KÖNÜL AYNASINDAN.

KÖNÜL AYNASINDAN.

KÖNÜL AYNASINDAN

Bir gün Çin rəssamları:

-“Biz,Ttürk rəssamlarından daha qabiliyyətli, daha irəli getmiş sənətkarlarıq.”-deyə iddia edirlər.

Türk rəssamları buna qarşı etirazlarını bildirirlər.

-“Xeyir, biz daha üstünük! Hünərimiz qarşısında bayraq qaldırmağa heç kəsin cəsarəti çatmaz.”

Bunu eşidən sultan qarşı-qaşıya dayanmış rəssamları imtahana çəkmək qərarına gəlir. Hər iki məmləkətin rəssamları bir araya gətirilir və maharətini ortaya qoymaları tələb olunur.

Çin rəssamları çəkdikləri şəklin eynisinin çəkilməsinin əngəlləmək üçün otağın ortasına qalın bir pərdə çəkdirdilər.

Sultandan da müxtəlif boya maddələri istədilər.

Türk rəssamları isə çox şey istəmirlər.

Sadəcə divardakı pasları aparacaq və onu cilalayıb parıldadacaq əşyalar istədilər. Çox rəngli olmaqdansa, rəngsiz olmağı secdilər. Çünki onlar rəngsizliyin fəzilətini dərk edirdilər. Bu qədər rəngin sonunun rəngsiz olduğunu bilirdilər. Məharət rənglərin bolluğunda deyil, rəngsizliyin zühurundadır. Göydəki buludların, dəryadakı suların öz rəngi yoxdur. Onlara rəng verən səmadakı günəşdir.

Sultan öncə çin rəssamların yaradıcılığ otağına gəlir, rəsmləri bəyənir. Sonra türk rəssamların otağına girincə eyni rəsmləri daha parlaq, daha gözəl görür və Türk rəssamlarını təqdir edir. Beləliklə Türk rəssamları heç bir rəsm çəkmədən, sadəcə Çin rəssamlarının əsərini min bir hünərlə cilaladıqları divarda əks etdirdikləri üçün daha hünərli sayılırlar.

 

Yuxarı