır.

Hz. Mövlana da:

“Birinin ürəyində taxt qurmaq, sevgisini qazanmaq istəyirsinizsə, elə sevməlisiniz ki, mənliyinizi bir kənara qoyub sanki o olmalısınız” deyir. Məhz budur həqiqi məhəbbət. 

Bu axır zamanda insanların çoxu mənfəətinin dostudur. Bu səbəblə dostluq imtahanlarından keçməmiş. Və çətinliklərlə sınanmış, şəxsiyyət və xarakter yönü ilə tanınmayan kimsələrin dostluq iddialarına o dəqiqə aldanmamaq lazımdır. Dost seçimində bu, xüsusilə çox mühümdür.

Hz. Mövlana buyurur ki: “Sağlam və xoşbəxt zamanında hamı dostdur. Amma dərdli, kədərli anlarında Allahdan başqa dost-tanış yoxudr!”

Yuxarı