İSGƏNDƏROV ƏLİAĞA MƏMMƏDQULU OĞLU (ƏLİAĞA VAHİD).

İSGƏNDƏROV ƏLİAĞA MƏMMƏDQULU OĞLU (ƏLİAĞA VAHİD).

İSGƏNDƏROV ƏLİAĞA MƏMMƏDQULU OĞLU (ƏLİAĞA VAHİD). (18 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — azərbaycanlı şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, Azərbaycanın ilk Dövlət Mükafatı laureatı. Allah Rəhmət etsin.

GÖZƏLDİR
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

Yuxarı