LANDŞAFT VƏ RELYEF.

LANDŞAFT VƏ RELYEF.

LANDŞAFT. BEYLƏQAN RAYONU yarımsəhra landşaft vilayətinə aiddir. Təbii mənzərəsi düzənlik landşaftlarıdır. Bu landşaft üfüqi zonalığa uyğun gəlməklə yarımsəhra landşaftlıdır. Burada boz, boz-qonur boz-çəmən torpaqları yayılmaqla qişi mülayim, yayı isti və quru keçir. Yarımsəhralar Mil düzünün gilli süxürlarında şoranlaşmışdır. Ona görə də bitkilər torpaq səthində 30-40% -də örtük əmələ gətirir. Kür cayı boyu intrazonal (yeraltı suyun yaratdığı) landşaft tuqay meşələrinin yaranmasına səbəb olur. Rayon ərazisinin böyük hissəsi orta və zəif parçalanmış dağarası düzənliklərin və ovalıqların yarımsəhra landşaftıdır. Rayonun qərb hissəsində - Haramı düzündə orta dərəcədə parçalnmış düzənliklərin yarımsəhra və quru-çöl landşaftları yayılıb. İnsanların təssərüfat fəaliyyəti nəticəsində müasir-antropogen landşaft formalaşması güclənməkdədir. Orta antropogeləşmə dərəcəsi 6-0-70% arasındadır. Lakin uzun illərin mənimsənilmə prosesində təbii bitki örtüyünün çoxu dəyişdirilmiş, onların yerində antropogen və təbii-antropogen landşaft sahələri yaranmışdır.

  RELYEF. Rayon Kür-Araz ovalığının Mil, Qarabağ və Arazboyu maili düzənliklərində yerləşir. Kür və Araz çaylarının arasında yerləşən Mil düzünün qərb və cənub-qərb hissələrini tutur. Arazboyu düzənliklərə aid olan Haramı düzünün bir hissəsi də rayon ərazisinə aiddir. Ərazi tamamilə ovalıqlardır. Ərazisinin şimal-şərq hissəsi okean səviyyəsindən aşağıdır. Cənub-qərbdə hündürlüyü 100 metrdir bu ərazilər Kaynazoy erasının Antropogen dövrünə aid qum, çınqıl, çaqıl daşları və digər çöküntü süxurları ilə örtülür. Ərazinin 40 faizindən çoxu hündürlüyü 0-100 m, 25 faizi 100-200 m, 35 faizə qədəri isə mütləq hündürlüyü 0 m-dən aşağı olan ərazidə yerləşir. Kür çayına – şimala doğru mütləq hündürlük 8 m-ə qədər azalır. Qərbə - Haramı düzünə doğru isə mütləq hündürlük 200-250 m arasında dəyişir. Beyləqan şəhərinin mərkəzindən keçən 58 metrlik horizontaldır. Ümumiyyətlə, Beyləqan ərazisi dağarası çökəklik hesab olunur. Ərazinin Alp-Himalay geosinklinalının mərkəzində, konvergent sərhəddə yerləşməsinin nəticəsidir ki, seysmik fəal zonalardan hesab olunur. Kür çökəkliyi tektonik zonasında yerləşən rayon gücü 7 bal olan zonadır. Burada çökmə süxurunun qalınlığı 10-15 km arasındadır.

Yuxarı